Qarahoca uyğur idıkutluğu

Qaoçan Uyğur idikutluğu — İndiki Sintzyan Uyğur muxtar vilayəti ərazisində mövcud olmuş dövlət.

Tarixi dövlət
Qarahoca uyğur idıkutluğu
çin. 高昌回鶻
monq. ᠦᠶᠭᠦᠷ
 
 
 — 1335

Paytaxt Qaraxoca (yay paytaxtı)
Beşbalıq (qış paytaxtı)
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İdikut dövləti tarix səhnəsinə ilk dəfə Uyğur xaqanlığının devrilməsindən sonra, 843-cü ildə çıxmışdı. Məngli yabqu başçılığında hərəkət edən uyğurlar QaraşəhərQaraxocanı ələ keçirib öz dövlətini qurdu. Dövlət 857-ci ildə Tan sülaləsi tərəfindən tanınmışdı.Kutadqu Bilik (福樂智慧) kitabı bu dövlətdə yazılmışdır.

Uyğur adı Çin adı Hakimiyyəti Məlumat
Bilgə Gün 僕固俊 864–874 Tibetlilərin köməyi ilə Qaraxocanı işğal etmişdi
İllig Bilgə Tenqri 頡利·毗伽·天王 ?-954
Arslan Bilgə Tenqri İllig Süngülüg xaqan 阿兒思蘭·毗伽·天王·孫古律可汗 981–984 Sun sülaləsi tərəfindən rəsmən tanınmışdı.
Bögü Bilgə Tenqri İllig 聖·毗伽·王天 996–1007
Alp Arslan Qutluq Bilgə Gül Tenqri xan 合·阿兒思蘭·骨咄祿·闕·毗伽·天汗 1007–1019/1024
Gül Bilgə Tenqri xan 闕·毗伽·王汗 1024–1068
Tenqri Bögü El Bilgə Arslan Tenqri Uyğur Tarxan 天聖國·毗伽·阿兒思蘭·天·回鶻·答兒罕 1068–1123
Bilgə xan 畢勒哥 1123–1130 Onun dövründə idikutluq Qarakitayların vassalı oldu.
Ər Teymur 月兒帖木儿 ?-1208
Baurçuq Ər Tigin 巴而朮·阿而忒·的斤 1208–1242 Çingiz xanın qızı Altınbəyim ilə evlənərək Monqol imperiyasının 5-ci ulusun hökmdarı olmuşdu.[1]
Kesmez 怯失迷思 1242–1246 Çingiz xanın nəvəsi idi. Hakimiyyəti az oldu, yerinə qardaşı Salıntı tigin keçdi.
Salıntı tigin 萨仑·的斤 1246–1252 Çingiz xanın nəvəsi idi.
Oğrunç tigin 玉古伦赤·的斤 1252–1257 Çingiz xanın nəvəsi idi.
Mamuraq tigin 马木剌·的斤 1257–1265 Oğrunç tiginin oğlu idi. Möngke xaqanın Çinə yürüşündə 10.000 əsgərlə qoşulmuşdu.
Qoşqar tigin 火赤哈儿·的斤 1265–1280 Mamuraq tiginin oğlu idi. Xubilayın tərəfində olduğu üçün Çağatayların hücumuna məruz qalmışdı. Döyüşdə öldürülmüşdür.
Nəgril tigin 紐林·的斤 1280–1318 Torpaqları Duva xan tərəfindən işğal olunduğu üçün Yuana sığınmışdı. Paytaxtını Qansuya köçürməyə məcbur qaldı.[2] Bununla da Qaraxocada buddist uyğur hakimiyyəti sonlandı.
  1. Brose, Michael C. Subjects and Masters: Uyghurs in the Mongol Empire Bellingham, WA: Western Washington University Center for East Asian Studies, 2007.
  2. Çincə Vikipediyada "Nəgril Tigin" məqaləsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]