Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Cəfərli (Qazax)
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Dəmirçilər (Qazax)
Dəmirçilər (Dəmirçilər, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Dəmirçilər (Birinci Şıxlı, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Hüseynbəyli (Qazax)
Hüseynbəyli (əvvəlki adı: Əzizbəyli) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Əvvəlki adı Əzizbəyli olmuş və 29 may 1996-cı ildən dəyişdirilərək Hüseynbəyli adlandırılmışdır. Əzizbəyli oyk, sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağstafa çayının sol sahilində, Gəncə-Qazax düzənliyindədir. Kənd Məşədi Əzizbəyovun şərəfinə adlandırılmışdır. 2009-cu ilin əhalinin siyahıyaalınmasında kəndə 1574 nəfər əhali yaşayır. Əhalinin 796 nəfəri kişilər, 778 nəfəri qadınlar təşkil edir. Abdulla bəy Divanbəyoğlu (1883–1936) — yazıçı, nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət arxivinin müdiri, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri, Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir. Məmmədova Əsmər Vəli qizi (1913–1988)- Sosialist əmək qəhrəmani, üç dəfə Lenin ordeni medali ilə təltif edilmişdir.
Kommuna (Qazax)
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır. Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır.
Kosalar (Qazax)
Kosalar — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kəndin tarixi haqqında dəqiq məlumat verən mənbə hələ ki yoxdur. Onun tarixi diqqətlə və elmi şəkildə araşdırılmamışdır. Bir neçə fərziyyələr mövcuddur. Kəndin yaşlı və ağsaqqlarının dediyinə görə bu kənd Kosa Əli və onun kiçik qardaşı Canəli tərəfindən salınıb. Ona görə bu kənd hazırda Kosalar, yəni Kosa Alılar, qonşu kiçik kənd isə Canallı (Yəni Canəlidən törəyənlər) adlanır. Hazırda bu iki kəndin evləri tamamilə birləşmişdir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş kosalar nəslinin adını daşıyır. Kənd Qazax rayonundan 5 kilometr şimal-şərqdə, Qazax-Tiflis yolunun şərq tərəfində yerləşir.
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Məmməd Qazax
Məmməd Qazax və ya Gülməmməd Gülməmmədov(1899, Qazax rayonu – 1970, Amasya) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Tərtər üsyanı və Qarabağ üsyanlarında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. İllərlə Türkiyə Silahlı Qüvvələrində xidmət edib. Gülməmməd Gülməmmədov 1899-cu ildə Qazax mahalının Salahlı kəndində anadan olub. Salahlıda ibtidai məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra təhsilini Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirib. 1917-ci ildə təhsilini bitirib vətənə qayıdıb. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra Azərbaycan ordusuna qoşulan ilk könüllülərdən olub. Hərbi xidmətə Gəncədə polkovnik Süleyman bəy Əfəndiyevin komandanlıq etdiyi hərbi hissədə başlayıb. Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər, lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.
Narcissus capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Qapan (dəqiqləşdirmə)
Qapan bu mənalarda gələ bilər: Qapanat tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni Qapan livası — Osmanlı İmperiyasının Azərbaycan vilayətinin livası Qapan nahiyəsi — İnzibati ərazi. Qafan rayonu — Ermənistan Respublikasının rayonu. Qafan — Qərbi Azərbaycanda şəhər. Sünik mərzinın mərkəzidir.
Qapan livası
Qapan sancağı və ya Qafan livası — 1725 ci ildə Osmanlı İmperiyasının inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qafan idi.
Qapan nahiyəsi
Qapan nahiyəsi — İnzibati ərazi. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerləşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi. Qafan nahiyəsi də digər nahiyələr kimi dağlıqdır. Bəzi yerlərdə isə bu dağlar keçilməz sıldırımlar və yarğanlarla haşiyələnir. Bu nahiyədə meşə örtüyü qalın və zəngindir (165, 8). 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər.
