UZUN

sif.
1. İki ucunun arası çox, çox olan (qısa ziddi). Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç.
[Laçın] əlində uzun bir dəyənək beş-altı baş keçi və qoyunu otarmağa aparırdı. H.Nəzərli.
Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı. M.İbrahimov.

// Uzunluğu bir qədər (lüzumundan) artıq olan. Uzun palto. Uzun köynək. Paltarın qolu uzundur, gödəltmək lazımdır.
– Gülşad göyzəmin krepsatindən yaxası düyməli, uzun don geymiş(di). Ə.Əbülhəsən.

// Boyca hündür, ucaboylu. Uzun qamət. Uzun boy.
– Uzun, motalpapaqlı bir çoban, Sarxanı heç saymayır, ağzına gələni deyirdi. M.Hüseyn.

2. Uzunsürən, çoxsürən, uzun müddət davam edən. Uzun məruzə. Uzun tənəffüs. Uzun mübahisə.
– Kəsilibdir, yoxdur səbrü qərarım; Bir saətim olub uzun illər, hey! M.V.Vidadi.
Xülasə, uzun söhbətlər oldu, genə heç kəs bu sirdən agah ola bilmədi. Çəmənzəminli.

// Zərf mənasında. Müəllimin getdiyi beş gündü.
Bu günlər [Telliyə] çox uzun görünürdü. S.Hüseyn.
…Hər dəqiqəsi bir ömür qədər uzun görünən cəbhə vuruşmasından biryolluq qurtarmaq arzusu artırdı. H.Nəzərli.

□ Uzun sürmək (çəkmək) – uzun müddət davam etmək, çox davam etmək, çox çəkmək.
[Xudayar bəylə Kərbəlayı Cəfərin] söhbəti çox uzun çəkdi. C.Məmmədquluzadə.
Söhbət uzun sürmədi. Ə.Vəliyev.

// Sürəkli, davamlı, arasıkəsilməyən.
Təkərlərdən tükürpərdən uzun bir səs qopdu. M.Hüseyn.
Telefon uzun bir zəng vurdu. B.Bayramov.

// zərf Daim, arasıkəsilmədən, həmişə. Uzun danışmaq.
[Səfər:] Rəhmətliyin qızı, hələ uzun ağlayır. C.Cabbarlı.

3. Lüzumundan artıq, təfsilatlı. Uzun söhbət açmaq. Uzun təfərrüat.
– Vuruşarkən uzun (z.) danışmaq mənə çox baha oturdu. M.Hüseyn.
Uzun (z.) danışmayın, deyirəm sizə; Dərinizi soymaq borc olsun bizə. S.Rüstəm.

4. məc. Qurtarmayan, həlli çətin, tez başa gəlməyən; dolaşıq, yorucu. Uzun iş. Məsələ uzundur. Uzun həngamədir.
– Bunların hamısı [evin təmirinə hazırlıq görülməsi] uzun işdi. C.Məmmədquluzadə.
[Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov.

5. Uzunu şəklində – 1) uzunluğu, uzununa ölçüsü, boyu. Xalçanın eni bir, uzunu iki metrdir. – Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir. Qantəmir;
2) …boyunca, …davamınca, …uzunluğunda. Küçə uzunu bir-birinin ardınca maşınlar düzülüb. Zal uzunu xalçalar döşənib.
– Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn.

□ İl uzunu – bütün il, ilboyu, bütün il müddətində. İl uzunu çalışmaq. Tədqiqat il uzunu davam etdi. İl uzunu onu görməmişəm.
[Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin… Daha indi bəy-zad dəbdən düşdü! Çəmənzəminli.

İllər uzunu – illərcə.
Ey illər uzunu çiçəksiz, otsuz; İlanlar yatağı olan Mil düzü! M.Müşfiq.
◊ Uzun sözün qısası ara s.
mənasında – xülasə, bir sözlə, müxtəsər (danışılanlara yekun vurma məqamında işlənir).
[Hacı Əhməd Almaza:] Bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UZUN 1. UZUN [Kəblə Bəybala] uzun kəhrəba təsbehini çevirə-çevirə Həmidə baxırdı (H.Abbaszadə); UPUZUN (çox uzun)
  • UZUN geniş
  • UZUN ətraflı — müfəssəl — geniş — hərtərəfli
  • UZUN davamlı — sürəkli
  • UZUN uca — hündür — qəlbi

Antonimlər (əks mənalı sözlər)

  • UZUN UZUN – QISA Gah uzun olur bu yol; gah qısa (R.Rza)

Etimologiya

  • UZUN Kökü “uz”dur, mənası “çox” deməkdir. Uzaq və uzun kökdaş kəlmələrdir. Uzun və enli, yoğun və nazik, qalın və yuxa antonimlərdir
UZLAŞMAQ
UZUN...

Digər lüğətlərdə