Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qısnama
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperatur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Kollektiv qaynama
Kollektiv qaynama — Emil Durkhaym tərəfindən yaradılmış sosioloji konsepsiya. Durkhayma görə, bir icma və ya cəmiyyət bəzən bir araya gələrək eyni anda eyni düşüncəni çatdıra və eyni hərəkətdə iştirak edə bilər. Belə bir hadisə daha sonra fərdləri həyəcanlandıran və qrupu birləşdirməyə xidmət edən kollektiv qaynamaya səbəb olur. == Dində == Durkhaym güc anlayışını aborigen cəmiyyətlərində dinin "elementar formaları" ilə bağlı araşdırmasında qeyd etdiyi klan simvolu olan totemlə əlaqələndirir. Qəbilənin adını verdiyi üçün simvol klanın toplanması zamanı mövcuddur. Bu məclislərdə iştirakı ilə totem həm səhnəni, həm də güclü hiss olunan duyğuları təmsil etməyə gəlir və beləliklə də qrupun kollektiv təmsilçiliyinə çevrilir. Dürkheym üçün din fundamental olaraq sosial fenomendir. Müqəddəslərin inancları və əməlləri sosial təşkilat üsuludur. Bu izahat "Elementar formalar" əsərində ətraflı şəkildə verilmişdir. Dürkheymə görə, "tanrı və cəmiyyət eynidir ...
Gintama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.
Pişnamaz
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
Ammi visnaga
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Dişqurtlayan == Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. == Botaniki təsviri == 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Bislama dili
Bislama dili (bisl. bislama) — İngilis dili əsaslı kreol dili. Dünyada təxminən 200 min insan Bislama dili dilində danışır. Onların əksəriyyəti Vanuatuda yaşayır. Vanuatunun rəsmi dilidir. == Ədəbiyyat == Дьячок М. Т. Язык бислама и проблемы его формирования (социолингвистическая характеристика) // Techne grammatike (Искусство грамматики). — Вып. 3. — Новосибирск, 2008. — С. 181—192.
Daucus visnaga
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Dişqurtlayan == Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. == Botaniki təsviri == 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Visnaga daucoides
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Acer ginnala
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Türklərin İslama keçişi
Türklərin islamı qəbul etməsi — türklərin tenqriçilik inanclarından dönüb islama kütləvi şəkildə inanmağa başlaması. Təqribən X əsrədək tenqriçilik türk xalqları arasında ən geniş yayılan inanc olmuşdur. Türklərin islam ilə ilk əlaqəsi şiə və ələvilərin dördüncü imam kimi qəbul etdikləri Zeynülabidinin türklər tərəfindən Xorasana aparılması olmuşdu. İslamaqədərki dövrdə türklər ilə müsəlman ərəblərin ilk qarşılaşması VII əsrdəki Xilafət—İmamət toqquşmalarıyla baş vermişdir. Peyğəmbərin vəfatından sonra meydana gəlmiş Siffeyn döyüşünü mütəaqibən Əməvilərin dövründə islam, əsasən, ərəb milliyyətçiliyi ətrafında formalaşan bir din idi. İslam dövləti yeni fəthlərlə genişlənmiş, torpaqları ələvilər və şiələrin dəstəyi ilə Mavəraünnəhrədək çata bilmişdir. VIII əsrin əvvəllərində cihad elan edərək türklərin məskunlaşdığı şəhərlərə daxil olan ərəb-islam dövləti Əməvilər xilafətinin komandirlərindən olan Qüteybə ibn Müslüm hücum elədiyi yerlərdə müsəlman olmayan türklərə qarşı sərt mücadilələr göstərdi. Çox sayda insanı öldürüb şəhərləri taladıədan sonra əldə etdiyi qənimətlərlə irəliləyən Qüteybə ibn Müslüm, baxmayaraq, ölümünədək fəaliyyətlərini davam etdirmiş və İslamı tanıtmışdı, onun elədikləri türklərin İslamı qəbulu ilə sonuclanmamışdır. Ömər ibn Əbdüləzizin hər yerdə karvansaralar, xəstəxanalar tikmək və ədalətli bir idarə qurma ideyası tətbiq olunsa idi türklər islamı daha öncədən qəbul edəcəkdi. Talama və qənimət vərdişindən öyürü cihad anlayışının ikinci plana atılması və zülmə üstünlük verilməsi ərəb zülmünün Əməvilər vasitəsilə davam etdiyinin dəlili olmuş, ancaq buna bənzər hadisələrə baxmayaraq türklər dolayı yolla islamı qəbul etməyə başlamışlar.
Acer tataricum subsp. ginnala
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
İnama Qayıdış (1992)
Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov "Turan" Şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
İnama qayıdış (film, 1992)