QAQAUZ

Oğuz sözü ilə qohumdur. S.Mladenov qaqauz sözünün göy oğuz bir­ləşməsindən əmələ gəldiyini bəyan edib (müqayisə edin: göy türklər). İnandırıcı hesab etmək olar. Belə düşünürəm ki, buradakı göy kəlməsi “od” anlamı ilə bağlıdır. Elə göy də (небо) “od məskəni” deməkdir, rənglə bağlı deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QAQAT
QALA
OBASTAN VİKİ
Qaqauz
Qaqauzlar — türk xalqı. Qaqauzların ümumi sayı təqribən 300 min nəfərdir, əsasən Moldovada yaşayırlar. Qaqauz dili türk dillərinin oğuz qrupuna aiddir. Dinləri əsasən pravoslavdır. Moldova tərkibində muxtar ərazi vahidi olan Qaqauziya vardır. Qaqauzların mənşəyi haqqında bir çox fərqli fərziyyələr var: Qaqauzların əcdadları türkdilli xalqlardır: Oğuzlar , Peçeneqlər , Kumanlar ; Türkiyədə Səlcuq nəzəriyyəsi geniş yayılmışdır: Qaqauzlar 13- cü əsrdə Dobrucaya köçüb Polovtsiyalılarla birlikdə Oğuz dövlətini qurmuş Səlcuq türklərinin nəslindəndir ; Bolqarıstanda ən çox yayılmış fərziyyə budur ki, qaqauzlar türkləşmiş bolqarların nəslindəndir ; Qaqauzlar 7-ci əsrdə Volqa sahillərindən Balkanlara köçmüş , 9-cu əsrdə isə xristianlığı qəbul etmiş türk bulqarların törəmələridir . Onun müasir linqvistik əsaslandırması yoxdur. Çox güman ki, yuxarıda göstərilən qrupların hamısı qaqauz xalqının etnogenezində iştirak etmişdir Müxtəlif yaşayış məntəqələrindən olan qaqauzlarla aparılan genetik komponentin son tədqiqatı onların mənşəyi məsələsinə aydınlıq gətirməmişdir. Tədqiqatçılar qaqauzların genetik cəhətdən son dərəcə heterojen olduğunu qeyd ediblər. Bir nümunədə qaqauzların balkan kökləri, digərlərində türk (səlcuq) kökləri var idi .
Qaqauz dili
Qaqauz dili — qaqauzların danışdığı dil. Oğuz dil qrupuna daxildir. Moldovada 140 000, Balkan yarımadasında 100 000, Ukraynada 32 000, Bolqarıstanda 10 000 nəfər bu dildə danışır. Moldovanın Çadır-Lunq, Vulkaneşt, Komrat, Ukraynanın İzmail vilayətində və qismən Qazaxıstan və Özbəkistanda yayılmışdır. Moldova və Bessarabiya ərazisində əsasən iki dialekti vardır: çadırlunq-komrat (mərkəzi) və vulkaneşt (cənub). 1956-cı ildə kiril qrafikası əsasında əlifbası tərtib olunmuşdur.
Qaqauz folkloru
Qaqauzların mani adlandırdıqları şeir dördlükləri heyrətamiz dərəcədə Azərbaycan bayatılarıyla yaxın hətta bəzən əkizdirlər. Qaqauz folklorunda bir çox türk xalqları üçün ənənəvi sujetlər - “Koroğlu”, “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Arza-Qəmbər” dastanlarıyla, Nəsrəddin lətifələriylə bağlı motivlər haqqında əvəllərdə, “Koroğlu” şeirləri təqdim olunan səhifələrdə danışmışdıq. Ancaq qaqauzların indiki coğrafi məskənlə- riylə və son əsrlərdəki tarixi talelər ilə bağlı, başqa türk xalqlarında olmayan folklor nümunələri də var. Bunlardan “Sevastopol türküsü”nü, 1877-1878-ci illərin Osmanlı-Rus müharibəsinə aid dastanları, 1828-ci il Vama müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan “Yəmən türküləri”ni göstərmək olar. Qaqauz dilinin özəlliklərinə gəldikdə, bir neçə nöqtəni vurğulamaq istəyirik. Qaqauz türkcəsində bəzən “H” səsi düşür, məsələn: “hava” əvəzinə “ava”, “haçan” əvəzinə “açan”, “bər” əvəzinə “ər”, “həm” əvəzinə “əm”, “hesablanmtş” əvəzinə “esablanmış” - deyirlər. Əksinə, bəzən ilk səs kimi “H” əlavə olunur: anbar-hanbar, aylaq-haylaq və s. Bəzən sözün başında “R” əvəzinə “L” işlənir: Rüzgar-lüzgar. “Ğ” səsini, ümumiyyətlə, işlətmirlər: Dağlara yerinə daalara, oynamağa yerinə oynamaa, aramağa yerinə aramaa və s. deyirlər.
