qapamaq
qapı
OBASTAN VİKİ
Qapan (dəqiqləşdirmə)
Qapan bu mənalarda gələ bilər: Qapanat tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni Qapan livası — Osmanlı İmperiyasının Azərbaycan vilayətinin livası Qapan nahiyəsi — İnzibati ərazi. Qafan rayonu — Ermənistan Respublikasının rayonu. Qafan — Qərbi Azərbaycanda şəhər. Sünik mərzinın mərkəzidir.
Qapan livası
Qapan sancağı və ya Qafan livası — 1725 ci ildə Osmanlı İmperiyasının inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qafan idi.
Qapan nahiyəsi
Qapan nahiyəsi — İnzibati ərazi. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerləşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi. Qafan nahiyəsi də digər nahiyələr kimi dağlıqdır. Bəzi yerlərdə isə bu dağlar keçilməz sıldırımlar və yarğanlarla haşiyələnir. Bu nahiyədə meşə örtüyü qalın və zəngindir (165, 8). 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər.
Aşağı Qapanlı
Aşağı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi adlandırılmışdır.
Qapanat hakimliyi
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Qapanat mahalı
Qapanat mahalı —XII əsrin 60-cı illərindən etibarən Eldənizlər dövlətinin Naxçıvan vilayətinin tərkibinə daxil olmuş inzibati vahidlərdən biri. XII əsrin 60-cı illərində paytaxtı Qapanat olan alban Sünik hakimliyinin süquta uğramasından sonra, onun daxil olduğu ərazilər də Naxçıvan vilayətinin tərkibinə daxil edilmişdir. S.Orbelianinin qeydlərindən məlum olur ki, 1170-ci ildə Atabəy Şəmsəddin Eldənizin sonuncu Sünik qalası olan Baqaberdi tutmasından sonra Sünik hakimliyinin varlığına faktiki olaraq son qoyulmuşdur. Bu dövrdən Naxçıvan vilayətinin inzibati ərazi quruluşundan yeni bir dairənin (mahalın) Qapanatın və ya Kabbanın olduğu qənaətinə gəlmək olar. Təsadüfi deyildir ki, orta əsr müəllifi Y.Həməvi Naxçıvan vilayətinin tərkibində olmuş Kabbanı (Qafanı –E.K.) şəhər və dairə (mülk, əmirlik) kimi təsvir etmiş və onun Təbriz və Beyləqan arasında yerləşdiyini yazmışdır. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı).
Qapanat tüməni
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Qapanlı (Tərtər)
Qapanlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. II Qarabağ müharibəsindən əvvəl Qarabağdakı Ermənistan Silahlı Qüvvələri Qapanlı kəndi istiqamətində atəşkəsi tez-tez pozurdu. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qapanlı (Şəmkir)
Qapanlı (əvvəlki adı: Məmmədalılar) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kənd inzibati ərazi vahidinin tərkibindəki Məmmədalılar kəndi Qapanlı kəndi adlandırılmışdır. Kənd əhalisi 3285 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Qapanlı bələdiyyəsi
Qapanlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Qapanlı bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Qapanlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Qısa qapanma (albom)
Qısa qapanma — Qaraqanın 2009-cu ildə çıxan albomu.
Yuxarı Qapanlı
Yuxarı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. 29 may 2015-ci ildə Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılmış və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.

Digər lüğətlərdə