QARA-QURA
QARABAŞ
OBASTAN VİKİ
Qarabasma
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Orxan Qarabasma
Orxan Qarabasma vəya OGB (tam adı: Orxan Oktay oğlu Abbasov ; 18 oktyabr 1987, Bakı) — azərbaycanlı reper, musiqi prodüseri. == Bioqrafiya == Orxan Oktay oğlu Abbasov 1987-ci il 18 oktyabrında Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Rep səhnəsinə 2006-cı ildə "Qarabasma" qrupunun tərkibində başlayıb. 2008-ci ildən solo olaraq musiqi fəaliyyətinə davam edir. 2015-ci ildə reper RG ilə birlikdə "AFTERMAD" labelini yaradıb. 2017-ci ildən isə "Synaps" labeli ilə əməkdaşlıq edir. "Kəllə-Kəlləyə" və bir çox cypher tipli rep layihələrinin həmmüəllifidir. Orxan Qarabasma həmçinin bir çox müğənnilərə yazılan mahnıların müəllifidir.
Qarabasma kafesi (mini-serial)
Qarabasma kafesi (ing. Nightmare Cafe) — 1992-ci ildə istehsal olunmuş ABŞ filmidir. Bütün seriyaların davam etmə müddəti 6 saatdır. == Məzmun == Filmin baş qəhrəmanları Frenk və Fey eyni gündə vəfat edirlər. Bu hadisədən sonra onlar dünyaya ikinci dəfə qayıtmaq şansı əldə edirlər. Onlar qəribə bir kafedə işə düzəlirlər. Qəhrəmanlar kafenin sahibi Blekki ilə birlikdə bura gələn insanları yeni müxtəlif qorxu hissi yaşadırlar. Hər seriyada müxtəlif şəhərlərdə yerləşən kafedə çoxlu hadisələr baş verir... == Epizodlar == Pilot (azərb. Pilot‎) Dying Well Is the Best Revenge (azərb.
Qarağac küçəsində qarabasma (film, 1984)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 1980-cı illərin məşhur qorxulu, sleşer filmlərindən biridir. Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir. "Qarağac küçəsində qarabasma" filmi 1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır. Filmin B filmləri kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır. Filmin büdcəsi 1,8 milyon, gəliri isə 25,5 milyon ABŞ dollarıdır. Bu film tənqidçilər tərəfindən müsbət qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və filmlər çəkilir. Bu film qorxu filmi janrında çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər.
Qarağac küçəsində qarabasma (film, 2010)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 2010-cu ildə istehsal olunmuş ABŞ filmidir. Film eyni ssenari əsasında qurulub. Filmin ssenarisi əvvəlkinə nisbətən fərqlənir. == Məzmun == Sprinqvud şəhərində qəribə ölüm hadisələri baş verir. Əsasən, gənclər yuxuda olan zaman ölməyə başlayırlar. Nensi gənc qızdır. Ofisiantlıq edir. Amma gecələr qəribə qarabasmalar gördüyündən yata bilmir.
Qarağac küçəsində qarabasma (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Freddi ölüdür: Sonuncu qarabasma (film, 1991)
Freddi ölüdür: Sonuncu qarabasma (ing. Freddy's Dead: The Final Nightmare) — 1991-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 1999-cu il. Son hadisələrdən on il keçmişdir. Elis və Ceykob artıq şəhəri tərk etmişlər. Şəhərdəki gənclərin hamısı ölmüşdür. Onlardan sağ qalanı Condur. Con Freddiyə müqavimət göstərə bilmədiyindən şəhərdən qaçmağa qərar verir, lakin yolda huşunu itirərək, xəstəxanaya düşür. Burada Con tibb bacısı Meqqi lə tanış olur. Meqqi Conun sağalmasından sonra qərara gəlir ki, onu Sprinqvud şəhərinə aparsın.
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası (film, 1985)
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası (ing. A Nightmare on Elm Street 2: Freddy’s revance) – 1985-ci ildə Cek Şolder tərəfindən qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. == Şüarlar == «You Are All My Children Now!» (azərb. "İndi Siz Hamınız Mənim Uşaqlarımsınız!"‎) «Don’t Say We Didn’t Warn You!» (azərb. "Deməyin ki, biz sizi xəbərdar etmədik!"‎) «The Man Of Your Dreams Is Back!» (azərb. "Sizin yuxularınızın adamı qayıdır!"‎) «An Old Friend Is Coming To Town…» (azərb. "Köhnə dost şəhərə gəlir…"‎) «The First Name In Terror Returns…» (azərb. "Qarabasmada əsas ad qayıdır…"‎) «Someone Is Coming Back To Elm Street!» (azərb. "Kimsə qarağac küçəsinə geri qayıdır!‎) == Məzmun == Filmin baş qəhrəmanı olan Cessi Uolş filmin əvvəlində qarabasma yuxusu görür. Küçədən yavaş sürətlə məktəb avtobusu gedir.
Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri (film, 1987)
Qarağac küçəsində qarabasma 3 (ing. A Nightmare on Elm Street 3: Dream Warriors) – 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Yüzlərlə psixopatın ilham qaynağı mərhəmətsiz olan Freddi Krüger yeni qurbanlar üçün geri dönür. Freddi Qarağac Küçəsinin sakinlərini qorxunc üsullarla yuxularında ovlamaqdadır. İnsanların tək ümidləri Freddidən xilas olmağı bacarmış Nensi Tompsondur. O, bu döyüşdə Freddiyə öz üsullarıyla qarşılıq verə biləcək tək adamdır. Nensi insanların birdən-birə yatmaması üçün onlara dərman təklif edir... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 5: Yuxu övladı (film, 1989)
Qarağac küçəsində qarabasma 5 (ing. A Nightmare Elm Street 5) – 1989-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ssenariyası bir neçə dəfə yazılmışdır. Filmin ssenarisi orijinal ssenaridən tamamilə fərqlidir. Filmin çəkilişinə bir neçə gün qalmış Maykl De Luka bütov ssenarini hazırlamışdır. Film "Ən pis mahnı" səslənməsinə görə Qızıl Moruq Mükafatı mükafatına layiq görülmüşdür. == Şüarlar == «It’s A Boy.» (azərb. «O uşaqdır!»‎) «Freddy Delivers.» (azərb. «Onu Freddi gətirdi!»‎) «Evil Has Spawned.» (azərb. «Bu uşaq qorxuncdur!»‎) «Freddy has a son.» (azərb.
Freddinin qarabasmaları (serial)
Freddinin qarabasmaları (ing. Freddy's Nightmares) - 1988-ci ildə istehsal olunmuş ABŞ serialıdır. Filmin yaradıcısı Ues Kreyvendir. == Məzmun == Ohayo ştatının Sprinqvud şəhərciyində müxtəlif səviyyədə qəribə qətillər baş verir. Bu hadisələr, əsasən, kiçik yaşlılar arasında baş verir. Əslində isə əhali yatan zaman Freddi Krüger onları qorxudaraq yuxuda öldürür. Serialın ilk seriyasında Freddinin valideynləri göstərilir. Valideynləri onu öldürürlər ki, Freddi heç kəsə zərər yetirməsin. Lakin serialın mövzusu orijinal filmlərin mövzularından fərqlənir. Nensinin valideynləri mövzuya görə göstərilməyib.
Freddinin qarabasmaları (teleserial, 1988)
Freddinin qarabasmaları (ing. Freddy's Nightmares) - 1988-ci ildə istehsal olunmuş ABŞ serialıdır. Filmin yaradıcısı Ues Kreyvendir. == Məzmun == Ohayo ştatının Sprinqvud şəhərciyində müxtəlif səviyyədə qəribə qətillər baş verir. Bu hadisələr, əsasən, kiçik yaşlılar arasında baş verir. Əslində isə əhali yatan zaman Freddi Krüger onları qorxudaraq yuxuda öldürür. Serialın ilk seriyasında Freddinin valideynləri göstərilir. Valideynləri onu öldürürlər ki, Freddi heç kəsə zərər yetirməsin. Lakin serialın mövzusu orijinal filmlərin mövzularından fərqlənir. Nensinin valideynləri mövzuya görə göstərilməyib.
Freddinin qarabasmaları serialının epizodları siyahısı
Freddinin qarabasmaları serialının epizodları siyahısı - 1990-cı ildə istehsal edilmiş Freddinin qarabasmaları serialının seriyalar siyahısını cəmləşdirir. Serial böyük tirajla VHS (Kasset) formatında ABŞ, Böyük Britaniya, Avstraliya, Braziliya, İtaliya və Niderlandda çıxmışdır.
Ues Kreyvenin yeni qarabasması (film, 1994)
Ues Kreyvenin yeni qarabasması (ing. Wes Craven's New Nightmare) — 1994-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin digər adı "Qarağac küçəsində qarabasma 7: Ues Kreyvenin yeni qarabasması" (ing. A Nightmare on Elm Street 7: Wes Craven's New Nightmare) kimi səslənir. == Məzmun == "Qarağac küçəsində qarabasma" filmi çəkilən zaman qəribə hadisələr baş verir. Nensi rolunu ifa edən Hezer Lencenkempin oğlu gözlənilmədən yoxa çıxır. Freddinin əllərindəki iti uclu əlcək birdən-birə xüsusi effektlərlə məşğul olan film heyətlərindən birini öldürür və Hezerin ərini yaralayır. Zəlzələ səbəbindən Hezerin yuxudan oyanır və bunun bir yuxu olduğunu başa düşür. Onun əri iti bıçaqla barmağını kəsir.

Digər lüğətlərdə

ба́зовый выхола́живать горба́тить до́норствовать обсмея́ть общегосуда́рственный окорочный прораба́тывание экспансиони́стский возда́ться вы́сверлить грунтове́дение допризы́вный кровосмеше́ние нагружа́ть па́губный ско́пище asyndetic houbara Oeneus turngate zealousness zoophobia консул лавровишня