Qapar Aytiyev
Qapar Aytiyeviç Aytiyev (qırğ. Гапа́р Айти́ев) — qırğız rəssam və heykəltəraşı. Qırğızıstan SSR Dövlət mükafatı laureatı (1966). SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1973). SSRİ xalq rəssamı (1971). Sosialist Əməyi Qəhrəmanı (1982). Qapar Aytiyev 15 sentyabr 1912-ci ildə Qırğızıstanın Tuleyken kəndində anadan olub. 1935—1938-ci illərdə Moskva Rəssamlıq Texnikumunda təhsil almışdır. Qırğızıstanın ilk peşəkar rəssamlarından biridir. Seyrçi-poetik, bədii-epik təsviri ilə seçilən portret, mənzərə və məişət janrlarında tablolar yaratmışdır.
Qazax (dəqiqləşdirmə)
Qazax rayonu — Azərbaycan Respublikasında rayon. Qazax — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax sancağı — Osmanlı inzibatı ərazisi. Qazax sultanlığı — Azərbaycanda tarixən mövcud olmuş sultanlıq. Qazax xanlığı — 1465-1847-ci illər mövcud olmuş türk dövləti. Qazax bələdiyyəsi — Azərbaycan Respublikasının Qazax şəhərində bələdiyyə. Qazaxlar — Qazaxıstan Respublikasının titul və əsas xalqı. Qazax dili — Türk dilləri ailəsinə aid dillərdən biri. Qazax distansiyası — Rusiya İmperiyası dövründə mövcud olmuş inzibati-ərazi vahidi. Qazax qəzası — Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə inzibati-ərazi vahidi.
Qazax (şəhər)
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Qazax Ardıcı
Qazax ardıcı (lat. Juniperus sabina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan), Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və Ermənistanda yayılmışdır. Azərbaycanda yayılması: Naxçıvan MR və Quba rayonu ərazilərində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. NT. Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə qurşağında dəniz səviyyəsindən 2000–3000 m hündürlukdə daşlı-qayalı yamaclarda bitir. Azərbaycanda təbii ehtiyatı geniş deyildir. Asimmetrik çətirli, ikievli və ya birevli sürünən alçaqboylu, hündürlüyü 0,5–1 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sığallı və qırmızımtıl – sarı rənglidir. Hündürlüyü 1 m-ə çatir.
Qazax Juzları
Juz— (Qazaxca: жуз jüz جٷز, həmçinin "ordu" və "yüz (sayı) deməkdir). Dəşt-i Qıpçaq bölgəsindəki üç əsas qazax icmasının nəzarət etdiyi ərazilər adlanır. Bu ərazilərin əksəriyyəti indiki Qazaxıstanın sərhədlərini əhatə edir. Böyük Juz (Qazaxca: Ұлы жүз / Ulı jüz / ۇلى جٷز) və ya Uysun ordası. Cənubi və Cənub-Şərqi Qazaxıstan, şimal-qərb Çin (Sincan) və Özbəkistan hissələrini əhatə edir. Orta Juz (Qazaxca: Орта жүз / Orta jüz / ورتا جٷز) və ya Argın ordası. Mərkəzi və Şərqi Qazaxıstanı əhatə edən 6 qəbilədən ibarətdir. Kiçik Juz (Qazaxca: Кіші жүз / Kişi jüz / كٸشٸ جٷز)) və ya Alşin ordusu Qərbi Qazaxıstanı əhatə edən üç tayfadan ibarətdir. Qazax Juzlarının xatırlandığı ilk mənbə XVII əsrə aiddir. Velyaminov Ezernova (1919) görə, juzun yaranmasının səbəbi Daşkənd, Türküstan və Sayram kimi vacib şəhərlərin ələ keçirilməsi idi.
