Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaradırnaq
Qaradırnaq — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qaraçanaq
Qaraçanaq (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Qaraçanaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd.
Qaraçılar
Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri. Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir. Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır. "Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "ἀτσίγγανοι" (atsinqanoi; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "doma" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "doma" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.
Qırxçıraq
Orta əsrlərə aid yaşayış yeridir. Bakı-Salyan şose yolunun 117 km-də, Kür çayının köhnə yatağının sol sahilindədir. Çay kənarında və karvan yolu üstündə olması Qırxçıraq əhalisinin təsərrüfat həyatına mühüm təsir göstərmişdi. Qırxçıraq ərazisində təpəcik şəkilli ev qalıqları vardır. Ərazinin küllə örtülmüş olması Qırxçırağın yanğın nəticəsində məhv olduğunu göstərir. Yerüstü tapıntılar XIII-XIV əsrlərə aid saxsı məmulatı, fayans qab qırıqları, Elxanilər, Altun Orda, Cəlairilər və Qaraqoyunluların mis sikkələridir.
Qaraçanaq (Məlikan)
Qaraçanaq (fars. قره چناق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (112 ailə).
Qaraçanaq (Nəmin)
Qaraçanaq (fars. قره چناق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 366 nəfər yaşayır (87 ailə).
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.
Qırxçıraq yaşayış yeri
Qırxçıraq yaşayış yeri — Azərbaycan Respublikasının Salyan rayonu ərazisində qədim yaşayış yeri. Qırxçıraq yaşayış sahəsi, Bakı- Astara magistral avtomobil yolunun 117-ci km-də, Salyan rayonu ərazisində, Xələc kəndindən cənub-şərqdə yerləşir. Burada 1960-cı ildən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılmışdįr. Arxeoloji araşdırmalar göstərir ki, sahəsi 16 kv.km olan yaşayış yeri Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar zamanı aşkarlanan tapıntılar şəhərdə XIV-XVI əsrlərdə iqtisadi-mədəni həyatın mövcudluğunu sübut edir. Buradan torpağın üst qatından bir çox tarixi əhəmiyyətli nümunələr tapılıb. Xüsusən XII-XIV əsrlərə aid şirli və şirsiz saxsı məmulatlar, fayans qab qırıqları, Elxanilər, Qızıl Ordu, Cəlairlər və Qaraqoyunluların mis sikkələrindən ibarət pul nümunələri arxeoloji tapıntılar içərisində daha çox üstünlük təşkil edir.
Qaracadağ
Qaradağ (az-əbcəd. قره‌داغ‎) və ya Qaracadağ (az-əbcəd. قراجه‌‌داغ‎), həmçinin Arazbaran (fars. ارسباران‎, Arasbaran, hərf. Arazın sahilləri') və ya qısaca Arazbar (fars. ارسبار‎, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazi. Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur. X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var. Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir. Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi. İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir.
Qaracoran
Qaracoran, Qaraceyranlı, Qaracaverən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Mənbədə Qaracuran kimidir Rayon mərkəzindən 10 km şimalda, Gərni çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfində yerləşir. 1972-ci il martın 15-nə kimi, yəni Nairi rayonu yaradılana kimi Əştərək rayonunun tabeliyində olmuşdur. Erməni mənbələrində kəndin adı Qaraceyranlı, Qaracaviran, Qaracaveran, Qaraceyran formalarında da qeyd edilmişdir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qaraca ərən formasında, Qafqazın 5 verstlik xəritəsində Qaracaran kimi qeyd edilmişdir. Toponim xəzərlərin qaraçor (>qaracor) türk etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə əmələ gəlib "qaraçor" (>qaracor) tayfasının yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Digər adı Qaracaverən, yə'ni "Qaraca xarabalığı" XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Qarairdağ
Qarairdağ — Goranboy rayonu ərazisində dağ. Dağ rayonun cənub-qərbində yerləşir. Hündürlüyü 497 m. Oronim qara (bir çox türk dillərində “görünmək” mənasında işlənir), ir (türk dillərində “qılıç, dalğavari zirvə”) və dağ komponentlərindən düzəlib, “zirvəsi dalğavari gorünan dağ” mənasındadır.
Qaraçinar
Qaraçinar — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaraçinar kənd inzibati ərazi dairəsində kənd. Kənd Qaraçayın sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Ağcaqaladır. Bu da kəndin yaxmlığında divarları ağımtıl rəngə çalan qala xarabalıqlarımn olması ilə bağlıdır. Kəndin indiki adı orada mövcud olmuş çinar ağacı ilə əlaqadar yaranmışdır. Qaraçinar isə çinar bitkisinin növlərindən birinin adıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
Qaraçilan (Soyuqbulaq)
Qaraçilan (fars. قره چلان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (6 ailə).
Qaraçinar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraşiran (Nir)
Qaraşiran (fars. قره شيران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 720 nəfər yaşayır (176 ailə).
Qışlaq-i Təkquyu-i Qarapiran-i Həzrətqulu (Pərsabad)
Qışlaq-i Təkquyu-i Qarapiran-i Həzrətqulu (fars. قشلاق تكقوئي قره پيران حضرتقلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (14 ailə).