Qaqauz əlifbası
Qaqauz əlifbası — qaqauz dilində yazmaq üçün istifadə olunan əlifba. Əlifba var olduğu dövr ərzində müxtəlif qrafik əsaslarla mövcud olub və dəfələrlə islahatlara məruz qalıb. Son islahatlardan sonra qaqauz əlifbası latın əlifbasının əsasında fəaliyyət göstərir. Əlifbanın inkişaf dövrü 3 hissəyə bölünür: 1957-ci ilə qədər — əlifbanın yaradılması üçün ilk cəhdlər. 1957–1993-cü illər — kiril əlifbasının əsasında olan əlifba. 1993-cü ildən etibarən — latın əlifbasının əsasında formalaşmış müasir əlifba. Qaqauz əlifbası ilə mətnlər ilk dəfə rus alimi V.Moşkov tərəfindən 1895–1896-cı illərdə nəşr edilib. Mətnlərin yazılışı üçün o Elmlər Akademiyasının kiril əlifbası ilə olan türkoloji əlifbasından istifadə etmişdir. Əlifba bu hərflərdən ibarət idi: а, б, в, г, д, е, ж, з, j, i, к, л, м, н, о, п, р, с, т, у, ф, х, ц, ч, ш, ы, џ, ӡ, l, h, ā, ē, ī, ō, ӯ, ы̄, ö, ȫ, ÿ, ä, ǟ. Hərflərin üzərindəki simvollar ………….
Başköy (Qaqauz Yeri)
Başköy (qaq. Başküü) Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Braziliya qaqauzları
Braziliya qaqauzları — türk dilli qaqauzların diasporu. Braziliya qaqauzlarının böyük qismi San-Pauluda cəmləşmişdir. == Tarixi == Qaqauzların Argentina və Braziliyaya kütləvi axını 1922-ci ildə, Bessarabiyanın Rumıniya tərəfindən idarə edildiyi zaman başlayır. == Tanınmış şəxsiyyətləri == Dmitri Dyakov – Kiriyet-Lunqa kəndindəndir, San Xose dos Kamposun küçələrindən biri onun adını daşıyır. Afanasio Yazaci - jurnalist.
Bucaq (Qaqauziya)
Bucaq — Moldova Respublikasının tərkibinə daxil olan Qaqauziya Muxtar ərazisində kənd. == Haqqında == Moldova Respublikasının muxtar ərazisi olan Qaqauziyada yerləşən Bucaq kəndində əhalinin sayı 2004-cü ildə əhalinin siyahıya alınmasına dair statistik məlumata əsasən 1525 nəfərdir.. Onlardan 942 nəfəri qaqauz, 305 nəfəri moldovan, 115 nəfəri rus, 85 nəfəri ukraynalı, 56 nəfəri bolqar, 4 nəfəri isə qaraçıdır. Kənd dəniz səviyyəsindən 46 metr yüksəklikdə yerləşir. Kənddə Komrat dəmiryol stansiyası yerləşir. 31 may 1978-ci ildə Moldoviya SSR-nin Komrat rayonundakı "Bucaq" sovxoz-zavod yaşayış məntəqəsi əsasında Bucaq şəhər tipli qəsəbəsi təşkil olunmuşdur. Moldova müstəqillik əldə etdikdən sonra Bucaq şəhər tipli qəsəbədə əhalinin sayının azalması ilə əlaqədar o, kənd adlandırılmışdır.
Moldovada qaqauzlar
Moldovada qaqauzlar — Moldova ərazisində yaşayan ən iri milli azlıqdan biri. Besarabiyada ruslar tərəfindən aparılan kolonizasiyalaşdırma siyasətinə baxmayaraq qaqauzlar bölgədə mövkəmlənə bilmişlər. Onlar Moldova ərazisində qeyri bərabər paylaşmışdır. Onlar əsasən ölkənin cənubunda üstünlük təşkil etirlər. Xüsusi ilə Qaqauz Muxtar Regional Torpağı ərazisində cəmləşmişlər. Qaqauzlar əsasən kənd təsərrüfatı sahələrində çalışırlar. Bu səbəbdən qaqauzlar arasında kənd əhalisi üstünlük təşkil edir. Qaqauzların ölkənin milli tərbinində rolu getdikcə artır. Qaqauziya ərazisində isə onların say artımı nəticəsində respublikanın 83,8 % əhalisini təşkil edir. Qonşu Tarakli rayonunda isə əhalinin 9,0 % təşkil edir.
