Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paris və Londonda qara qəpiksiz
Paris və Londonda qara qəpiksiz (ing. Down and Out in Paris and London) – Corc Oruellin ilk işi. 1933-cü ildə nəşr olunmuşdur. Yazıçı bu romanında Paris və Londonda səfalətli keçən günlərini təsvir etmişdir. Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir. 1930-cu ilin oktyabrında tamamlanan kitabın ilk versiyası "Qabyuyanın gündəliyi" adlanırdı və sadəcə Paris fəsillərindən ibarət idi. 1931-ci ilin yayında kitabı Jonathan Cape nəşriyyatına təqdim etdi, amma payızda nəşriyyat kitabı rədd etdi. Bir il sonra London fəsillərinin də daxil olduğu kitabı Faber and Faber nəşriyyatına təqdim etdi, lakin kitab yenə rədd edildi.
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir. Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.
XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920)