Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüstəm Rüstəmov (qazmaçı)
Rüstəm Əziz oğlu Rüstəmov (1910, Bakı – 17 oktyabr 1961, Bakı) — Azərbaycanlı neftçi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı və fəaliyyəti == Rüstəm Əziz oğlu Rüstəmov 1910-cu ildə Təbrizdə anadan olub. 1 yaşı olanda hər iki valideynini itirib. 10 yaşında çəkməçi yanında köməkçi kimi işləməyə başlayır. 10 nömrəli məktəbdə 6 il təhsil aldıqdan sonra 1930-cu ildə oranı bitirir. Daha sonra "Bakjilsoyuza" daş karxanasında fəaliyyətə başlayıb. Lakin iki ildən sonra səhhətinə görə bu işindən ayrılmalı olur. 1932-ci ildə qazma kontorunda fəaliyyət göstərməyə başlayır. Burada ilk olaraq fəhlə kimi işə başlayan o, usta qazmaçı vəzifəsinə qədər yüksəlir. 1940-cı ildə neft ustaları kursunu başa vurub.
Düyü Qazmağı
Düyü Qazmağı - Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. == Hazırlanma texnologiyası == Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Qazançı
AzərbaycandaQazançı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Culfa) — Azərbaycan Respublikasının Culfa rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.ErmənistandaQazançı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qazançı (Ağbaba) — Ermənistan Respublikasının Ağbaba mahalında kənd.DigərQazançı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ.
Qaraçı
== Xalq ==
Qazağı
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, Qoz, Qarğıdalı yığımı, maldarlıq, arıçılıq, Tütünçülük (son illərdə az sayda). == Tanınmışlar == Elnur Qebedov Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı. == Təhsil == Qazma 1 saylı kənd tam orta məktəbi — Məktəbdə 1–11 siniflərdə olmaqla 400-ə yaxın şagird təhsil alır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Basmaçı hərəkatı
Basmaçı hərəkatı — 1918 -1942-ci illərdə müstəmləkəçi və kommunist Rusiyaya qarşı müsəlmanlar tərəfindən Orta Asiyada başladılmış olan üsyanların adıdır. Bu hərəkatın savaşçılarını müsəlman türklər, qismən də taciklər təşkil edirdi. Basmaçı hərəkatı islamçı hərəkatlardan biri sayılır. Basmaçı hərəkatının başlanğıcı Fərqanə vadisində 1917-ci ildə oldu və çox tez zamanda Orta Asiya türklərinin arasında yayıldı. == Arxa fonu == Bolşeviklər Orta Asiyada hakimiyyəti ələ keçirəndən sonra apardıqları siyasət ilə qısa zaman içində xalqın nifrətini qazandılar. Beləcə, Orta Asiyanın hər yerində Bolşevik müxalifləri çoxaldı. Hər cür maddi varlıqları əllərindən alınan və əzilən xalq, Bolşevik dövrünün çar dönəmindən heç də fərqli olmadığını, hətta xüsusi ilə özəl mülkiyyət işlərinə Bolşeviklərin daha çox düşmənlik bəslədiklərini (halbuki Çar Rusiyasında dövründə özəl mülkiyyət sərbəst idi) görərək, eləcə də milli muxtariyyətlərinin ləğv olduğunu anlayaraq üsyan üçün məqam axtarmağa başladılar. == Hərəkatın başlanması == Gedərək böyüyən bu üsyan hərəkatı, 1918-ci illərin əvvəlindən etibarən Ruslara qarşı milli mücadiləyə döndü. Ruslar bu üsyançıları Basmaçı adlandırırdılar. Lakin Orta Asiya türkləri özlərinə “İslam əsgərləri” və ya “Türkistan azadlığının əsgərləri” deyirdilər.
Basmaçı qalxınışı

Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. == Yaranması == Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. == Parnik qazları == Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Qalqaçı (Urmiya)
Qalqaçı (fars. قالقاچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər (73 ailə) yaşayır. Kəndin əhalisi şiədir və Azərbaycan dilində danışır.
Qaymalı dağlar
Qaymalı dağlar(rus. горы глыбовые столо¬вые, ing. block table mountains) -differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qazançı (Ağbaba)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində, Azərbaycan tədqiqatlarında Qayı Qulu Qazançı kimi də qeyd edilir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli bulqar tayfasından biri olan qazan etnoniminə -çı mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gələn qazançı etnonimindən düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qazançı (Ağdam)
Qazançı — Azərbaycan Respublikasının Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qazançı kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == Qazançı - Yuxari Qarabağda Xaçin nahiyəsində kənd adı. Mənbədə bu kəndin adı həm də Ongölçəkən adlandırılmışdı. İndi Ağdam rayonunda Qazançı kəndidir. Goranboy, Zəngilan və Culfa rayonlarında Qazançı kənd adları ilə mənşəcə eynidir. Eramızın ilk əsrlərində Cənub-şərqi Avropada bolqar (yaxud bulqar) adlı türk tayfası yaşayırdı. Azov dənizi sahillərində yaşamış bu elin IX əsrdə bir hissəsi Astaruxun başçılığı ilə indiki Bolqarıstanda məskunlaşmış, digər hissəsi isə Volqa boyuna gedərək Volqa-Bulqar dövlətinin (sonrakı Qazan xanlığının) əsasını qoymuşdur. Bulqarların müəyyən hissəsi isə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəlmişdir. Şimali Qafqazda yaşayan noqaylarda Kazakçı, Kapan və Çur tayfalarının olması göstərir ki, bulqarların müəyyən hissəsi Şimali Qafqazda məskunlaşmışdır.
Qazançı (Ağdərə)

