QALAX

(Bərdə, Qax, Mingəçevir, Oğuz, Şəki)
1. belin ağac hissəsi (Şəki). – Belin qalağı sınıtdı
2. topqalaq oyununda top vurmaq üçün ağac (Qax, Oğuz)
QALAĞAN
QALAXLAMAX
OBASTAN VİKİ
Qalaxaləsə (Marağa)
Qalaxaləsə (fars. قلعه خالصه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (161 ailə).
Qalaxaç (Çaldıran)
Qalaxaç (fars. قلعه خاچ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 229 nəfər yaşayır (40 ailə).
Qalaxudat
Qalayxudat — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qalayxudat kəndi Quba rayonunun dağlıq ərazisində yerləşən qədim yaşayış məskənidir. Qalayxudat oyk., miir. Quba r-nunun Xınalıq i.ə.v.-də kənd. Qudyalçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Bu ad ilk dəfə XVI əsrə aid mənbədə xatırlanır. Fars dilinin qrammatik normalan əsasında yaranmış Qalaye-Xudat formasından təhrifdir. Fars dilindəki qala (“ye” izafət göstəricisidir) və xudat (“hakim, hökmdar” qədim mənası “Allah”) sözlərindən ibarət olub, “hökmdar qalası, hakim qalası” məna¬sını bildirir. Quba xanlığının ilk iqamətgahı olmuşdur. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur.