Qabaqyal dağı

QabaqyalŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin suayrıcında, Yuxarı Yaycı kəndindən 3 km cənub-şərqdə dağ (hünd. 1824,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentində, onun mərkəzi hissəsinin şimal-şərq qanadında müşahidə edilən Yuxarı Danzik antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli əks-fay qırılmaları keçir.[1]

Qabaqyal
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1824,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.