Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurlu qəbirlər. Qaspralı İsmayıl bəy (film, 1993)
== Məzmun == Kinolent türk dünyasının böyük övladı İsmayıl bəy Qaspıralının həyatına həsr olunmuşdur. == Film haqqında == Film Türk Dünyası Araşdırmaları Vəqfinin sifarişi ilə çəkilmişdir.
Tan-Qebviller
Tan-Qebviller (fr. Thann-Guebwiller) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn. Suprefektura — Tan-Qebviller. Rayon əhalisi 2012-cı ildə 140 097 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 136 nəf / km². Rayon sahəsi — 1028 km².
Cəmillər
Cəmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Cəmillər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kəndin yaxınlığında eyniadlı göl də var. Yaşayış məntəqəsi XVIII əsrin axırlarında Qazax mahalından Qarabağa köçmüş cəmilli tayfasına mənsub ailələr tərəfindən salınmışdır. Etnotoponimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Fəsillər
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Nobillər
Nobilitet və ya nobillər (lat. Nobilis – adlı-sanlı, hörmətcil; nobilitas – əyan) — Roma Respublikasında patrisi və varlı plebey ailələrinin məhdud dairəsi. E.ə. III əsrin əvvəlində formalaşmışdır. Ən mühüm dövlət vəzifələrinə yalnız nobilitetin nümayəndələri seçilirdilər, lakin nobillərsırasından müxalifətçi xadimlər də çıxırdı. Nobilitetin Roma demokratiyasınıın bəzi rəhbərləri də mənsub idilər.Sonralar əvvəlki rolunu itirmişdir. Daha geniş mənada özünü "xalqa" və ya "qara camaat"a qarşı qoyan "əyanlar" anlayışını ifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Adam Afzelius: Zur Definition der römischen Nobilität in der Zeit Ciceros. In: Classica et Mediaevalia 1, 1938, 40–94. Hans Beck: Karriere und Hierarchie.
Qatillər
1. Kolumbiyalı Pedro Alonso Lopez "Andlı əcaib" ləqəbini daşıyırdı. O, 1980-ci ildə Kolumbiyada, Ekvadorda və Peruda 300 insanı qətlə yetirməkdə günahlandırılıb. Lakin onun törətdiyi ölüm hadisəsindən yalnız 57-ni sübut etmək mümkün olub. 2. Böyük Britaniyadan olan həkim Harold Şipman 25 illik həkimlik praktikası dövründə ən azı 215 insanın həyatına bais olub. Məhkəmədə qurbanların sayının 494 nəfər olduğu bildirilsə də, onları sübut etmək olmayıb. 3. Kolumbiyalı Luis Alfredo Qavarito 1999-cu ildə 140 nəfəri qətlə yetirdiyini etiraf edib. Onun işi ilə bağlı təhqiqatlar hələ də davam edir.
Qəriblər
Qəriblər — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 1795 nəfərdir. == Toponimiyası == Digər keçmiş adı Siyobırondur. Qəriblər həmin kənddə məskunlaşmış nəslin adıdır. Siyobıron isə talış dilində “qaratikanlıq” mənasındadır. == Din == Kənddə Qəriblər kənd məscidi dini icması fəaliyyət göstərir.
Səfillər
Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibətləri izlənilir. == Hissələri == Fantina Kozetta Marius Plüme küçəsinin idilliyası və Sen-Deni küçəsinin epopeyası Jan Valjan == Tərkibi == Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Miriel Benvenü ideal bir yepiskopdur. O, qəribə bir təsadüf nəticəsində bu məqama çatmışdır. Bir dəfə Napoleon öz əmisinə baş çəkmək üçün Parisə gəlir. Qəbul otağında gözü onu diqqətlə izləyən bir ixtiyara sataşır. Geri dönərək ixtiyardan onu niyə belə diqqətlə süzdüyünü soruşur: — "Mərhəmətli insan niyə mənə elə baxırsan?" — "Əlahəzrət siz qarşınızda mərhəmətli insan görürsünüz, mən isə böyük bir insanı seyr edirəm.
Nəbilər
Nəbilər (Şuşa) — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Nəbilər (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.
