Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Qapılı
Qapılı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları, divarları indi də durur. Toponim türk dilində "dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi", "dağ yamacında dərə" mənasında işlənən qapı sözünə -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Alaşkert, Bulanix və Muşdan gətirilmişdir.
Azərbaycan qadını
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. == Statusu == Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur. Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Ağoğlan qapısı
Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Qalanın digər iki qapısı isə Gəncə və İrəvan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısından çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir. 1846-cı ilin "Qafqaz təqvimi"nə (rus.
Brandenburq qapısı
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Gəncə qapısı
Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır. Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta Asiya və Qədim Rus qala memarlığı üçün xarakterikdir.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Lokmaçı qapısı
Lokmacı qapısı və ya Lokmacı Sərhəd Qapısı(yun. οδός Λήδρας, türk. Lokmacı Kapısı) — Kipr adasını iki hissəyə ayıran və BMT tərəfindən nəzarət olunan "yaşıl zona"da yerləşən Lokmaçı (Ledra) nəzarət-buraxılış məntəqəsi. Lokmaçı sərhəd qapısının açılması barədə qərar yunan Kiprinin prezidenti Dimitris Xristofias və türk tərəfinin prezidenti Mehmet Əli Tələtin 21 martda keçirilən görüşündə qəbul olunub. Kipr adasını ikiyə bölən təxminən uzunluğu 180 kilometr olan Yaşıl Xətt üzərindəki beş ayrı gömrük qapısından biridir. Kıbrıs Respublikasında ictimai qarşıdurmaların yaşandığı 1963–1964 hadisələri zamanı bağlanılan keçid, 3 aprel 2008 tarixində yenidən açıldı Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində bağlı qalan keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Kipr adasında tarixi hadisə baş verib. Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində 45 ildir bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açıq elan olunub. Yunanların Nikosiya, türklərin isə Lefkoşa adlandırdığı şəhərin mərkəzindəki keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Rəsmi açılış zamanı Lefkoşa türk bələdiyyəsiylə Nikosiya yunan bələdiyyəsinin rəhbərləri əvvəlcə türk tərəfinə, sonra isə yunan tərəfinə keçməklə gediş-gəlişin əsasını qoyublar.
Morava qapısı
Morava qapısı (çex. Moravská brána, pol. Brama Morawska, alm. Mährische Pforte‎, slovak. Moravská brána) — Çexiyada, Sudet və Karpat dağlarının qolları arasında dağ keçidi. Uzunluğu təqribən 100 kilometr, eni isə 10–20 kilometr, maksimum hündürlüyü 310 metrdir. Morava qapısından Çexiyanın daxili rayonlarını Polşanın Yuxarı Sileziya sənaye rayonu ilə birləşdirən dəmiryol və avtomobil yolları çəkilmişdir.
Qala qapısı
Qala qapısı, tikanlı barmaqlıq və ya asma darvaza (İngilis dili: portcullis) zəncirlərlə qaldırılan və endirilən orta əsr qalalarında mövcud olmuş qəfəsli qapılardı. Sürüşmə qapı olaraq da tanınır Asma qapı şaquli metal barmaqlıqlardan və ya taxta üzərində hörülmüş dəmir barmaqlıqlardan ibarət idi. Açılmaq istədikdə kran vasitəsilə qaldırılırdı və bağlanması lazım gələndə öz çəkisi ilə aşağı buraxılırdı. Arxasında ikinci bir asma qapı tapıldı. Qapının kranı keçidin üstündəki bir otağa yerləşdirilirdi. Üstünlüyü düşmən qəfildən gələndə qalaya girişin çox qısa müddətdə bağlana bilməsi idi.
Qapıçı (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Xəzər qapısı
Xəzər qapısı (yun. Κάσπιαιπύλαι) — qədim mədəniyyətlər dövründən bəri iki dar sahil keçidini təyin edən tarixi və coğrafi ad. Keçid vastəsi ilə şimalın ibtidai icma şəraitində yaşayan köçəri tayfaları qədim Əhəməni, Midiya və Mesopotamiyanın zəngin əkinçilik mədəniyyətlərinə çıxış əldə edir. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Belə keçidlər Xəzər bölgəsinin təbii relyefində iki əsas yerdə əmələ gəlmişdir. Dərbənd bölgəsində, Xəzər dənizinin qərb sahili ilə Qafqaz silsiləsinin kənarı arasında enən sahil zolağı olan Alban qapıları (Klavdius Ptolemey tərəfindən adlandırırdı) var idi. Xəzər dənizinin o biri tərəfində, İranın müasir Gürgan ərazisində, Gürgan qapısı yerləşir. Həm bunları, həm də digərlərini qorumaq üçün Fars hökmdarları bir sıra güclü müdafiə istehkamları qurmuşlar. Dərbəndin cənubunda yerləşən Dərbənd səddi və dənizin digər tərəfində uzunluğu 200 km-ə qədər olan Böyük Gürgan səddi buna misaldır. Ancaq heç bir sədd fars imperioyalarını xarici işğalçıların istilasından qurtarmamışdır.
