Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalinas burnu
Qalinas burnu — Cənubi Amerika materikin ucqar şimal nöqtəsini təşkil edir. Kolumbiyanın Quahira departamenti ərazisində, Quaxira yarımadası sonucunda yerləşir. Burnun yaxınlığında 100 nəfərdən ibarət vayyo icması yaşayır. Burnun ucqar şimal nöqtəsində 1989-ci ildən mayak fəaliyyət göstərir.
Qalıncaq
Qalınçaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km şimal qərbdə İsmayıllı-Qəbələ yolu kənarında, Ax-ox çayın sol sahilində, dağ ətəyində yerləşir. Əhalisi bağçılıq, tütünçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi mövcuddur. == Tarixi == == Əhalisi == Əhalisi 1965 nəfərdir ki onunda 1004 nəfəri kişi, 961 nəfəri qadındır. Kənd sakinlərinin əsas iqtisadiyyatı kömür ticarətindən ibarətdir. Bu kəndə hər sakinin həyətində kömür hazırlanır. === Şəhidləri === 1. Elxan Balaəhməd oğlu Bünyadov 1970-25.10.1995 2. Zaman Bağı oğlu Qarayev 1970-30.10.1992 3.
Qalınçaq bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Altınbaş Universiteti
Altınbaş Universiteti – 2008-ci ildə İstanbul şəhərində fəaliyyətə başlamış özəl ali təhsil müəssisəsi. Əvvəlcə Kəmərburqaz Universiteti adı ilə fəaliyyət göstərən universitetin adı 1 iyul 2017-ci ildə dəyişdirilərək, Altınbaş Universiteti olmuşdur. == Maddi-texniki baza == Altınbaş Universitetinin İstanbul şəhərində üç fərqli bölgədə kampusu, bir yataqxanası və bir Medikal Park ilə anlaşmalı xəstəxanası var. Universitetin idarəetməsinin də yerləşdiyi texnologiya korpusu Mahmutbəydə, səhiyyə elmləri korpusu Bakırköydə, sosial elmlər korpusu isə Qayrettəpədə yerləşir. Altınbaş Universitetinin yataqxanası 400-dən çox tələbəyə ev sahibliyi etmə potensialına sahibdir və Mahmutbey korpusunun yaxınlığında yerləşir. == Fakültələr və ixtisaslar == Altınbaş Universitetində 9 fakültə, 1 institut, 1 xarici dillər məktəbi və 1 tibbi elmlər kolleci mövcuddur. Mahmutbəy korpusunda aşağıdakı Mühəndislik və Memarlıq Fakültəsi, Xarici Dillər Məktəbi fəaliyyət göstərir. Qayrettəpə korpusunda isə Biznesin İdarəedilməsi, Hüquq, İqtisadi, İdarəetmə və Sosial Elmlər, Tətbiqi Elmlər, İncəsənət və Dizayn fakültələri yerləşir. Son olaraq, Bakırköy korpusunda isə Tibb, Diş Həkimliyi və Əczacılıq fakültələri ilə yanaşı tibbi elmlər kolleci fəalliyyət göstərir. == Türkiyənin Beynəlxalq Universiteti == Dünyanın 98 fərqli ölkəsindən 6000-dən çox beynəlxalq tələbənin təhsil aldığı universitet Türkiyənin ən beynəlxalqlaşmış universitetlər arasında yer almaqdadır.
Salinas
Salinas (isp. Salinas) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 61,7 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1549 nəfərə çatmışdır.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Artemisia galinae
Artemisia galinae (lat. Artemisia galinae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Salinas Qrandes
Salinas Qrandes (isp. Salinas Grandes) — Argentinanın şimal-qərbində, yerləşən geniş bir şoranlıq ərazi. Şoranlıq 170 m dəniz səviyyəsindən yuxarıda, Serra Pampa — Serra Ankasti və Serra de Kordova silsilələri arasında yerləşir. Ərazisi 6 000 km² təşkil edir. Ümumi uzunluğu 250 km, eni 100 km-dir. Qurumuş gölün dibini təşkil edir. Ərazidə soda və potaş vardır. Salinas Qrandesdən Tukuman — Kordova dəmiir və avtomobil yolu keçir.