Əmillər
Əmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Bayan qəbirləri
Bayan qəbirləri — Azərbaycan Respublikası Daşkəsən rayonunun Bayan kəndi yaxınlığında e.ə. I minilliyin əvvəllərinə aid qəbirlər. == Xüsusiyyətləri == Qəbirstanlıq yaşayış məntəqəsinin yuxarı hissəsindəki təpəlik üzərində salınmışdır. 1901-ci ildə aparılan arxeoloji qazıntılar zamanı E.A.Resler ərazidə 32 daş qutu qəbir aşkar etmişdir.Bu məzarlıqdakı iri sənduqə tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xaç şəkilləri qəbirlərin İslamdan əvvəlki dövrə aid olduğunu göstərir. Qəbirlərdə ölülər əsasən böyrü üstə bükülü, yaxud oturdulmuş vəziyyətdə dəfn edilmiş, iki qəbirdə isə yandırılmışdı. Kişi və qadın qəbirləri avadanlığına görə fərqlənir. Həndəsi naxışlar və heyvan rəsmləri ilə bəzədilmiş cilalı qara gil qablar, tunc xəncərlər, bıçaqlar, bizlər, iynələr, kəmərlər, bilərziklər, sırğalar, muncuqlar və s. (yalnız bir qəbirdən dəmir bıçaq) tapılmışdır. Bayan qəbirləri Xocalı-Gədəbəy mədəniyyətinin səciyyəvi abidəsidir.
Google Şəkillər
Google Şəkillər - Google tərəfindən şəkil, video paylaşmaq və saxlamaq üçün yaradılan xidmətidir. 2015-ci ildə rəsmi olaraq bəyan edildi və Google+dan ayrıldı. == Xidmət == Google Şəkillər Google tərəfindən hazırlanan şəkil, video paylaşma və saxlama xidmətidir. Yeni Google Şəkillər limitsiz şəkil, video saxlamaq qabiliyyətinə və Android, iOS üçün program və brauzer xidmətlərinə malikdir. İstifadəçilər bulud xidmətinə şəkillərini yükləye və servisə bağlı bütün cihazlarda bu şəkillərə baxa bilərlər. Google Şəkillər analizlər və qruplar halınde görüntüləri rədaktə edir. Programın axtarış pəncərəsindən, istifadəçilər üçün əsas kateqotiyada axtarışlar göstərilmişdir. O kateqoriyalar bunlardır: İnsanlar, Yerlər və Əşyalar. Servis İnsanlar kateqoriyasında bir-birinə bənzəyən üzləri analiz edir və qruplaşdırır. Server Rəhbər kateqoriyasında coğrafi etiketləmə məlumatlarından istifadə edir, amma eyni zamanda vacib yerlər üçün analiz edərək köhnə şəkillərdə yerləri tapa bilər.
Səfillər (1985)
== Məzmun == Film müalicə-əmək profilaktoriyasında çəkilmişdir. Kinolentdə alkoqolizmin acı nəticələrindən danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Tofiq Sultanov, Rəşid Nağıyev Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Səfillər (dəqiqləşdirmə)
Səfillər
Səfillər (roman)
Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibətləri izlənilir. == Hissələri == Fantina Kozetta Marius Plüme küçəsinin idilliyası və Sen-Deni küçəsinin epopeyası Jan Valjan == Tərkibi == Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Miriel Benvenü ideal bir yepiskopdur. O, qəribə bir təsadüf nəticəsində bu məqama çatmışdır. Bir dəfə Napoleon öz əmisinə baş çəkmək üçün Parisə gəlir. Qəbul otağında gözü onu diqqətlə izləyən bir ixtiyara sataşır. Geri dönərək ixtiyardan onu niyə belə diqqətlə süzdüyünü soruşur: — "Mərhəmətli insan niyə mənə elə baxırsan?" — "Əlahəzrət siz qarşınızda mərhəmətli insan görürsünüz, mən isə böyük bir insanı seyr edirəm.
Əsli dəlillər
Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. == Ümumi məlumat == Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şər'i dəlillərin bir qismini əhatə edir. Şər'i dəlillərin digər qismi isə fər'i dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl)Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. == Kitab == Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Nəbilər (Kəlbəcər)
Nəbilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Qəbilə başçısı
Qəbilə başçısı: Povestlər və hekayələr — Əlisa Nicatın 1987-ci ildə nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. == Tarixi == === Rəbiə qəbiləsi Azərbaycanda === Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Bidri (qəbilə)
Bidri (türk. Bıdri) — əsasən Türkiyədə Qozluq və Sasonda yaşayan ərəb qəbiləsi. == Dili == Qəbilənin danışdığı ərəb dialekti Türkiyənin Şanlıurfa, Mardin və Hatay vilayətlərində, eləcə də ərəb dünyasında danışılanlardan əhəmiyyətli dərəcədə fərqlidir və başa düşülən deyil. == Tarixi == Regionda yaşayan ərəblər ermənilər ilə birgə yaşasalar da, sonda bir neçə tayfa istisna olmaqla, əksəriyyəti ermənilərin qırğınında iştirak etmişdilər.
Fəzl (qəbilə)
Fəzl (ərəb. آل فَضْل‎, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi. Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.