Qaqauzca
Qaqauz dili — qaqauzların danışdığı dil. Oğuz dil qrupuna daxildir. Moldovada 140 000, Balkan yarımadasında 100 000, Ukraynada 32 000, Bolqarıstanda 10 000 nəfər bu dildə danışır. Moldovanın Çadır-Lunq, Vulkaneşt, Komrat, Ukraynanın İzmail vilayətində və qismən Qazaxıstan və Özbəkistanda yayılmışdır. Moldova və Bessarabiya ərazisində əsasən iki dialekti vardır: çadırlunq-komrat (mərkəzi) və vulkaneşt (cənub). 1956-cı ildə kiril qrafikası əsasında əlifbası tərtib olunmuşdur.
Qaqauzca Vikipediya
Qaqauzca Vikipediya — Vikipediyanın qaqauz dilində olan bölməsidir.
Qaqauziya
Qaqauziya (qaqauz. Gagauz Yeri/Gagauziya; mold. Găgăuzia) və ya rəsmi olaraq Qaqauz Yeri Muxtar Bölgəsi (qaqauz. Avtonom Territorial Bölümlüü Gagauz Yeri; mold. Unitatea Teritorială Autonomă Găgăuzia) — Moldova Respublikasının tərkibində muxtar ərazi. Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir. Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədim Kutriqurların davamçılarıdır.
Qaqauziya Başqanı
Qaqauziyanın Başqanı — Qaqauziyada ali icra vəzifəsinin adı. Vəzifə 23 dekabr 1994-cü il tarixli 344-XIII saylı Qaqauziyanın hüquqi stattusu haqqında qanunun 14-cü maddəsinə əsasən təsis edilib. Ona bölgənin bütün hakimiyyət orqanları tabedir. Başqan ümumi, bərabər, birbaşa, gizli və azad səsvermə ilə dörd il müddətinə seçilir. Eyni şəxs iki dəfədən artıq başqan seçilə bilməz. O Moldova vətəndaşı olmalı, yaşı 35-dən yuxarı olmalı və qaqauz dilini bilməlidir. Başqan Moldova prezidentini tərəfindən hökumət üzvü təsdiq edilir. Başqanın Qaqauziya ərazisində məcburi olan sərəncamlar vermək hüququ vardır.
Qaqauziya Respublikası
Qaqauziya Respublikası (qaq. Gagauz Respublikası) — keçmiş Moldova SSR ərazisində öz-özünü elan etmiş respublika. hüquqi olaraq 1990-cı ildən 1994-cü ilədək, faktiki olaraq isə 1995-ci ilə qədər mövcud olmuşdur. 1994-cü ilin dekabrı — 1995-ci ilin iyul tarixləri ərzində dinc yol ilə Moldova Respublikasının ərazisinə daxil edilmişdir. Hazırda Qaqauziya adlı muxtar ərazidi. Qaqauz xalqının problemləri haqqında ilk diskussiya 1980-ci illərin sonunda yarandı. 21 may 1989-cu ildə Qaqauz xalqının nümayəndələrinin birinci qurultayı keçirilmişdir. Beləliklə qaqauzların "Qaqauz Xalqı" adlı ictimai hərəkatı yarandı. 1989-cu il noyabrın 12-də Qaqauz xalqının nümayəndələrinin Fövqəladə qurultayı keçirildi, orada Moldova SSR-in tərkibində Qaqauz Muxtar Sovet Sosialist Respublikası elan edildi, amma ertəsi gün Moldova SSR Ali Sovetinin Rəyasət Heyəti Fövqəladə qurultayının qərarını ləğv edib onu konstitusiyaya zidd olduğunu adlandırdı. 1990-cı il avqustun 19-da Moldova SSR-in cənubi çöl xalq deputatlarının I qurultayı keçirildi, orada "Qaqauz xalqının Moldova Respublikasından azadlıq və müstəqillik haqqında bəyannamə" qəbul edildi və SSRİ tərkibində Qaqauziya Respublikası elan edildi.
Qaqauziya bayrağı
Qaqauziya bayrağı — Moldova Respublikası tərkibində yerləşən muxtar respublikası bayrağı.