Qazax Xan
Qazak Xan - türk, qazax və altay mifologiyasında əfsanəvi xaqan. Qazaxların atası olaraq qəbul edilir. Alaş Xanın oğludur. Üç oğlu vardır: Bakarıs: Nəsilindən gələnlər "Uluğ cüz"ü yaradırlar. ('Sol qazaxları' və ya 'Böyük Otağ') Akarıs: Soyundan gələnlər "Orta cüz"ü yaradırlar. ('Orta qazaxları' və ya 'Orta Otağ') Yanarıs: Soyu "Kiçik cüz" adıyla yad edilmişdir. ('Sağ qazaxları' və ya 'Kiçik Otağ') Qazax cüzlərinin necə meydana gəldiyi haqqında bir çox rəvayət vardır. Bunlardan ən çox bilinəni, yüzlərlə il əvvəl otuz iki qəbiləyə hakim olan Arıstan Xan və oğlu Alaş ilə əlaqədardır. Arıstan Xan, oğulu Alaş'a ilk il Uysun idarəsində yüz nəfər, ikinci il Bolat idarəsində yüz nəfər və üçüncü il də Aşlın idarəsində yüz nəfər verir. Bu üç yüz nəfərlə gəzən Alaş, ətrafındakı xalqları əmri altına alar.
Qazax atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Qazax boyları
Juz— (Qazaxca: жуз jüz جٷز, həmçinin "ordu" və "yüz (sayı) deməkdir). Dəşt-i Qıpçaq bölgəsindəki üç əsas qazax icmasının nəzarət etdiyi ərazilər adlanır. Bu ərazilərin əksəriyyəti indiki Qazaxıstanın sərhədlərini əhatə edir. Böyük Juz (Qazaxca: Ұлы жүз / Ulı jüz / ۇلى جٷز) və ya Uysun ordası. Cənubi və Cənub-Şərqi Qazaxıstan, şimal-qərb Çin (Sincan) və Özbəkistan hissələrini əhatə edir. Orta Juz (Qazaxca: Орта жүз / Orta jüz / ورتا جٷز) və ya Argın ordası. Mərkəzi və Şərqi Qazaxıstanı əhatə edən 6 qəbilədən ibarətdir. Kiçik Juz (Qazaxca: Кіші жүз / Kişi jüz / كٸشٸ جٷز)) və ya Alşin ordusu Qərbi Qazaxıstanı əhatə edən üç tayfadan ibarətdir. Qazax Juzlarının xatırlandığı ilk mənbə XVII əsrə aiddir. Velyaminov Ezernova (1919) görə, juzun yaranmasının səbəbi Daşkənd, Türküstan və Sayram kimi vacib şəhərlərin ələ keçirilməsi idi.
Qazax bələdiyyələri
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazax bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızılhacılı (Qazax)
Qızılhacılı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb. Hal-hazırda kəndin böyük hissəsi işğaldan azad olunub, lakin kəndin bir hissəsi hələ də cəbhə xəttində yerləşir. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. Bir gün əvvəl dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub. Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Xanlıqlar (Qazax)
Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Qazax rayonunun Musaköy kəndi Xanlıqlar kəndi, Musaköy kənd inzibati-ərazi vahidi Xanlıqlar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kənd bir müddət Musaköy adlanmışdır. Yerli əhali kəndin adını Musa adlı türk sərkərdəsinin burada dəfn olunması və ya XVIII əsrdə qazaxlıların tərkibində olan musalı elatının burada məskunlaşması ilə bağlayır. 1994-cü ildən kənd öz qədim adını almışdır. Kəndin ərazisi Qazax xanlarına məxsus mülk yeri olduğundan belə adlandırılmışdır. Kənd Ağstafaçayın sahilində, dağətəyi ərazidə yerləşir. 2021-ci ilin siyahıyaalınmasına əsasən kənddə 6149 nəfər əhali yaşayır. Əhalinin 3082 nəfəri kişilər, 2967 nəfəri qadınlardan ibarətdir. Hacı Allahyar ağa Dilbazov (?-1866) — Azərbaycan nəqşibəndi.