Zəvvarlıq
Zəvvarlıq — müəyyən bir din üçün vacib sayılan coğrafi yerlərə və obyektlərə ibadət etmək, və ya bəzən tanınmayan və ya unudulmuş bir yerə özünün, başqaların, təbiyyətin və ya üstün yaxşılığın yeni mənasını tapmaq və ya onu genişləndirmək məqsədi ilə səyahət.
Zəvvarlıq bir sıra dinlər tərəfindən müxtəlif adlar altınd təlim olunur:
İslamda həcc Məkkənin və onun ətrafların ziyarətidir. Şiə İslamda bundan əlavə Ərbəin günü Kərbəla şəhərində baş verən mərasimlərə zəvvarlığı var.
Bəhailikdə Hayfa və Əkka şəhərlərinə zəvvarlıq edirlər.
İlk və ikinci məbədlərin dövrlərində üç zəvvalıqlı bayram var idi: pesah, şavuot və sukkot.
Şintoizmdə və yapon Buddizmində Nara şəhərinin ziyarəti.
Hinduizmdə, Buddizmdə, Caynizmdə və Siqhizmdə hər hansı müqəddəs obyektinin yerinə gedib, onun ətrafında çevirmək ənənəsi var. Hindistanda ona parikrama, Tibetdə isə kora deyirlər.
Müqəddəs torpaqlar üç İbrahimi dinlər (yəhudilik, xristianlıq və İslam) üçün vacib zəvvarlıq istiqamətidir. Birinci səlib yürüşünün səbəblərdən biri o dövrdə Fələstini idarə edən türklərin ora zəvvarlıq edən xristianlara qarşı qaba rəftar idi.