DİRİBAŞ

sif. Cəld, çevik, zirək, bacarıqlı.
[İskəndər bəy:] Xala, sən nə diribaş qarısan? N.Vəzirov.
[Qəhrəman:] Yoldaşlarımın biri nazik, arıq, alagözlü, … qarasaçlı, diribaş bir qız idi. H.Nəzərli.
Laçın hələ yeddicə yaşında ikən, çox diribaş, çevik, əlli-ayaqlı bir uşaqdı. M.Hüseyn.
Dərsdən sonra bir dəstə özü kimi diribaş uşağı başına yığırdı. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİRİBAŞ diribaş bax 1. hazırcavab; 2. zirək
  • DİRİBAŞ cəld — çevik — zirək — bacarıqlı — oynaq — qıvraq

Antonimlər (əks mənalı sözlər)

  • DİRİBAŞ DİRİBAŞ – MAYMAQ Xala, sən nə diribaş qarısan? (N.Vəzirov); Bir nəfər mənə demişdir ki, bəzi maymaqlar açarı qıfılın içərisinə qoyur (M
DİRİ-DİRİ
DİRİBAŞLAŞMA

Digər lüğətlərdə