Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabasan
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qaraiman
Qaraiman — Ermənistanın indiki Geğarkunik mərzində kənd. Çarlıq dövründə keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sovet dövründə isə Basarkeçər (Vardenis) rayonuna aid idi. Kəndin eni 3 km, uzunluğu isə 2,5 km-dir. Kənd Basarkeçər şəhərindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən 3 km Kəsəmən kəndi ilə, cənub qərb tərəfdən 6 km Bala Məzrə (Kiçik Məzrə) kəndi ilə, cənub tərəfdən 6 km Böyük Məzrə kəndi ilə, şərq tərəfdən isə 4 km Canəhməd kəndi ilə həmsərhəddir. Kəndin 1800 hektardan çox torpağı olmuşdur. Ondan 1200–1300 hektarı əkənək, 500 hektarı isə otaraq və biçənək sahələridir. Kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin yaxında tarixi III–V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələr, Gödək Vəli sərnəsindəki "Ocaq təpəsi" adlanan müqəddəs pirə qonşu kəndlərin də əhalisi niyyət edər nəzir verərdilər. Kəndin ərazisindəki, qədim yurd yerləri aşağıdakılardır: Gödək Vəlinin sərnəsi və həmin sərnədəki Gödək Vəlinin çayı, Gödək Vəlinin otaraq yerləri, Gödək Vəlinin komları, Böyük Güney, Qıvla Güney, Ayılı dərə, Köç bulağı, Çölmək bulağı, Qarasu bulağı, İlanlı bulağı, Şırnöyux bulağı, Südlü bulağı, Camışölən suyu, Məşədi İsa bulağı, və yaxud Sədaqət bulağı, Qaragözlü bulağı, Noyçalı bulağı, Çoban bulağı, Sarılığın bulağı, Bollu yurd, Göy taxta, Şimşək dərə, Ayı düşən yurdu, Çənli yurd, Lalalı yurd, Zilfər ölən yurd, Ayvas vurulan yurd, Şəmilin ağılı, Cəbrayılın əkənəyi, Rzanın dəmgəsi, Balamolğunun dəmgəsi, Qamışlı əkənəyi, Hortunoy əkənəyi, Selaparan sərnə, Cərgələn əkənəyi, Höyuxlu sərnəsi, Qırmızı qayanın döşü, Bala və Böyük məzrələr sərnəsi, Taxtanın ayağı əkənəyi, Arxacın dalı, Kərbəlayı Sadığın dəmiyəsi, Dardərə sərnəsi, Yanıq komu, Kilsəli komu, Böyük dəhnələr komu, və Sarılıq komu.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qarayataq (Germi)
Qarayataq (fars. قره ياتاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (27 ailə).
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaraman əyaləti
Qaraman əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb-seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII–XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Sami Sabit Qaraman
Sami Sabit Qaraman (türk. Sami Sabit Karaman) (d. 1877 Dəməşq, – ö. 04.09.1957, İstanbul) — Türk əsgəri. 1895-cı ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1957-ci ildə vəfat etdi.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Səbihə Rüfət Gürayman
Səbihə Rüfət (Ecəbilgə) Gürayman (türk. Sabiha Rıfat (Ecebilge) Gürayman; 1910, Bitola, Osmanlı imperiyası – 4 yanvar 2003, İzmir) — Türk inşaat mühəndisi və voleybolçu. Türkiyənin ilk qadın inşaat mühəndislərindən biri və Fənərbaxça İdman Klubuun ilk qadın voleybolçusu olub. Ölkənin müxtəlif yerlərində bir çox məktəb, dövlət idarələri və rəsmi binaların tikintisində çalışan Səbihə xanım Anıtkabirin tikintisində nəzarət rəisi vəzifəsində çalışıb. Səbinə Gürayman1910-cu ildə Bitolada anadan olub. Onun atası kapitan Rüfət bəy Hərəkət Ordusu ilə İstanbula gələn zabitlərdən biri idi. İstanbula gəldikdən sonra ailəsini Monastırdən gətirərək Üsküdarda məskunlaşıb. Ailə Türkiyə İstiqlaliyyət müharibəsi zamanı əvvəlcə Bigada, sonra isə işğal altında olan İstanbulda yaşayıb. Səbihə xanım ilk təhsilini Beşiktaş Əsma Sultan İbtidai məktəbində alıb. 1925-ci ildə Nişantaşı Qız Orta məktəbini bitirib, daha sonra İstanbul Qız Liseyində oxuyub.