Nəxə (qəbilə)
Nəxə (ərəb. النُخَع‎) — Yəmən mənşəli ərəb qəbiləsi. Bu, daha böyük Məzhəc qəbiləsinin bir qoludur. Muaz ibn Cəbəl tərəfindən islamı qəbul etmişdilər. VII əsrdə islam fəthlərində iştirak etmişdilər. Qəbilənin Malik ibn Həris, Əlqəmə ibn Qeys və İbrahim Nəxai kimi görkəmli tarixi şəxsiyyətləri var. Əl-Həmdani "Ərəb yarımadasının təsviri" kitabında Nəxə qəbiləsindən bəhs etmişdir.
Əd (qəbilə)
Əd Kavmi vəya Əd (Ərəbcə: عاد) İslam dinin müqəddəs kitabı Quranda keçən və Nuh Kavmi kimi Allahın qəzabına uğrayaraq yox olan qədim bir Ərəb qəbiləsidir. Kavmin atası olan Əd, Nuhun nəvələrindən Avsın oğludur. Avsın atası İrəm, onun atası Nuhun oğlu Samdır. Tarixi gerçəkliyi haqqında hərhansı hərhansı bir sənəd tapılmayan topluluq, günümüzdə vəya keçmişdə hərhansı bir millət ilə tam bir formada əlaqələndirilməməktədir. Quranda özlərinə öz qəbilələrindən olan Hudun peyğəmbər olaraq göndərildiyindən bəhsedilir. Kavmin yaşadığı yer, qum təpələri anlamına gələn Ahkaf olaraq adlandırılmışdır. Quranda əl-Fussilət surəsi 15. ayətdə keçməkdədir. Əd Kavmindən Quran təfsirlərində yüksək binalar inşa edən, yüksək abidələr tikən və bu etdikləri işin özlərini ölümsüz qılacağını Zənnedən bir qövm olaraq bəhsedilir. Qurana görə yaradılmış ən gözəl şəhər, Əd Kavminin saldırdığı İrəm şəhəridir.
Geofillər
Gepidlər
Gepidlər(lat. Gepedes, q.yun. Γήπαιδες) — Vistül çayının ətrafında hökm sürməyə başlamış German kökənli bir şərq qəbiləsidir. MS I- III yüzillərdə hökm sürmüşdülər. Zaman keçdikçə Karpata və Dunay çayına doğru torpaqlarını genişlətdilər. Hun basqınlarıyla qərbə doğru çəkilmək məcburiyyətində qaldılar. Ən tanınmış kralları Ardarikdir. Başlangıcda Attilanın sərkərdələrindən olan Ardarik, onun ölümündən sonra hunlara üsyan ederək, Attilanın oğlu İləki 454-cü ildə Nedao döyüşündə məğlubiyyətə uğratmışdır. Gepidlərin siyasi varlıqları III əsrin sonlarına doğru ortadan qalxdı. == Gepidlərin hökmdarları == Fastida (təq.
Bəbirlər (aerobatika eskadronu)
Bəbirlər (rus. Барсы) — Rusiyanın Surqut şəhərində mərkəzləşən, qadın pilotlardan ibarət yeganə mülki aerobatika komandasıdır. 18 iyul 2014 tarixində qurulmuşdur. Uçuşlar üçün Yak-54 təyyarələri istifadə olunur. Komandanın arsenalında həm də Yak-52, Yak-18T, An-2 və Douglas DC-3 təyyarələri var.
Gellər
Gellər — Strabon və Plininin qeyd etdiyi qədim skif tayfası, çox güman ki, etnik tərkibində heterojen olan Qafqaz albanlarının qəbilə birliyinin bir hissəsi idi. == Tarixi == Vasili Tatişevə görə Gili, Sarmat xalqı və ya slavyanlar, dəqiq məlum deyil, onlar indi Orel adlanan Uqla çayı boyunca yaşamışlar və çayın onların dilində Gilia adlandırılması diqqətəlayiqdir. ruslar tərcümədə Uql tərcümə etdilər, çünki sarmat dilində Gilia coal və guilio west. Bəzən ruslar onlara gel deyirlər, Melyanın gelon dediyi eyni; Ptolemey Litvada qalindalar, qalyonlar və gitonlar qoyur. Strykovsky, Qalindiya bölgəsinin adını saxladığı Prusslara qaliodalar qoyur. Pliniyə görə gelləri, yunanlar kadusilə kimi radlandırdılar. Lüdmila Borovkova öz əsərlərində yazırdı:Xonların və gellərin, Ammian Marsellinə görə, 356-358-ci illərdə birinci Şahanşah II Şapur ilə birlikdə vuruşmağlarını və ermənicə “xüsusilə döyüşkən tayfalar” adlandırılan xionitlərin və gelonların nəsilləri olduğuna şübhə etmək gərək yoxdur. Onlar 359-cu ildə albanlarla birlikdə Amida şəhəri yaxınlığında farslara romalılarla döyüşməkdə kömək etdilər. Birinci fəsilimizdə o da məlum oldu ki, Xionitlər və Gelonlar IV əsrin ortalarında artıq mövcud olmuş Alan tayfalarıdır. == Varisi == Bölgənin Gilyan adı ilə Gels etnonimi arasındakı əlaqə Vasili Bartold tərəfindən ifadə edilmiş və Edvin Qrantovski əsərlərində işlənmişdir.
