qantəmizləyici
qantökən
OBASTAN VİKİ
Qantəpər
Qantəpər (lat. Cephalaria) – dipsacaceae fəsiləsinə aid bitki cinsi. Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Respublikamızda ən çox yayılmış qantəpər növləri Nəhəng qantəpər, Koçi qantəpəri və Naxçıvan qantəpəridir. Bu bitkilər Culfa, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Laçın, Kəlbəcər, Şuşa, Zaqatala, Şəki, Quba, Dəvəçi, Şamaxı, İsmayıllı və Lənkəran rayonlarında geniş yayılmışdır. Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Bitkinin çiçəklərindən dəmləmə (çay) şəklində qədimdən bəri soyuqdəymədə, daxili qanaxmalarında və eləcə də ürək-damar və böyrək-sidik yolu xəstəliklərində istifadə olunur. Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir.
Nəhəng qantəpər
Nəhəng qantəpər (lat. Cephalaria gigantea) — qantəpər cinsinə aid bitki növü. Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir. Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür. Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır. Meşələrdə və dağ çəmənlərində rast gəlinir. Yaxşı balverən bitkidir.

Digər lüğətlərdə