İrəvan qapısı
İrəvan qapısı və ya Xəlfəli qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Qalanın digər iki qapısı isə Gəncə və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən “Qafqaz” qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir.” Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, «Иллюстрация» qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.
İş qadını
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Dəməşq qapısı
Dəməşq qapısı — Nablus Qapısı (İvrit: שער שכם, Şaar Şekem; ərəbcə: باب العامود, Bab əl-Amud) kimi də tanınır, Qüdsün Köhnə Şəhərinin müsəlman məhəlləsinin əsas qapısıdır. Qapı şimala baxır. Şərqi Qüdsdəki Şeyx Jarah ərəb məhəlləsi ilə üzbəüz şəhərin şimal-qərb tərəfindəki divarda yerləşir. Buradan Nablus, oradan isə keçmiş dövrlərdə Suriyanın paytaxtı Dəməşqə gedən magistral yol başlayır. Ərəb adlarına gəlincə, Bab ən-Nəsr (ərəb. باب النصر) "Qələbə qapısı", Bab əl-Amud isə "Sütun qapısı" deməkdir. Ən erkən, 10-cu əsrdən bəri davamlı olaraq istifadə edilən sonuncu ad, Roma dövründən darvaza dizaynında bir detalın yaddaşını qoruyur. == Tarix == İndiki formada darvaza 1537-ci ildə Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə tikilmişdir, lakin Roma dövründən eyni yerdə bir darvaza olduğu bilinir. Dəməşq qapısı iki qüllə arasında yerləşir. Onlar köhnə şəhərin müsəlman məhəlləsinin və ərəb bazarının mərkəzi girişidir.
Herod qapısı
Herod qapısı — Yerusəlimin Köhnə Şəhərinin Müsəlman Məhəlləsinin qapısı. Köhnə şəhərin şimal divarında, Dəməşq qapısından bir qədər şərqdə, Şərqi Qüdsdəki Bab əl-Zaara ərəb məhəlləsi ilə üzbəüz yerləşir. Şimala baxır. Abidə dəniz səviyyəsindən 755 metr yüksəklikdə yerləşirlər. == Tarixi == İçəri Şəhərin şimal divarı boyunca qüllələrdən birindən açılan bu təvazökar darvaza Yerusəlimin ən yeni qapılarından biridir. 1539-cu ildə Qanuni Osmanlı sultanı Süleyman şəhərin divarlarını tikən zaman qüllənin şərq yan divarında dar bir kiçik darvaza qalmışdır. Onun girişi şərqdən düz bucaq altında idi. Qapı nadir hallarda açıldı və 19-cu əsrin əvvəllərində müvəqqəti olaraq daşlarla bağlandı. 1875-ci ilə qədər Bab əl-Xuta məhəlləsinin sakinlərinin xahişi ilə Köhnə şəhərin şimalında inkişaf etməyə başlayan yeni məhəllələrə rahat keçid yaratmaq üçün Osmanlılar şimal, ön divarda yeni bir qapı açdılar. Qüllənin Sultan Süleyman küçəsinə baxan və orijinal yan qapıları bağlandı.
Salyan qapısı
Salyan qapısı – Bakı qalasının cənub-qərb divarında yerləşən qapıdır. Salyan darvazası Azneft meydanına açılan bağda yerləşir. Qapı günbəzvari şəkildə tağbənd formasında tikilmişdir. == Tarixi == Kempferin kitabında 1683-cü ildə İçərişəhərin iki qala divarı ilə əhatə olunduğu və iki şəhər darvazasının olduğu təsvir edilmişdir: Dağ (həmçinin Gilan, Rus və ya Salyan adlanır.) və Şamaxı (Dərbənd qapısı, Qoşa qala qapıları da adlanır). Həmçinin 1723-cü ildə rus ordusu tərəfindən tərtib edilmiş Bakı şəhərinin ilkin planında iki şəhər qapısı qeyd edilmişdir. Rusiyadan gələn ticarət karvanları Şamaxı qapısından keçərək Salyan qapısından, İrandan gələn ticarət karvanları isə Salyan qapısından daxil olub Şamaxı qapısından çıxırdılar.
Varren qapısı
Varren qapısı (ivr. ‏שער וורן‏‎, romanlaşdırılmış: Sha'ar Varen) — ilk dəfə on doqquzuncu əsrin tədqiqatçısı Çarlz Uorren tərəfindən təsvir edilmiş, Qərb Divarı tunelinə təxminən 150 fut (46 m) məsafədə yerləşən Yerusəlimdəki Məbəd platformasına qədim girişdir. İkinci Məbəd dövründə darvaza tunelə və Məbəd dağına pilləkənlərə aparırdı. Raşidun xilafətinin Qüdsü Bizanslılardan fəth etməsindən sonra yəhudilərə tunelin içərisində namaz qılmağa icazə verildi. Sinaqoq 1099-cu ildə Yerusəlimin mühasirəsi zamanı Birinci Səlib yürüşündə dağıdıldı. Sonra tunel su sarnıçına çevrildi və buna görə də onun adı Sarnıcı 30 oldu. Ərazi tağlı 18 fut (5,5 m) tunellə əhatə olunub. Qərb Divarının mərhum rəsmi Ravvini Yehuda Getz hesab edirdi ki, Qapı divarın qərbində, Müqəddəslər Müqəddəsinə ən yaxın olan nöqtəni təmsil edir. 1981-ci ilin iyulunda Varren qapısı daxilində yəhudi kəşfiyyatçılar və yerüstü sistern girişləri vasitəsilə onları qarşılamağa gələn ərəb mühafizəçiləri arasında yeraltı mübahisə baş verdi.