Karlos Salinas
Karlos Salinas de Qortari (isp. Carlos Salinas de Gortari; 3 aprel 1948, Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1988-ci ildən 30 noyabr 1994-cü ilə qədər Meksika Prezidenti. == Həyatı == Karlos Salinas 3 aprel 1948-ci ildə Mexikoda anadan olmuşdur. O, 1969-cu ildə Meksika Milli Muxtar Universitetini iqtisadiyyat ixtisası üzrə bitirmişdir. O, Harvard Con F. Kennedi Dövlət İdarəçilik İnstitutu və Harvard İncəsənət və Elmlər İnstitutunda 1973-cü ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi, 1976-cı ildə magistr dərəcəsi və 1978-ci ildə siyasi iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Meksikaya qayıtdıqdan sonra alma-materində professor olmuşdur. Tələbəlik illərindən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmasına baxmayaraq, Migel de la Madridin prezidentliyi dövründə 1982–1987-ci illərdə xidmət etdiyi Planlaşdırma və Büdcə Bürosunun katibi təyin olunana qədər rəsmi olaraq İPP təmsilçisi deyildi. 6 iyul 1988-ci ildə keçirilən prezident seçkilərində 50,7 səs toplayaraq qalib gəlmişdir. Rəsmi nəticələrin açıqlanması etirazlara səbəb olmuşdur. O, prezidenliyi dövründə neoliberal islahatlar həyata keçirmişdir.
Mallosia galinae
Qobustan malloziyası (lat. Mallosia galinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinin malloziya cinsinə aid heyvan növü. == Təsviri == Erkək fərdlərdə bədənin uzunluğu 21.0-31.5 mm, eni 5.5-9.5 mm, dişilərdə bədənin uzunluğu 24.8-31.8 mm, eni 7.0-9.8 mm-dir. Qanadüstlükləri iri punktirlidir. Punktirlər qalxancığın yanında daha kobud, qırışıqlı və birləşmişdir. Qalxancıq üzərində medial çökük aydın görünür. == Yayılması == İranın şimalında və Türkiyədə rast gəlinir. Azərbaycanda yarımnövünə Qobustan rayonunun şərqində, Ceyrankeçməz vadisində və Giləzi ərazisində rast gəlinir. == Həyat tərzi == Böcəklər may və iyunda nadir hallarda ferula cinsindən olan iri (çətirçiçəklilər fəsiləsi) bitkilərin gövdə və köklərində görünür. Sürfələr bu bitkinin köklərində qidalanır.
Qalina Bıstrova
Qalina Bıstrova (8 fevral 1934, Naxçıvan – 11 oktyabr 1999, Volqoqrad) — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası. == Həyatı == Qalina Doljenkova atasının sərhədçi kimi xidmət etdiyi Naxçıvan şəhərində anadan olub. Atası 1941-ci ildə cəbhəyə gedib, iki ildən sonra səhhəti ilə əlaqədar onu azad ediblər və Pyotr ailəsi ilə birgə Qorkiyə köçüb. Kanabensk rayonunda Qalina yeddi sinif bitirib, sonra isə valideynlərindən gizli olaraq Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Sonradan onun həyat yoldaşı olan Vasili Moiseyeviç Bıstrovun rəhbərliyi ilə yüngül atletika ilə məşğul olub. 1953-cü ildə onların oğlu Sergey anadan olub. Bıstrova karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. 50-ci illərdə onun çanağ bud oynağında kəskin ağrılar başlayıb və həkimlər ona osteoartroz diaqnozunu qoyub. 1972-ci ildə həyat yoldaşı və oğlu Volqoqrad şəhərinə köçüb, sonra Qalina özü də oğlunun yanına köçüb. == Karyera == Qalina Melburn Olimpiadasında 80 metr məsafəyə maneələrlə qaçışda dördüncü olub, bununla da avstraliyalı bürünc mükafatçısı Norma Trauerlə eyni vaxt nümayiş edib.
