Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarqoyl
Qarqoyllar (fr. gargouille) ― latın dilində olan garg (boğaz) və qədim fransız dilində olan goule (qulyabanı) sözlərinin birləşməsindən yaranmışdır. Qarqoyl memarlıq növü sayılır və yağış suyunu divardan müəyyən bir aralığa boşaltmaq məqsədilə novun bir hissəsini təşkil edir. Bu heykəl növü adətən daşdan olurdu, qrotesk, roman və qotik memarlıqlarında heyvan və insan kimi təsvir edilirdi. Metonimiyaya görə belə fiqurlar suyu xaric edirdilər və əksər hallarda vahiməli bir heyvanı təmsil edirdilər. Buna görə də onlar yunan məbədlərində, maskaronlarda və fontanlarda təmsil olunurlar. Qarqoyllar xaric etmə funksiyasına malik olmayan və çox vaxt sadəcə pinakl və kontrforsların yanında bəzək üçün inşa edilən ximeralardan fərqlənirlər. Başqa bir yerdə qarqoyl əfsanə səbəbi ilə yaradılmışdı. Bu əfsanə Ruan yepiskopu olan müqəddəs Romanın əjdahanı məğlub etməsi əfsanəsi idi. XIII əsrin əvvəllərində yağış karnizləri damda yığılan yağış sularının boşaldılmasına kömək edirdi.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq, guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.
Azoy
Azoy yaxud Azon — İberiyanın əfsanəvi hökmdarıdır. O əfsanəyə görə Makedoniyalı İsgəndər tərəfindən taxta çıxarılmışdır. O I Parnavaz tərəfindən öldürülmüşdür.
Mark Qasol
Mark Qasol (isp. Marc Gasol; d. 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir. == Həyatı == 1985-ci ildə anadan olub. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər. Kolleci orada bitirib.
Mete Qazoz
Mete Gazoz (türk. Mete Gazoz; 8 iyun 1999, İstanbul) — Türkiyə oxatma idmançısı, Olimpiya çempionu, iki Olimpiadanın (2016, 2020) və Dünya Kubokunun finalının iştirakçısı. Mete Qazoz 8 iyun 1999-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Bağçalıevlərdə yerləşən İxlas Kollecində təhsil almışdır. Qazoz 2010-cu ildə oxatma idmanında özünü sınamağa başladı. Beynəlxalq debütü 2013-cü ildə baş tutdu. Mete Qazoz 2013-cü ildə Çinin Usi şəhərində keçirilən Dünya Çempionatında gənclərdən ibarət komanda turnirində gümüş medal qazandı. 2014-cü ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmişdir. 2015-ci ildə Bakıda baş tutan Avropa Oyunlarında Türkiyə yığmasının tərkibində yarışmışdır. Kopenhagendə keçirilən 2015 Dünya Oxatma Çempionatında da iştirak etmişdir.
Arjeles-Qazost (rayon)
Arjeles-Qazost (fr. Argelès-Gazost) — Fransanın Cənubi Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Pireney. Suprefektura — Arjeles-Qazost. Rayon əhalisi 2006-cı ildə 39 595 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəfər / km². Rayon ərazisi — 1,300 km².
GATÖL
İftarlık Gazoz (film, 2016)
Iftarlıq Limonad (türk. İftarlık Gazoz) — rejissorluğunu və senaristliyini Yüksel Aksunun etdiyi, baş rollarda Cem Yılmaz və Berat Efe Parların olduğu 2016 komediya növündəki kinoteatr filmidir. Filmin premyerası 2016-cı ilin Yanvar ayının 28-də Kanyon AVM-də oldu. Film 2016-cı ilin Yanvar ayının 29-da viziona girdi. Film 5 həftə ərzində 307 fərqli kino salonunda nümayiş olunmuşdur. Ümumi 960.898 tamaşaçıyla 11.569.063 TL hasilat etmişdir. 1970-ci illərin əvvələrində bir Egey qəsəbəsində ailəsi ilə birlikdə yaşayan Adəm ağıllı və müvəffəqiyyətli bir şagirddir. 5-ci sinfi bitirər bitirməz yay tətilini yaxşı qiymətləndirmək üçün ailəsinə Limonad satan Cibar Kamal Usta ilə işləmək istədiyini deyər. Güc-bəla icazə alan Adəm Limonad satanın çırağı olaraq Cibar Kamalın yanında işə başlayır. Ramazan ayının ilk günləridir, Adəm məsciddə oruc haqqında vəz edən müəllimin dediklərindən təsirlənər və oruc tutmağa qərar verir.