Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarayonca
Qarayonca (lat. Medicago) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yusif İbn İsmayıl Xoyinin (XIII–XIV əsrlər) yazdığına görə, baş əsməsini müalicə etmək üçün gündə 2 dəfə başa bişmiş qarayonca ilə kompres qoymaq lazımdır. Əgər qarayoncanın otu və toxumları mütamadi yeyilərsə, bu, insanı kökəldir və qanı artırır. Qarayonca tozunun bal ilə kompresi soyuq şişləri, sirkə ilə qarışığı isə isti şişləri çəkir. Qarayoncanın toxumları başqa hissələrinə nisbətən daha faydalıdır. Onlar mədəni möhkəmlədir, sperma və süd yaradır, aybaşını qovur, öskürəkdə xeyirlidir. Elmi təbabətdə qurudulmuş və toza çevrilmiş qarayonca qansaxlayıcı və yarasağaldıcı xüsusiyyətə malikdir. Əkin qarayoncası şəkər xəstəliyində, qalxanvari vəzinin funksiyasının azalmasında, oraqvari qarayonca isə sətəlcəm, diarreya (mədənin pozulması) və ürəkdöyüntüsü zamanı istifadə edilir. {{bt-azlat||Medicago arabica (L.) Huds.
Qarahonc
Qarazəmi (əvvəlki adı:Qarahonc) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qarahonc kəndi Qarazəmi kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarazəmi kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd salındığı ərazinin adı ilə adlanmışdır. XIX əsrin əvvəllərində ermənilər burada yerləşdikdən sonra bu adın tərkibindəki zəmi sözü ermənicəyə çevrilərək honc (bicənək, zəmi) şəklinə düşmüş və kəndin adı Qarahonc kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilib, Qarazəmi adlandırılmışdır. Oykonim "geniş əkin yeri" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Qaranca (Xoy)
Qaranca (fars. قارنجه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qarahoca uyğur idıkutluğu
Qaoçan Uyğur idikutluğu — İndiki Sintzyan Uyğur muxtar vilayəti ərazisində mövcud olmuş dövlət. İdikut dövləti tarix səhnəsinə ilk dəfə Uyğur xaqanlığının devrilməsindən sonra, 843-cü ildə çıxmışdı. Məngli yabqu başçılığında hərəkət edən uyğurlar Qaraşəhər və Qaraxocanı ələ keçirib öz dövlətini qurdu. Dövlət 857-ci ildə Tan sülaləsi tərəfindən tanınmışdı.Kutadqu Bilik (福樂智慧) kitabı bu dövlətdə yazılmışdır. Краткий очерк культуры Уйгурского Турфанского идыкутства УЙГУРИЯ В VII–IX вв.