Şurəddin Məmmədli Qarapapaq
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü.
1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib.
Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988
Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004
Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984
Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006
Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997
Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004
Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011...
Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il.
Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011
Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002
"Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004
"Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004
a- Monoqrafiyaları
2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı
2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi
2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı
2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisi
b- Elmi-publisistik-ədəbi kitabları
1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı
1995 * Paralanmış Borçalı.