QISQI

is.
1. Tələsdirmə, qısnama, qısnağa salma.
□ Qısqı basmaq (gəlmək) – bax qısqılamaq.
2. Hədə, qara-qorxu; hədələmə, sıxışdırma. Qısqı güclü olanda, qorxaq bacadan qaçar. ( Ata. sözü ).
Səlim bəy Nəbinin qısqısından sonra, utandığından bir həftə çölə çıxmayıb bu əhvalatı gizlin saxlamağa çalışdı. Qaçaq Nəbi”.

□ Qısqıya basmaq – hədələmək, təhdid etmək, qorxutmaq, sıxışdırmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QISQI tələsdirmə — qısnama
  • QISQI hədə — qara-qorxu
QISQANMAQ
QISQILAMAQ

Digər lüğətlərdə