Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabaşaq
Qarabaşaq (lat. Fagopyrum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.
Qarabaşaq sıyığı
Qarabaşaq sıyığı — Qarabaşaq sıyığından hazırlanan məşhur rus, belarus, ukrayn və polşa yeməyidir. == Hazırlanması == V.Poxlebkinə görə slavyan xalqlarında qarabaşaq da taxıllar qrupuna daxildir. Şirin və kəmşirin sıyıqlar üçün südə samalensk taxılı əlavə edilirdi. Ovulmuş hissəciklər əzilmiş sıyıqda istifadə edilir.Qarabaşaq sıyığı su və süd də hazırlanır. O adi yemək (bəzən, süd, kərə yağı, şəkər də əlavə edilir) ola bilər. Bəzən qarniyer kimi də istifadə edilir. Dietik yeməklər içərisində ön planda durur. == Tarixi == Poxlebkina görə qarabaşaq sıyığı rus mətbəxində ikinci növ milli yemək hesab edilir. Belə ki, xalq mahnılarında da hansı sıyıq olursa qarabaşaq sıyığı olmalıdır. O həmçinin rahat hazırlanma qaydasına görə də fərqlənir.
Qarabaşaq yarması
Qarabaşaq yarması — adi qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüкsəkdir. Pəhriz qidası üçün daha çoх istifadə edilir. Buхara verilməmiş adi qarabaşaq və buхara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir. Adi və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daхil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adi yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımşüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adi və tezbişən qarabaşaq yarması 2 müхtəliflikdə – nüvə və yarma хırdası (prodel) halında istehsal olunur. Yarma хırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəкi kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır.
Qarabasan
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Tatar qarabaşağı
Tatar qarabaşağı (lat. Fagopyrum tataricum) — qarabaşaq cinsinə aid bitki növü. == Sinonim == Fagopyrum dentatum Moench Fagopyrum rotundatum Bab. Fagopyrum subdentatum Gilib.
Əkin qarabaşağı
Əkin qarabaşağı (lat. Fagopyrum esculentum) — qarabaşaq cinsinə aid bitki növü. == Sinonim == Fagopyrum cereale Raf. Fagopyrum dryandrii Fenzl Fagopyrum emarginatum Moench Fagopyrum emarginatum (Roth) Meisn. Fagopyrum emarginatum var. kunawarense Meisn. Fagopyrum esculentum subsp. ancestralis Ohnishi Fagopyrum fagopyrum (L.) H.Karst. [Invalid] Fagopyrum polygonum Macloskie [Illegitimate] Fagopyrum sagittatum Gilib. [Invalid] Fagopyrum sarracenicum Dumort.
Qarabatdaq
Qarabatdaq (lat. Phalacrocorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinə aid heyvan cinsi.
Qarabucaq
Yaşayış məntəqələri AzərbaycandaQarabucaq (qəsəbə, Kürdəmir) — Kürdəmir rayonunda qəsəbə. Qarabucaq (kənd, Kürdəmir) — Kürdəmir rayonunda kənd.Oxşar toponimlərAxtaçı Qarabucaq — Kürdəmir rayonunda kənd. Xol Qarabucaq — Neftçala rayonunda kənd. Kür Qarabucaq — Neftçala rayonunda kənd.
Qarabulaq
AzərbaycanQarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qarapapaq
Qarapapaq (Qazax) — Qazax rayonunda kənd. Qarapapaq (Cənubi Zəhmətabad) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Mərkəz bəxşinin, Cənubi Mərhəmətabad dehestanında kənd. Qarapapaq — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Qarapapaq-Güllübulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.
Qaraçanaq
Qaraçanaq (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Qaraçanaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd.
Qarababa
Qarababa (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qarababa (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. == Adı == Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi farslar kimi göstərilib.
Axtaçı Qarabucaq
Axtaçı Qarabucaq (əvvəlki adı: Qarabucaq) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Aşağı Qarabulaq
Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir. Qaraxaç silsiləsininnın şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Qızılhacılı, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Yuxarı Qarabulaq kəndi ilə iç-içədir. == Tarixi == Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib. == Əhali == Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir. 1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 333 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 386 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb. 2006-cı ildə kənddə bir ibtidai məktəb fəaliyyət göstərirdi və məktəbdə 16 şagird təhsil alırdı. Hazırda bu məktəbin fəaliyyəti dayandırılmışdır.
Böyük qarabatdaq
Böyük qarabatdaq (lat. Phalacrocorax carbo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədəninin uzunluğu 90 sm, qanadları açılı vəziyyətdə 160 sm, kütləsi 3,5 kq-a çatır. Ucu əyri dimdiyi, uzun boynu və böyük qara kəkili olur. Rəngi əsasən yaşıl çalarlı qaradır. Boğazı və yanağı ağ rəngdədir. Bəzi böyük fərdlərin başı və boynu boz rəngdə olur. Cavan quşların boz-qonur rəngdə olub qarınları ağ olur.