Hərbi gəmilər
Hərbi gəmilər , ilk növbədə dənizdəki hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş olan gəmi növüdür. Əsasən ticarət gəmilərindən çox fərqli olurlar. Silahlarla təchiz edilməsinin mümkün olması ilə bərabər, kommersiya (ticarət) gəmilərindən fərqli olaraq xəsarətlərə qarşı dözümlü, manevr qabiliyyəti yüksək və sürətli olaraq hərəkət etmək qabiliyyətinə malik olaraq istehsal edilirlər. Kommersiya gəmilərindən fərqli olaraq tipik bir hərbi gəmi sadəcə olaraq silahlar, cəbbəxana və ekipajı üçün ərzaq daşıyır. Əsasən hər hansı bir donanmaya aid olduğu kimi, bəzən xüsusi şirkətlər tərəfindən də istehsal edilmiş olan hərbi gəmilər mövcud olmuşdur. İstehsalı çox qədim zamanlara gedib çıxan bu texnikanın istehsal səbəbi, dəniz və okeanlarda hərbi əməliyyatlar aparmaq qabiliyyətinə malik olmasıdır. Hərbi əməliyyatlar vaxtı hərbi gəmi ilə kommersiya gəmisi arasındakı fərq olduqca aşağı düşür. Müharibələr zamanı kommersiya gəmiləri də silahlandırılır və Birinci dünya müharibəsi zamanındakı Q-ship kimi köməkçi hərbi gəmi (İngiliscə: Auxiliary warship) olaraq da istifadə edilir. XVII əsrə kimi bir kommersiya gəmisinin, bir donanma gəmisinin yarısı qədər hərbi gəmi kimi fəaliyyət göstərməsi normal bir hal hesab edilirdi. Bu vəziyyət XIX əsrdə piratçılıq ilə başa çatdı.
Kabus gəmilər
Kabus gəmilər — XV əsrdən etibarən, dəniz səyahətləri zamanı görüldüyü iddia edilən gəmilərə verilən ümumi ad. Orta əsr salnamələrində, kabus gəmi ilə rastlaşmaq bir gəmi kapitanı üçün ən böyük uğursuzluq hesab olunurdu. Müxtəlif vaxtlarda, kabus gəmilərin mövcudluğu haqqında fikirlər səsləndirilmişdir. Əfsanələrə görə ən məşhur kabus gəmi Uçan Hollandiyalı hesab olunur. Gəmi haqqında rəvayətlər, XV-XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə, gəminin kapitanı söz vermişdir ki, o, məhşər kimi vaxt lazım olarsa Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəminin lənətləndiyi söylənilir. Kabus gəmilər haqqında olan rəvayətlər və əfsanələr əsasən, fantastik məzmun daşıyırdı. Gəmilərin uça bilməsi və ya suyun altına girib, yenidən suyun üzünə görünməsi kimi söyləntilər, insanların bütün bunları yalnız əfsanə kimi qəbul etməsinə səbəb olmuşdur. Ancaq 1872-ci ilin 4 dekabr tarixində, saat 13:00-da Dei Gartia gəmisinin, sonralar kabus gəmi adlandırılaçaq Meri Kalest gəmisi ilə qarşılaşması, kabus gəmilərin həqiqətən mövcud olması ehtimalını uzun müddət gündəmdə saxlamışdır.
Qara gəmilər
Qara gəmilər (yap. 黒船; kurofune) — qərb üslublu gəmilər nəzərdə tutulur. Bu ifadə Edo dövründən başlayaraq müasir Yaponiyada da işlədilir. Edo dövrünün sonlarında (Tokuqava mütləqiyyətinin sonlarında) gələn gəmiləri belə adlandırırlar. Hazırda xarici siyasətin Yaponiyaya qarşı sanksiyalarının və xarici kapitalın artması kimi vəziyyətlərdə "müasir dövrün qara gəmiləri" kimi tanınır.