Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabasan
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. == Tarixi məlumat == Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Qarayataq (Germi)
Qarayataq (fars. قره ياتاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (27 ailə).
Aliyə Qarayeva
Aliyə Qarayeva (1 yanvar 1988, Yekaterinburq) — Azərbaycanı təmsil edən bədii gimnast, 2007-ci il Avropa Çempionatının qalibi. == Karyerası == Aliyə Qarayeva 2005-ci ilə qədər Rusiya yığmasında çıxış edirdi. Komanda da rəqabət səbəbilə "bir nömrə" ola bilməyəcəyini başa düşən Aliyə Qarayeva 2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2006-cı ildə Aliyə Qarayeva Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin sentyabrında Rusiyada Avropa Çempionatında çıxış edən Aliyə Qarayeva turniri altıncı pillədə başa vurdu. Karyerası ərzində Aliyə Qarayeva birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. İplə turnirdə isə Aliyə Qarayeva 18.150 bal topladı və Avropa Çempionatının qalibi oldu. Bununla da Aliyə Qarayeva Azərbaycan idmanı tarixində Avropa çempionu olan birinci bədii gimnast oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu.
Minirə Qarayeva
Qarayeva Minirə Gülməmməd qızı (14 aprel 1937, Qutqaşen – 23 yanvar 2022) — professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir. == Həyatı == Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir. == Fəaliyyəti == Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir.
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü (2001) seçilmişdir. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. == Fəaliyyəti == Ninel Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdur. Alim elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. Ninel Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.
Qaraavar (Miyanə)
Qaraavar (fars. قره اوري‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 235 nəfər yaşayır (56 ailə).
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Ruhangiz Qarayeva
Bəstəkar Qara Qarayevin portreti
"Bəstəkar Qara Qarayevin portreti" — Azərbaycan-sovet rəssamı, SSRİ xalq rəssamı Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmişdir. Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Rəsm əsərində məşhur sovet-azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev təsvir olunmuşdur. 1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım".
Qara Qarayevin Ev Muzeyi
Qara Qarayevin Ev Muzeyi — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu , SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), "Lenin ordeni", "Oktyabr İnqilabı" və "Qırmızı Əmək Bayrağı" ordenlərinin laureatı, SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki Qara Qarayevin 1918–1946-cı illərdə yaşadığı mənzildə yaradılmış, həyat və fəaliyyətini əks etdirən ev muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeçiliyindədir. == Tarixi == Muzey bəstəkarın 100 illik yubileyi ilində 2018-ci ilin 1 oktyabr tarixində açılmışdır və Nizami küçəsi 49-da yerləşir. Muzeyin açılışında mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və digər ictimai xadimlər iştirak etmişdir. Həmçinin açılış mərasimində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitabın təqdimatı olmuşdur. == Ekspozisiya == Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini, o cümlədən, "Yeddi gözəl" baletini burada yaradıb. Muzeyin qurulması əsnasında müxtəlif fondlardan bəstəkara aid olan materialların siyahısı tutuldu və respublikadan kənarda bəstəkarın irsiylə bağlı araşdırma aparılaraq, xeyli material toplandı. Belə ki, Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid sənədlər, bəzi əlyazmalar, çəkdiyi fotoşəkillər ölkəmizə gətirildi. Həmçinin eksponatlara digər nadir materiallar – şəxsi kitabxanasından üzərində qeydləri olan kitablar, Sankt-Peterburq teatrından əldə olunan tamaşaların afişaları, şəxsi əşyalar, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları və baletlərinə çəkilmiş eskizlər daxildir. Ümumilikdə bəstəkarın ev-muzeyinə təqdim olunmuş eksponatların sayı 300-dən çoxdur.
Qara Qarayevin ev-muzeyi
Qara Qarayevin Ev Muzeyi — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu , SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), "Lenin ordeni", "Oktyabr İnqilabı" və "Qırmızı Əmək Bayrağı" ordenlərinin laureatı, SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki Qara Qarayevin 1918–1946-cı illərdə yaşadığı mənzildə yaradılmış, həyat və fəaliyyətini əks etdirən ev muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeçiliyindədir. == Tarixi == Muzey bəstəkarın 100 illik yubileyi ilində 2018-ci ilin 1 oktyabr tarixində açılmışdır və Nizami küçəsi 49-da yerləşir. Muzeyin açılışında mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və digər ictimai xadimlər iştirak etmişdir. Həmçinin açılış mərasimində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitabın təqdimatı olmuşdur. == Ekspozisiya == Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini, o cümlədən, "Yeddi gözəl" baletini burada yaradıb. Muzeyin qurulması əsnasında müxtəlif fondlardan bəstəkara aid olan materialların siyahısı tutuldu və respublikadan kənarda bəstəkarın irsiylə bağlı araşdırma aparılaraq, xeyli material toplandı. Belə ki, Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid sənədlər, bəzi əlyazmalar, çəkdiyi fotoşəkillər ölkəmizə gətirildi. Həmçinin eksponatlara digər nadir materiallar – şəxsi kitabxanasından üzərində qeydləri olan kitablar, Sankt-Peterburq teatrından əldə olunan tamaşaların afişaları, şəxsi əşyalar, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları və baletlərinə çəkilmiş eskizlər daxildir. Ümumilikdə bəstəkarın ev-muzeyinə təqdim olunmuş eksponatların sayı 300-dən çoxdur.
Qara Qarayevin heykəli (Bakı, 2014)
Qara Qarayevin heykəli — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki Qara Qarayevin xatirəsinə 3 fevral 2014-cü ildə qoyulmuş abidə. == Qərarın verilməsi == 2012-ci ildə Nazirlər Kabineti Bakı şəhərində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Qara Qarayevin abidəsi ucaldılmasına dair qərar qəbul edib. Baş nazirin imzaladığı qərara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 914 515 manat vəsait ayrılıb. == Abidənin hazırlanması == Qara Qarayevin heykəli “Nizami” kino mərkəzinin arxasında, Bakı Musiqi Akademiyasının və bəstəkarın yaşadığı evin yaxınlığındadır. Bəstəkar buradan keçib işə gedər və evə qayıdardı, odur ki, həmin yer heykəl üçün hər cəhətdən uyarlıdır. İş Azərbaycanın Xalq rəssamı heykəltaraş Fazil Nəcəfova və Respublikanın Əməkdar memarı Rəhim Seyfullayevə tapşırılmışdı. Azərbaycan heykəltaraşları içərisindən heykəl üzərində işləmək üçün sənətkarın oğlu, bəstəkar, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev Fazil Nəcəfovu seçdi. Gözlənilirdi ki, heykəl bir neçə aya hazır olacaq, ehtimal ki, onun oturan və ya ayaq üstə dayanan fiqur olacağını gözləyirdilər. Lakin həm heykəltaraş, həm də memar öz işlərinə çox məsuliyyətlə və qeyri-standart yanaşan sənətkarlardır. Buna görə də iş üç il çəkdi.