Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Yamblik
Yámblix (q.yun. Ἰάμβλιχος; 245/280 — 325/330) — antik dövrün neoplatonçu filosofu, Porfiriusun öyrəncisi, Apameyada yerləşən neoplatonçuluğun Suriya məktəbinin yaradıcısı. Onun əsli Suriyanın Xalkida şəhərindən idi, Romada təhsil almış, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs deyirdi. Bir sıra kitabların müəllifi idi. == Fəlsəfəsi == Yamblix Plotinin davamçısı olaraq onun Vahid-Əql-Ruh üçlüyü haqqında monistik təlimini bir qədər fərqli şəkildə təsəvvür edirdi. Məsələn o, Vahidi ikiyə bölmüşdür. Plotində olduğu kimi, Birinci Vahid hər bir varlıqdan daha ucadır. İkincisi isə özündən sonra gələn hər şeyin başlanğıcıdır. Yamblix burada Vahid-Əql və Vahid-çoxluq arasında keçid mərhələsini qurmuşdur. Bu bölgünü ona görə etmişdir ki, bir tərəfdən hər şeyin başlanğıcı olan Tanrı sonsuz olaraq uzaqlarda təsəvvür edilir.
Laiklik
Laisizm və ya laiklik (fr. laïcité sözündən) — dövlətin dininə və dilinə baxmayaraq ictimai sahədə hər kəsə eyni hüqüqların verilməsində daha fəal rol oynadığı siyasət və prinsiplər. == Türkiyədə == Türkiyə Respublikası milli dövlət kimi qurulmuşdur. Başqa sözlə, cəmiyyət öz müqəddəratını həll etmək səlahiyyətinə malikdir. Millətin tərifi nə irqdir, nə də ümmət. Millət öz hüquqlarını düşüncə əsasında nizamlayan cəmiyyətdir. Bu baxımdan millətin qeyd-şərtsiz suverenliyi dövlətin "laik" olması deməkdir. Bəzi dairələr Türkiyə qanunlarında sekulyarizmin heç bir tərifinin olmadığını iddia edirlər. Halbuki, Konstitusiyanın 24-cü maddəsində sekulyarizm rasionalist fəlsəfənin təhlilinə uyğun olaraq müəyyən edilmişdir.
Naibli
Naibli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Yozef Qabçik
Yozef Qabçik (slovak. Jozef Gabčík; 7 aprel 1912, Poluvsie[d], Avstriya-Macarıstan – 18 iyun 1942[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti slovak idi. == Həyatı == Yozef Qabçik 1918-ci ildə yaranmış Çexoslovakiyanın tərkibinə daxil olan Avstriya-Macarıstan imperiyasının Slovakiya hissəsində anadan olub. Atası Frantişek işləmək üçün ABŞ və Argentinaya gedən fəhlə, anası Mariya (qız soyadı Barankova) isə evdar qadın idi. Yosefin 2 qardaşı və bir bacısı var idi. Raetsk-Teplice şəhərində məktəbi bitirdikdən sonra o, Çexiyanın Vltavou üzərində Kosteleç kəndində yerli dəmirçi Y.Kunikin ailəsində yaşamış, 1932-ci ilə qədər burada dəmirçilik və metal işləmə ixtisasları üzrə təhsil almışdır. 1927-ci il məktəb məlumatlarına görə, o, həm də qonşu Kovarjov kəndində ikiillik ticarət məktəbində oxuyub.
Qibli muzeyi
Qibli muzeyi (三鷹の森ジブリ美術館, Mitaka no Mori Jiburi Bijutsukan, Mitaka Meşəsi Qibli Muzeyi) – Yaponiya animasiya studiyası Studio Ghibli-nin işlərinə həsr olunmuş muzey. Yaponiyanın Tokio şəhərinin qərbində yerləşən Mitaka şəhərindəki İnokaşira parkında yerləşir. Muzey kompleksi uşaqlar muzeyindən, texnologiya muzeyindən, təsviri incəsənət muzeyindən ibarətdir və animasiya incəsənəti ilə texnikasına həsr olunub. Muzeydə "Qonşum Totoro" (1988) animesindən Kotobusun replikası, kafe, kitab mağazası, terras bağı və Studio Ghibli filmləri üçün xüsusi teatr var. Muzeyin açılması ilk dəfə 1998-ci ildə planlaşdırılmışdır. Tikinti işləri 2000-ci ilin martında başlamış, muzey 1 oktyabr 2001-ci ildə açılmışdır.Muzeyin içində şəkil və video çəkmək qadağandır, muzey rəbərliyi bunun səbəbini muzeyin "nağıl dünyasına portal" olması ilə əlaqələndirir. Hayao Miyazaskinin məqsədi insanların muzeyi gözləri və qulaqları ilə təcrübə etmələrini təmin etməsidir. Muzeyin şüarı Hayao Miyazaki tərəfindən yaradılıb və "Gəlin birlikdə itək" şəklindədir. == Giriş == Muzeyə biletləri ancaq girişdə almaq olar. Honkonqda, Tayvanda, Koreyada, Şimali Amerikada, Avropada və Avstraliyada biletləri LAWSON onlayn bilet mağazası ilə qabaqcadan rezerv etmək olur.
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. == Həyatı == Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
Studio Ghibli
Studio Ghibli (yap. スタジオジブリ Kabushiki-gaisha Sutajio Jiburi)- 1985-ci ildə Hayao Miyazaki, İsao Takahata və Toshio Suzuki tərəfindən yaradılmışdır. == Adı == "Ghibli" adı Miyazaki tərəfindən İtalyan təyyarəsi Caproni Ca.309 Ghibli-yə görə verilib. İtalyan sözü Ghibli Ərəb dilində sirokko küləyi deməkdir. Bununla Miyazaki studiyanın "anime industriyasına yeni bir külək əsdirəcəyini" demiş olurdu.