Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraqalpaqlar
Qaraqalpaqlar – kompakt halda Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və az sayda digər ölkələrdə yaşayan türkdilli xalqı. Ərazi əvvəllər Qazaxıstanın, sonralar isə Rusiyanın tərkibində olmuşdur. 1936-cı ildə Özbəkistanın tərkibinə qatılmışdır. Özbəkistan Respublikasında 2002-ci ildə aparılmış siyahıya almaya əsasən ölkədə yaşayan Qaraqalpakların sayı 504 301 nəfərdir və say baxımından onlar Özbəkistanda özbəklərdən, ruslardan, taciklərdən və qazaxlardan sonra beşinci xalqdır. Qaraqalpaqlar türk xalqlarının kiçik saylı qruplarından biri olmaqla uzun müddətdir ki, Orta Asiya ərazisində Sırdərya ilə Amudərya çaylarının hövzəsində yaşayırlar, lakin orada qaraqalpaqların sayı 350–400 mindən çox deyil. Qaraqalpaqıstanda əhalinin ümumi sayı isə son siyahıyaalmaya görə, təxminən 1,5 milyondur. Qaraqalpaqlar çox çətin, əzablı, məşəqqətli aqibət yaşayıblar. Ötən çağlarda qaraqalpaqlara müxtəlif xalqlar tərəfindən olan həmlələr onların sayının azalmasına, ata yurdundan kənar düşmələrinə səbəb olub. Bütün bu səbəblərdən qaraqalpaqların bir hissəsi Yayıq ətrafına, digəri İtil ətrafına, qalan qismi isə Orta Asiya və Ural ərazisindən kənarlaşaraq Əfqanıstana, Pakistana, İrana, Rusiyanın müxtəlif bölgələrinə yayılmışlar. "Qaraqalpaq" adı tarixi ədəbiyyatda XVI əsrdən çəkilir.
Qarapapaqlar
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir. Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər.
Qarapapaqlar (jurnal)
Qaraqalpaqca Vikipediya
Qaraqalpaqca Vikipediya — Vikipediyanın qaraqalpaq dilində olan bölməsi. 14 avqust 2014 — 1000 məqaləni yazıb. 21 dekabr 2014 — Elektronika Injenerligi 1500-ci məqalə. 4 sentyabr 2022 - 2000 məqaləni yazıb.