Salyan qapısı – Bakı qalasının cənub-qərb divarında yerləşən qapıdır. Salyan darvazası Azneft meydanına açılan bağda yerləşir.[1] Qapı günbəzvari şəkildə tağbənd formasında tikilmişdir.
Salyan qapısı | |
---|---|
40°21′50″ şm. e. 49°49′59″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Səbail rayonu |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | əla |
Rəsmi sayt | icherisheher.gov.az |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kempferin kitabında 1683-cü ildə İçərişəhərin iki qala divarı ilə əhatə olunduğu və iki şəhər darvazasının olduğu təsvir edilmişdir: Dağ (həmçinin Gilan, Rus və ya Salyan adlanır.) və Şamaxı (Dərbənd qapısı, Qoşa qala qapıları da adlanır.[2])
Həmçinin 1723-cü ildə rus ordusu tərəfindən tərtib edilmiş Bakı şəhərinin ilkin planında iki şəhər qapısı qeyd edilmişdir.
Rusiyadan gələn ticarət karvanları Şamaxı qapısından keçərək Salyan qapısından, İrandan gələn ticarət karvanları isə Salyan qapısından daxil olub Şamaxı qapısından çıxırdılar.