Qaqauziya gerbi
Qaqauziya gerbi — mavi fonda üzərində yeni doğan qızılı günəş təsvir edilmiş heraldik qalxandan ibarətdir. Qalxan üzərinə Qaqauziya bayrağının sarıldığı qızılı sünbül dəstəsi ilə əhatələnib. Qalxanın aşağı qismində üzüm yarpaqları və budaqları təsvir edilib. Bu respublikanın əsas məhsulunun göstəricisidir. Üç qızılı beş güşəli ulduz isə qalxanın üst hissəsində bərabərtərəfli üçbucaq formasında təsvir edilib. Gerbin müəllifi rəssam Fedor Dudoqludur. Gerb 1994-cü ildə təsdiq olunub.
Qaqauziya himni
"Tarafım" — Qaqauziya muxtariyyətinin rəsmi himni. Sözləri Mina Köseyə, musiqisi isə Mixayıl Kolsaya məxsusdur. 1995-ci ildə musiqisi, 1999-cu ildə isə mətni Qaqauziya Xalq Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Qaqauziya muxtariyyətinin qanunu. Qaqauz himni haqqında. Qaqauziya Xalq Məclisi qərar qəbul edir: Maddə 1: Qaqauziyanın (Qaqauz yeri) himni kimi bəstəkar Mixayıl Kolsanın musiqisi təsdiq edilsin. Maddə 2: Təsdiq edilsin ki, Qaqauziya (Qaqauz yeri) himni regional və yerli radioda hər gün Moldova Respublikasının himnindən sonra səsləndirilsin. Maddə 3: Qaqauziya (Qaqauz yeri) himninin, təntənəli mərasimlərdə, Moldova Respublikasının bayramlarında, Qaqauziyanın (Qaqauz yeri) bayram və önəmli günlərində ölkənin rəsmi himni səsləndirildikdən sonra sələndirilməsi təsdiq edilsin. Rəhbər (başqan) Qaqauziyanın (Qaqauz yeri) Q.D.Tabunşik Komrat şəhəri 4 dekabr 1995-ci il.
Qaqauzlar
Qaqauzlar — türk xalqı. Qaqauzların ümumi sayı təqribən 300 min nəfərdir, əsasən Moldovada yaşayırlar. Qaqauz dili türk dillərinin oğuz qrupuna aiddir. Dinləri əsasən pravoslavdır. Moldova tərkibində muxtar ərazi vahidi olan Qaqauziya vardır. Qaqauzların mənşəyi haqqında bir çox fərqli fərziyyələr var: Qaqauzların əcdadları türkdilli xalqlardır: Oğuzlar , Peçeneqlər , Kumanlar ; Türkiyədə Səlcuq nəzəriyyəsi geniş yayılmışdır: Qaqauzlar 13- cü əsrdə Dobrucaya köçüb Polovtsiyalılarla birlikdə Oğuz dövlətini qurmuş Səlcuq türklərinin nəslindəndir ; Bolqarıstanda ən çox yayılmış fərziyyə budur ki, qaqauzlar türkləşmiş bolqarların nəslindəndir ; Qaqauzlar 7-ci əsrdə Volqa sahillərindən Balkanlara köçmüş , 9-cu əsrdə isə xristianlığı qəbul etmiş türk bulqarların törəmələridir . Onun müasir linqvistik əsaslandırması yoxdur. Çox güman ki, yuxarıda göstərilən qrupların hamısı qaqauz xalqının etnogenezində iştirak etmişdir Müxtəlif yaşayış məntəqələrindən olan qaqauzlarla aparılan genetik komponentin son tədqiqatı onların mənşəyi məsələsinə aydınlıq gətirməmişdir. Tədqiqatçılar qaqauzların genetik cəhətdən son dərəcə heterojen olduğunu qeyd ediblər. Bir nümunədə qaqauzların balkan kökləri, digərlərində türk (səlcuq) kökləri var idi .