Qalina Hüseynova
Qalina Anatolyevna (tam adı: Qalina Anatolyevna Hüseynova; 16 oktyabr 1951, Çistyakovo, Donetsk vilayəti) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftlərin tədqiqi və yağların alınma texnologiyası" laboratoriyasının Texnika üzrə elmlər doktoru. == Həyatı == Hüseynova Qalina Anatolyevna 1951-ci ildə Ukraynanın Donetsk vilayətinin Torez şəhərində anadan olub. 1968-ci ildə orada orta məktəbini bitirib. Həmin ildə Kuybışev şəhərində (indiki Samara şəhəri, Rusiya) V. V. Kuybışev adına Politexnik İnstitutuna daxil olub, onu bitirdikdən sonra 1973-cü ildə Ümumittifaq neft emalı elmi-tədqiqat institutunun Kuybışev filialına (КФ ВНИИНП) təyin edilib, orada yağlı duman üsulu ilə ağır sənaye qurğuların yağlanması üçün tərkibində aşqarlar olan industrial neft yağlarının kompozisiyalarının işlənib hazırlanması ilə, həmçinin aşqarların təsirinin sinergizmi və mexanizminin tədqiqi ilə məşğul olub. == Elmi fəaliyyəti == 1979-cu ildə Hüseynova Q. A. Ümumittifaq neft emalı elmi-tədqiqat institutunun (Rusiya, Moskva şəhəri) əyani aspiranturasına daxil olub. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra Neftkimya Sənayesi Nazirliyinin kadrların və təhsil müəssisələrin təyinatı ilə Ümumittifaq Olefinlərin emalı üzrə elmi-tədqiqat və texnoloji instututuna (Azərbaycan, Bakı şəhəri) göndərilib. 1986-cı ildə "Yayma dəzgahının universal şpindellərinin polad-tunc sürtünmə cütü üçün industrial yağ" mövzusunda "Neft kimyası" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib və həmin ildə texnika elmləri namizədi elmi adı alıb. 1997-ci ildə həmin İnstitutda Hüseynova Q. A. böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2001-ci ildən AMEA akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (AMEA NKPİ) "Neftlərin tədqiqi, yağların alınma texnologiyası" laboratoriyasında işləyir.
Qalina Kazaçinova
Qalina Qriqoryevna Kazaçinova (Kujakova) (rus. Галина Григорьевна Казачинова (Кужакова); 9 dekabr 1941, Ağban piltiri aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, pedaqoq, ictimai xadim. Rusiya Yazıçılar Birliyinin üzvü (1993). Xakasiya Yazıçılar Birliyinin sədri (1998–2009). Xakasiya Respublikasının Əməkdar mədəniyyət işçisi (1996). == Həyatı == Qalina Qriqoryevna Kazaçinova (Kujakova) 9 dekabr 1941-ci ildə Xakasiya Muxtar Vilayətinin (indiki Xakasiya Respublikası) Ust Abakan rayonunun Aev ulusunda anadan olmuşdur. Orta təhsilini tamamladıqdan sonra Abakan Pedaqoji Məktəbinə daxil olmuşdur. Abakan Dövlət Pedaqoji İnstitutunda oxuyarkən jurnalistika ilə məşğul olmağa başlamışdır. İnstitutu bitirdikdən sonra ədəbi işçi, radio və televiziya redaktoru, Xakasiya Kitab Nəşriyyatının redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür.
Qalina Koltunova
Koltunova Qalina Borisovna (d.5.10.1918, Bakı-v.1994, Bakı) — Azərbaycan SSR xalq artisti (1981). Filmoqrafiya: Şərikli çörək (film, 1969) - rol: həkim == Həyatı == Bakı Teatr Texnikumunu bitirmişdir (1944). 1941 ildən Azərb. Dövlət Rus Dram Teatrında (1949-52 illərdə fasilələrlə) çıxış etmişdir. Rolları: Qlafira ("Qurdlar və qoyunlar", A.Ostrovski), Nataşa ("Üç bacı", A.Çexov), Liza ("Canlı meyit", L.Tolstoy), Nazlı ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Bənövşə ("Kəndçi qızı", M.İbrahimov), Nadejda ("Mənim ümidlərim", M.Şatrov) və b. Azərb. SSR Ali Sovetinin (10 və 11-ci çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Qalina Malaşenko
Qalina Malaşenko (1 mart 1980) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Qalina Malaşenko Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Qalina Marinova
Qalina Marinova (20 aprel 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Qalina Marinova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Qalina Markuşevskaya
Qalina Markuşevskaya (d. 16 iyul 1976) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Qalina Markuşevskaya Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Qalina Nikandrova
Qalina Andreyevna Nikandrova (d. 9 sentyabr 1987) — Belarusu təmsil edən bədii gimnast. Qalina Nikandrova, 2004-cü ildə Belarusu XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Qalina Nikandrova, 2004-cü ildə Belarus bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Nataliya Aleksandrova, Yeniya Burlo, Qlafira Martinoviç, Zlatislava Nersesyan və Mariya Popliko ilə birgə finalda 48.000 xal topladı və fəxri 4-cü yeri tutdu.