Yaffa qapısı
Yaffa qapısı — Yerusəlimin Köhnə Şəhərinin tarixi divarlarında daş portal. İçəri Şəhərin divarları içərisində səkkiz açıq qapıdan biri. İçəri Şəhərin qərb hissəsində, Yaffaya aparan qərb yolun və Betlehem və Hebrona gedən cənub yolunun mühüm kəsişməsində yerləşir. Bu iki yol bu günə qədər Yerusəlimin mərkəzi arteriyalarıdır. İçəri Şəhərin qərbə, Aralıq dənizinə baxan yeganə qapısıdır. Bu tənzimləmə hücumçuların irəliləməsini yavaşlatmaq üçün müdafiə tədbiri kimi seçilmiş ola bilər, ya da qapını Yaffa yoluna yönəltmək üçün, zəvvarların Yaffa limanından səyahətlərinin sonunda gəldiyi yoldur. İçərişəhərin divarlarının bütün digər hissələrinin tikintisində istifadə edilən daşlar kimi, Yafa qapısının daşları da qum rəngli iri yonma bloklardır. Girişin hündürlüyü təqribən 6 metr, divar isə ondan daha 6 metr yuxarı qalxır. == Etimologiyası == Həm Yaffa Qapısı, həm də Yafa Yolu Aralıq dənizi sahilində Yunus peyğəmbərin dəniz səyahətinə çıxdığı və zəvvarların Müqəddəs şəhərə gedərkən gəmidən düşdüyü Yaffa limanının adını daşıyır. Yaffa yolunun qərb ucundan başlayan müasir 1 nömrəli magistral eyni marşrutun Təl-Əviv-Yaffaya son nöqtəsidir.
Şərq qapısı
"Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı. == Tarixi == === İlkin dövrlər === 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur.
"Qurd qapısı" qəbiristanlığı
Azərbaycan qadını (jurnal)
Azərbaycan qadını — ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnalın əsası 1923-cü ildə qoyulmuş, 1938-ci ilə qədər “Şərq qadını” adlanmışdır. Bakıda nəşr olunur. Azərbaycanda ilk qadın jurnalıdır. == Tarixi == Azərbaycanda ilk qadın jurnalı 1923-cü ilin noyabrında təsis olunub. "Şərq qadını" adlanan həmin jurnalın adı 1938-ci ildə dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb. 1920-ci illərdə onun redaktoru ilk azərbaycanlı inqilabçılardan biri olan Ayna Sultanova idi. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqaları ilk burada əsərlərini nəşr etdilər. "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Gülarə Qədirbəyova (Köylüqızı) "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur.
Boyar qadını Morozova
Boyar arvadı Morozova (rus. Боярыня Морозова) — rus rəssamı Vasili Surikov (1848–1916) tərəfindən 1887-ci ildə tamamlanmış, XVII əsrdə Rus kilsəsinin parçalanmasını təsvir edə tablo. == Tarixçə == Vasili Surikovun köhnə təriqətçilər mövzusuna olan maraqları onun Sibirdəki uşaqlığı ilə bağlıdır. Köhnə təriqətçilərin olduğu Sibirdə, "Boyar arvadı Morozova haqqında povest" də daxil olmaqla dini rəvayətlər geniş yayılmışdı. Surikovun "Boyar arvadı Morozova" tablosu da buradan qaynaqlanır. == Rəsmin etüdləri == == Ədəbiyyat == Жуковский В. И., Пивоваров Д. В. Зримая сущность: (визуальное мышление в изобразительном искусстве). — Свердловск: Изд. Урал, ун-та, 1991. — 284 с. — 1000 экз.
Cənnət qapısı (Giberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. == Tarixi == Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Avl Qabini
Avl Qabini (lat. Aulus Gabinius; e. ə. II əsr, Qədim Roma – e.ə. 47, Salona[d]) — Roma Respublikasının siyasətçisi və sərkərdəsi. O, əsasən Pompeyin himayəsi sayəsində eramızdan əvvəl e.ə. 58-ci ildə konsulluqla başa çatan mühüm bir karyeraya sahib idi. Onun adı daha çox e.ə. 67-ci ildə pleblərin tribunası kimi qəbul edilən "lex Gabinia" ilə əlaqələndirilir. Bu qanun Pompeyə Aralıq dənizində quldurlarla mübarizə aparmaq üçün fövqəladə komandanlıq vermişdir.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Cənubu göstərən araba
Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi. Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.
Yol göstərən işıq
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Qapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.