Rumıniyada qaqauzlar
Rumıniyada qaqauzlar ən qədim etnik azlıqlardan biridir. Onların əsas yaşayış məntəqələri Dobruca bölgəsində (Rumıniyanın cənub-şərqi) yerləşir və onların əsas dini pravoslavlıqdır. Qaqauz xalqının Dobruca və Deliorman bölgələrində yaşadığı 13-cü əsrdən məlumdur. XIX əsrin əvvəllərində Dobrucadaki qaqauzların sayı hələ çox idi. Bessarabiya torpaqlarının Rusiya imperiyasına keçdiyi dövrdə (1812), qaqauzların kiçik bir hissəsi Dobrucadan Bessarabiyaya köçmüşdür, çünki orada qaquzları imtiyazlar vəd edilmişdir ki, onlar hərbi xidmət və çar hökumətinin qoyduğu vergilərdən azad idilər, həmçinin onlara müharibə və quldur terroru ilə əhatə olunmuş Balkan yarımadasını tərk etmək imkanı verilmişdir. Dobrucada (Bolqarıstanın şimal-şərqi və Rumıniyanın cənub-şərqi) qalan əhalinin əksəriyyəti assimilyasiya olunmuşdur. Rumıniya, Rusiya, Bolqarıstan dövlətləri qaqauzların assimilyasiyasına güclü təsir etmişdilər. Bu cür proseslər 1918-1944-cü illərdə Rumıniyanın "Bessarabiyanın azad edilməsi" zamanı da baş verirdi. 1940-1941-ci illərdə SSRİ XDİK "Bessarabiyada xalq düşmənləri" şüarları altında qaqauzlar arasında kütləvi təmizləmələr aparmış, XDİK əməkdaşları yüzlərlə qaqauz ailəsini repressiya etmişdilər. Qaqauzlar ilk dəfə SSRİ-də hərbi xidmətə çağırılmışdılar, sovet işğalı dövründə qaqauzları rus dilində danışmağa məcbur edirdilər və doğma dillərində ünsiyyətləri qadağan olunmuşdur.
Ukrayna qaqauzları
Ukrayna qaqauzları — Qaqauzlar Ukraynada yaşayan çoxsaylı xalqlar arasında öz saylarına görə 18-ci yerdədirlər. Ukraynada baş tutmuş 2001-ci il siyahıyalınmasına əsasən onların bu ölkədəki sayı 31.900 nəfərdir. Əcdadları əsasən 1812–1830-cu illərdə Osmanlı İmperiyasının Bolqar torpaqlarından köçürülmüş pravoslavlardır. Odessa vilayətinin cənub-qərbində Qaqauziya Muxtar Bölgəsi ilə olan sərhəd boyunca kompakt şəkildə yaşayırlar. Bununla da Ukrayna qaqauzların kompakt şəkildə yaşadıqları iki ölkədən biridir. Bessarabiya bolqarları kimi qaqauzların da kompakt yaşadıqları ərazilər USSR və MSSR arasında bölünmüşdür. Sonradan bu sərhədlər SSRİ dağıldıqdan sonra Moldova və Ukrayna arasında olan rəsmi dövlət sərhəddinə çevrildi. Bununla yanaşı sovet dövründə ittifaq dağılandan sonra baş verənlərin əksinə olaraq Ukrayna SSR ərazisində qaqauzların sayı durmadan artırdı. Bu dövr ərzində onların ölkədəki sayı 23.500-dən 32.000 nəfərə qədər artmışdı. 1959–1989-cu illər ərzində Ukrayna SSR ərazisindən Moldova SSR ərazisinə və eləcə də RSFSR ərazisinə qaqauzların miqrasiyası xarakterik idi bu isə yetəri qədər böyük qaqauz diasporunun yaranmasına səbəb olub.
Ümumdünya Qaqauzlarının Konqresi
Ümumdünya Qaqauzlarının Konqresi (qaq. Dünnää gagauzların kongresi) hər 3 ildən bir Qaqauziya Muxtar Bölgəsinin paytaxtı Komrat şəhərində keçirilir. Tədbirdə dünyanın hər yerindən olan qaqauzlar toplaşırlar. Muxtar bölgəsinin tarixində qaqauzların ilk konqresi 2006-cı ildə təşkil edilmiş və iyulun 20-dən 21-dək keçirilmişdir. İki gün ərzində tədbir iştirakçıları Qaqauziyanın tarixi və həyatı ilə tanış oldular, mədəniyyət və tarixi müəssisələrini ziyarət etdilər. Konqresdə Bolqarıstan, Yunanıstan, Rusiya, Ukrayna, Türkiyə, Kanada, ABŞ, Braziliya və qaqauz diasporasının olduğu dünyanın bir sıra başqa ölkələrindən 220 nümayəndə iştirak etmişdir. Konqres Qaqauziya ilə xaricdəki qaqauz diasporunun nümayəndələri arasında sıx sosial-iqtisadi və mədəni əlaqələrin qurulmasına uğurla töhfə vermişdir. Qaqauzların ikinci konqresi 2009-cu ildə avqust ayının 18-dən 19-dək keçirildi. Əvvəlcə Komratın mərkəzi küçəsi boyunca Qaqauziya və digər ölkələrin milli folklor qruplarının paradı baş tutdu. Sonra mərkəzi meydanda, Qaqauziyanın müxtəlif şəhər və kəndlərə aid stendlərə baxıldı.

Digər lüğətlərdə