Qalina Ritova
Qalina Ritova (d. 10 sentyabr 1975) — Rusiyanı və Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Qalina Ritova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Qalina Ritova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Qalina Tançeva
Qalina Tançeva (18 may 1987, Varna) — Bolqarıstanı təmsil edən bədii gimnast. Qalina Tançeva Bolqarıstanı 2004 Afina Olimpiadasında təmsil etdi və bürünc medal qazandı. Qalina Tançeva əkiz bacısı Vladislava Tançeva ilə birgə 2004 Afina Olimpiadasının bürünc medalını qazanıb. == Karyerası == Qalina Tançeva, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Zornitsa Marinova və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Qalina Timçenko
Qalina Viktorovna Timçenko (rus. Галина Викторовна Тимченко; 8 may 1962, Moskva) — Rusiya jurnalisti, 2004—2014-cü illərdə Lenta.ru internet nəşrinin baş redaktoru. == Tərcümeyi-halı == Qalina Timçenko Moskvada anadan olub. Moskva 3-cü Tibb İnstitutunu bitirib. 1997—1999-cu illərdə "Kommersant" qəzetinin redaktoru işləyib. 1999-cu ildə yeni yaradılan Lenta.ru internet nəşrinə keçir və monitorinq xidməri əməkdaşından şef-redaktoru vəzifəsinədək yüksəlir. 2004-cü ildə nəşrin baş redaktoru təyin edilir. == Лента.ру == 2010-cu ildə Harvard Universitetinin bloq mühitində keçirdiyi tədqiqata görə, «Ленту.ру» rus dilli bloqlarda ən mox adı hallanan xəbərlər mənbəyi oldu. 2013-cü ilin apreilində comScore şirkətinin tədqiqinə görə , Lenta.ru saytı Avropa xəbərlər saytları içində daxil olmaya görə büşinci yerdə olub. Alexa.com saytının mart 2014-cü il tarixinə olan reytinq cədvəlinə görə Lenta.ru Rusiyada populyarlığına görə 16-cı yerdə idi.
Qalina Urbanoviç
Qalina Urbanoviç (d. 5 sentyabr 1917, Bakı, Rusiya İmperiyası — ö. 8 may 2011, Moskva, Rusiya) — sovet idmançısı və məşqçisi (idman gimnastikası), SSRİ əməkdar idman ustası (1946), RSFSR əməkdar məşqçisi (1964). 1940-1950-ci illərdə dünyanın ən güclü gimnastlarından biri. 1952 Helsinki Olimpiya Oyunlarının qızıl (komanda birinciliyində) və gümüş (qrup hərəkətlərində) mükafatçısı. Yeddiqat SSRİ çempionu (1943–48, 1950). Qalina Urbanoviç 1957-ci ildə Moskva Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Qalina Vişnevskaya
Qalina Vişnevskaya (rus. Гали́на Па́вловна Вишне́вская; d. 25 oktyabr 1926 - ö. 11 dekabr 2012) — Sovet və rus opera müğənnisi. == Həyatı == 25 oktyabr 1926-cı ildə Leninqradda anadan olmuşdur. Leninqrad blokadasını yaşayıb. 16 yaşında Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olub. Tez bir zamanda sol partiyaların ifaçısı kimi çıxış edib. Üç dəfə ərdə olub.
Qalina Zlotnikova
Qalina Zlotnikova (d. 24 aprel 1984) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Qalina Zlotnikova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Qalina Burdina
Qalina Pavlovna Burdina (rus. Галина Павловна Бурдина; 24 mart 1919, Vereşaqino – 25 noyabr 2006, Riqa) — İkinci Dünya Müharibəsində iştirak etmiş Sovet Hərbi Hava Qüvvələrinin qırıcı pilotu. == Həyatı == Qalina Burdina 24 mart 1919-cu ildə anadan olub. Onun atası Rusiya vətəndaş müharibəsi zamanı həlak olmuşdu. O, 14 yaşında ikən gecələr təhsilini davam etdirməklə fəhlə işləməyə başlaymışdır. 17 yaşında ikən planerdə uçmağı öyrənməyə başlayan Burdina Ulyanovskdakı mülki aviasiya pilotu məktəbində oxumağa davam etmişdir. O, daha sonra Yekaterinburqda pilot təlimatçısı kimi işləməyə başladmışdır. 1941-ci ilin sentyabrında onun məktəbi hərbi pilotlar məktəbinə çevrilmiş və Burdina hərbi pilotlar hazırlamağa davam etmişdir. === İkinci dünya müharibəsində === Müharibə zanaı o, məktəbin digər iki qadın təlimatçısı ilə birlikdə könüllü olaraq hərbi xidmətə getdi. 24 saat əvvəl xəbərdar edilərək o, Moskvaya göndərildi.