Kiçik qarabatdaq
Microcarbo pygmaeus (lat. Microcarbo pygmaeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin microcarbo cinsinə aid heyvan növü.
Kür Qarabucaq
Kür Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Keçmışdə burada mövcud olmuş Qarabucaq adlı iki kəndi bir-birindən fərqləndirmək üçün biri Kür çayı sahilində yerləşdiyi üçün Kür Qarabucaq, digəri isə Kürün qollarından birinin üzərində yerləşdiyi üçün Xol Qarabucaq adlanmışdır. Oronimin ikinci komponenti bucaqların bir qolu olan qarabucaqların adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Kür çayı sahilində yerləşir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qarabaraz (Bükan)
Qarabaraz (fars. قره براز‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (45 ailə).
Qarabatdaq adası
Qarabatdaq adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Abşeron yarımadası ilə Çilov adası arasında yerləşir. Düzən relyefə malikdir. Okean səviyyəsindən −29 metr aşağıda yerləşir.
Qarabatdaq balıqçılığı
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. == Yaponiya == Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir.Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur. Balıqları cəzb etmək üçün içində od olan vedrələrdən istifadə olunur.
Qarabattaq adası
Qarabatdaq adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Abşeron yarımadası ilə Çilov adası arasında yerləşir. Düzən relyefə malikdir. Okean səviyyəsindən −29 metr aşağıda yerləşir.
Qarapapaq (Qazax)
Qarapapaq — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qarapapaq kəndi düzənlik ərazidə yerləşir. Toponim azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqların adı ilə bağlıdır. Ta qədimdən Cənubi Qafqazda, xüsusilə Kvemo Kartli və Göyçə gölü ətrafında yaşayan qarapapaqların böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XIX əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar Qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar. == Toponimikası == Qarapapaq oyk., sadə. Qazax r-nunun Ağköynək i.ə.v.-də kənd. Düzənlikdədir. Bu toponim azərbaycanların etnoqrafik qrupu olan qarapapaq larin adı ilə bağlıdır. Qarapapaqlar türk tayfalarından birinin adıdır.
Qarapapaq bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarapapaq dili
Azərbaycan dilinin qarapapaq dialekti kimi də adlandırılan qarapapaq dili — müxtəlif mənbələrə görə türk dillərinin oğuz qoluna daxil olan qarapapaqların dilidir . Azərbaycanın şimal-qərbində, Gürcüstanın cənubunda və Türkiyənin şərqində yayılmışdır. == Ümumi məlumat == 1897-ci ildə Rusiya imperiyasının ilk ümumi siyahıyaalınmasında "Qarapapaq" ayrıca dil kimi qeyd edilmişdir . Lakin müasir qarapapaqlar Azərbaycan dilinin qarapapaq ləhcəsində danışırlar .
Qarapapaq tinamu
Qarapapaq tinamu (lat. Crypturellus atrocapillus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Qarapapaq türkləri
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Qarabasma
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qaracadağ
Qaradağ və ya Qaracadağ vilayəti (fars. قراجه‌داغ‎; fars. قره‌داغ‎) — İranın Araz çayı və qismən də Urmiya gölü (Acıçay) hövzəsində yerləşən bölgəsi. Bölgənin mərkəzi Əhər şəhəri olub Əhər şəhristanını içinə alır. Meşkinşəhr və Muğan düzənliyinə qonşudur. Bölgə qərbdən şərqə doğru uzanır, şimal sərhədi Araz çayı, qərb sərhədi Culfa-Mərənd avtomobil yolu, cənub sərhəddi Əhərçay, şərq sərhədi isə Qarasuçay boyunca keçir. Şərqdən qərbə doğru Qaradağ silsiləsi artır və şimalda Kiçik Qafqaza qoşulur. == Tarixi == Qaradağ sözü böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Yeni fars qaynaqlarında bu ad yerinə bölgə üçün Arasbaran da deyilir. Bölgə İranın Türkmən Yatağı olaraq da təbir edilər.
Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Orxan Qarabasma
Orxan Qarabasma vəya OGB (tam adı: Orxan Oktay oğlu Abbasov ; 18 oktyabr 1987, Bakı) — azərbaycanlı reper, musiqi prodüseri. == Bioqrafiya == Orxan Oktay oğlu Abbasov 1987-ci il 18 oktyabrında Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Rep səhnəsinə 2006-cı ildə "Qarabasma" qrupunun tərkibində başlayıb. 2008-ci ildən solo olaraq musiqi fəaliyyətinə davam edir. 2015-ci ildə reper RG ilə birlikdə "AFTERMAD" labelini yaradıb. 2017-ci ildən isə "Synaps" labeli ilə əməkdaşlıq edir. "Kəllə-Kəlləyə" və bir çox cypher tipli rep layihələrinin həmmüəllifidir. Orxan Qarabasma həmçinin bir çox müğənnilərə yazılan mahnıların müəllifidir.