Qazançı (Culfa)
Qazançı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimiyası == Oykonim kazan etnonimi və -çi şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan tayfasının adını əks etdirir. Mənbələrə görə onlar ilk dəfə e.ə. II əsrdə Zaqafqaziyaya gəlmişlər. İnqlabdan əvvəl bütün qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda isə Qazançı adlı 10 kənd var idi. == Coğrafiyası və iqlimi == Kənd Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 702 nəfərdir.
Qazançı (Goranboy)
Qazançı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qazançı kəndi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Miskinli Qazançı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Miskinli kəndindən (indiki Şəmkir rayonu) köçüb gəlmiş ailələr bina etmişlər. Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarların kazan (qazan) tayfasının adını əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onların ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda işə Qazancı adlı 10 kənd mövcud idi.
Qazançı (Zəngilan)
Qazançı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Qazançı kəndi Zəngilan rayonunun ən dağlıq kəndlərindən biridir və Ermənistanın Qafan şəhəri ilə həmsərhəddir. == Toponimikası == Kənd dağlıq ərazidədir. Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarla- nn kazan (qazan) tayfasmın adım əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarlann tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onlann ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda işə Qazancı adlı 10 kənd mövcud idi.
Qazançı (Şörəyel)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına "-çı" şəkilçisinin artırılması ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd) qoyulmuşdur. == Digər == Qazançı dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Qazançı kafedralı
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. == Tarixi == Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Qazançı kilsəsi

Qazançı körpüsü
Qazançı körpüsü — Culfa rayonunun Qazançı kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsi. Körpü xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Körpü XVI–XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilmişdir. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qumdaşındandır.
Qazançı nekropolları
Qazançı nekropolu I — Culfa rayonunun Qazançı kəndindən şimal-şərqdə, uzunsov təpənin üstündə orta əsrlərə aid arxeoloji abidə.1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, planı çıxarılmışdır. Qəbirlər qiblə istiqamətindədir. Əksəriyyətinin baş daşları yoxdur, sinə daşları kobud hazırlanmış, uzunsov və dördünc formadadır. Bir qrupu sandıq şəkillidir. Ərazidən gil qab qırıqları tapılmış, bir neçə qoç daşa təsadüf edilmişdir. Abidənin 13-17-ci əsrlərə aid olması ehtimal edilir. Qazançı nekropolu II- Culfa rayonunun Qazançı kəndindən cənub-şərqdə, Əlincəçayın sağ sahilində orta əsrlərə aid arxeoloji abidə.1991-ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Qəbirlər qiblə istiqamətindədir. Baş daşları saxlanmamışdır. Sinə daşları kobud hazırlanmış dördkünc və uzunsov formadadır.
Qazançı qalası
Qazançı qalası – Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e.ə. II – I minilliyin əvvəllərinə aid abidə. == Etimologiyası == Qalanın adının türk dilində olması şübhə doğurmur. Bəzi tədqiqatçılar Qazançı qalasının adını Kitabi Dədə Qorqud dastanının baş qəhrəmanlarından biri olan Qazan xanın adı ilə əlaqələndirirlər. == Tarixi == Qalanın sol sahil hissəsində aparılan arxeoloji araşdırmalar zamanı əldə edilən gil qab parçaları burada Orta Tunc dövründən başlayaraq, Dəmir dövrünədək yaşayış olduğunu göstərir. Qalanın yerləşdiyi ərazinin təbii cəhətdən müdafiə olunmasına baxmayaraq, bu ərazi relyefə uyğun olaraq qala divarı ilə əhatə olunmuşdur. Arxeoloji qazıntı işləri aparılmadığından divarların tikildiyi dövrü müəyyənləşdirmək çətindir. Lakin, memarlıq xüsusiyyətlərinə əsasən demək olar ki, qala divarları, başlıca olaraq, iki dövrdə inşa edilmişdir. Birinci dövrə aid tikintiləri təqribən e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar.
Qazançı əməliyyatı
Qazançı əməliyyatı — 1992-ci ilin martın 3-4-də Azərbaycan ordusunun Ağdamda yerləşən və Qarabağ münaqişəsinin başlanğıcında ermənilərin nəzarəti altına keçən strateji əhəmiyyətli Qazançı kəndinin azad olunması əməliyyatı. Əməliyyat nəticəsində kənd Azərbaycan ordusunun nəzarəti altına keçdi, döyüş nəticəsində Azərbaycan ordusunun 7 əsgəri şəhid oldu. Onlardan biri Əlabbas İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Ermənilər tərəfdən onlarla döyüşçü məhv edildi.
Sağ qalmalı
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.