Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalaboyun
Qalaboyun (Kəlbəcər) — Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. Qalaboyun (Tovuz) — Tovuz rayonunun Kiran inzibati ərazi vahidində kənd. Qalaboynu — Kəlbəcər rayonu ərazisində çay. Qalaboynu qalası — qala.
Qalaboyun (Kəlbəcər)
Qalaboyun, Qalaboynu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Qalaboynu kəndi Qalaboynu çayının sahilindədir. Yaşayış məntəqəsi şişqala və Dəyirman (qədim adi Salsal) adlı qalaların boynunda (keçidində) yerləşdiyinə görə belə adlanmışdır. Oykonim Qalaboyun variantında da qeydə alınmışdır. Bu kənd hər birinin başında qala olan iki dağın arasında yerləşdiyinə görə Qalaboyun adlanır. Qaragöl yurdu, Buzxana yurdu, Güngörməz yurd, Yelligədik yurdu, Sarıbirçək yurdu, Çövrüm yurd, Qaraarxac yurdu, Çiçəkli yurd, Yəhərdaş yurdu, Sünnətolan yurd, Dərə yurdu, Göllər yurdu, Qaraölən yurd, Biçənəyin düzü yurd, Abdultəpə yurdu. Əlif bulağı, Şahmar bulağı, Məryəm bulağı, Turş su, Beədəf bulaq, Qulanuçan bulaq, Atlargedən bulaq, Qaynar bulaq, Quzey bulağı, Qalanın bulağı, Quru bulaq, Sarı bulaq. Aralıq yalı, Dəmirçi, Gözəlölən, Qırxınyurdu, Qırmızıqaya, Darıyeri, Böyükdüz, Çaxnaq, Binnətin təpəsi, Çeyil, Dəligədənin qəbri, Seyid Teyfənin biçənəyi, Şahpələngdüşən yurd, Yaz yurdu, Daştəpə, Uşaq qəbirstanlığı, Orta kalafalıq, Bərkdərə, Pirinboynu, Saat daş qıran yer, Zalınqəbri, Ağdaşın dərəsi, Barmaqlar, Çaxçaxlı, Allahverdinin yeri.
Qalaboyun (Tovuz)
Qalaboyun — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Kənd Koroğlu qalası adlı qalanın boynunda (keçidində) salındığı üçün belə adlandırılmışdır. Oykonim Qalaboynu variantında da qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Kiçik Qafqaz dağlarının şimal ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qalaboyun kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qılburun dili
Qılburun dili — Qılburun yarımadasının şimal-qərbində qumdan ibarət dil. Dnepro-Buq liman ilə Qara dənizi arasında yerləşir. Ukraynada bəzən bütün yarımadaya Qılburun dili deyilir. XV əsrdə türklər tərəfindən dilin qutaracağında eyni adlı qala tililir. 1787-ci ildə Aleksandr Suvorovun rəhbərlik etdiyi ordu türk desantçılarınl məğlub etmişdir. Krım müharibəsi zamanı isə fransız və ingilis donanması qalanı darmadağın etmişdir.
Gizliboyun tısbağalar
Gizliboyun tısbağalar (lat. Cryptodira) — tısbağalar dəstəsinin ən böyük yarımdəstəsi. Gizliboyun tısbağalara 6 fəsilə aiddir. Bura 148 növ daxildir ki, bu da bütün tısbağaların 2/3-si deməkdir.