Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabaqyal dağı
Qabaqyal – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin suayrıcında, Yuxarı Yaycı kəndindən 3 km cənub-şərqdə dağ (hünd. 1824,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentində, onun mərkəzi hissəsinin şimal-şərq qanadında müşahidə edilən Yuxarı Danzik antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli əks-fay qırılmaları keçir.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Qaçağan (Allahverdi)
Qaçağan — Tiflis quberniyasının Loru mahalında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Daşbulaq çayının yaxınlığında, Dəvədaşı dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaçağan türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arevadzaq qoyulmuşdur.
Qaçağan (Marneuli)
Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd. == Tarixi == Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. 1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir. 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir. 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
Qaçağan (Sarvan)

Qaçağan xalçaları
Qaçağan xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Ümumi məlumat == Xalçanın adı Qazaxdan 50 km şimal-qərbdə müasir Gürcüstan ərazisində yerləşən Qaçağan yaşayış məntəqəsinin adından götürülmüşdür. Bu ərazidə etnik azərbaycanlılar məskunlaşmışdır. "Qaçağan" xalçaları "Borçalı" altqrupuna daxil olub Qazax rayonunda və ondan qərbdə yerləşən xalçaçılıq məntəqələrində eyni ad altında istehsal olunur. Əvvəllər burada hazırlanan xalçalar Qaçağan kəndindən 10km şərqdə yerləşən kəndin adı ilə "Muğanlı" adlanırdı. == Bədii analiz == "Qaçağan" xalçalarının ara sahəsinin kompozisiyası bir-birilə nazik boğazlıqla birləşmiş romb şəkilli göllərdən ibarətdir. Bu göllərin daxilində analoji formada kiçik ölçülü göllər yerləşir. Onların konturu boyunca bir sıra ilə xırda qarmaqlar keçir. Beləliklə, kiçik ölçülü göl sanki iri formaya qarışır. "Qaçağan" xalçalarının köbə zolaqları forma etibarilə Qazax xalçalarının köbəsi ilə üst-üstə düşür. == Texniki xüsusiyyətlər == "Qaçağan" xalçalarının ölçüsü, adətən, böyük olmur.