Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qiyam
Qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədi ilə hərbi qruplaşmaların silahlı çıxışı. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir.
Qiyan
Monidigah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 692 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki mon (yerli tələffüz forması miy on olub, “orta, mərkəz, ara” deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub, “ortada yerləşən kənd, orta kənd” mənasındadır. Oykonim talış dilində Mondiqo adlanır. == Coğrafiyası == Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin yamacındadır.Bu yaşayış yeri üç hissədən ibarətdir: 1. Mondiqo - orta kənd yeri; 2. Jindi - aşağı kənd; 3. Pendi - yuxarı kənd. == Tanınmış şəxsiyyətlər == Firdovsi Əliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini.
Qiyas
Qiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. == İslamda qiyas == Sinni məzhəblərində bu məsələ təzadlı olduğu halda şiəlikdə xüsusi göstəriş olmadıqda, bu cür hökm vermək haramdır.
Hiyaq (Heris)
Hiyaq (fars. هيق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (53 ailə).
Qiyan qəbiləsi
Qiyan qəbiləsi (çin. 呼衍) — Böyük Hun İmperiyasını idarə etmiş qəbilə. Bu qəbilənin üzvləri əsasən xatun olurdular. Qiyanlar Monqolustanın qərbində məskunlaşmışdılar.
Qiyas (ad)
Qiyas — ad. Qiyas bəy Şıxlinski — Azərbaycan Xalq Cümhuriyyətinin pristavı Qiyas Sadıqov — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi Mirzə Qiyas bəy — Böyük Moğol imperiyasının baş vəziri. Qiyas xan Şahsevən — Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə. Qiyas Məcidov — Ləzgi yazıçı və dramaturqu. Qiyas Quliyev — Azərbaycan alimi, biologia elmləri doktoru.TəxəllüsƏyyub Qiyas — nasir, tərcüməçi, dramaturq, şairDigərQiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. Xoca Qiyas (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qiyas Hüseynov
Qiyas Hüseynov (Qiyas Adil oğlu Hüseynov; ) — Azərbaycan tibb alimi, tibb üzrə fəlsəfə doktoru (2007). == Həyatı == Hüseynov Qiyas Adil oğlu 10 iyun 1960-cı ildə Qafan rayonunun Kurud kəndində anadan olmuşdur. 1977-ci ildə Qafan rayonu Gığı kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və 1978-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1984-cü ildə tibb institutunu bitirmiş, təyinatla İmişli rayonuna göndərilmiş və 3 il orada işləmişdir. 1988-ci ildə müsabiqə yolu ilə B. Ə. Eyvazov adına Elmi Tədqiqat hematologiya və transfuziologiya institutuna (indiki Hematologiya və Transfuziologiya Mərkəzi) elmi işçi kimi işə qəbul olunmuşdur. Qiyas Hüseynov 1989-cu ildə qan preparatları şöbəsinə müdir təyin olunmuşdur. 1998–2005-ci ilə kimi B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və transfuziologiya institutunun nəzdindəki qan bankının (indiki Mərkəzi Qan Bankı) baş həkimi işləmişdir. 2006-cıidən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasında assent işləyir. == Elmi fəaliyyatı == Qiyas Hüseynov 1989-cu ildə qan preparatları şöbəsinə müdir təyin olunduqdan sonra onun təşəbbüsü ilə respublikada ilk dəfə olaraq rezusəleyhinə immunoqlobulin və polibiolin preparatları hazırlanmışdır. 1990-cı illərin əvvəllərində ölkəmizə qan koservantlarının gətirilməsi çətinləşdiyindən xəstələrin qanla təminatında çətinlik yaranmışdı.
Qiyas Məcidov
Qiyas Məcidov (22 mart 1911, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1974, Mahaçqala) — Ləzgi yazıçı və dramaturqu. Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq yazıçısı. 1957-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü.. == Bioqrafiya == Qiyas Məcidov 22 mart 1911-ci ildə Axtı (indiki Dağıstanın Axtın rayonu) kəndində əməkçi miqrant ailəsində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 1927-ci ildə komsomola daxil olmuşdur. 1929-cu ildə doqquzuncu sinfi bitirİR, sonra altı aylıq kurs keçir və ibtidai sinif müəllimi ixtisasına yiyələnir . Azərbaycan SSR Şirvan bölgəsinə işləməyə göndərilir. Sonra bir ildən çox müəllim işlədiyi Dağıstanın Gürah kəndinə gedir. 1929–1931-ci illərdə Qiyas Məcidov Mahaçqala Sənaye Texnikumunda təhsil alır. Məzun olduqdan sonra rus və ana dilləri haqqında biliklərini artırmaq üçün tərcüməçi Əlibey Fətahovun tələbəsi olaraq Daqkniqoizdatda işə düzəlir.
Qiyas Sadıqov
Qiyas Böyükağa oğlu Sadıqov (27 mart 1960, Sabirabad) — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi, Azərbaycan Respublikası Prezidentinin sabiq İşlər müdiri. == Həyatı == Qiyas Sadıqov 27 mart 1960-cı il tarixində Sabirabad şəhərində anadan olmuşdur. 1976-cı ildə M. Ə. Sabir adına Sabirabad şəhər orta məktəbini bitirmişdir. Qiyas Sadıqov ali təhsilini Azərbaycan Politexnik İnstitutunda almış, oradan 1976-cı ildə məzun olmuşdur. Daha sonra ordu sıralarında zabit olaraq fəaliyyət göstərib. 1985–1992-ci illərdə Sabirabad Mexaniki Təmir Zavodunda usta və Həmkərlar Təşkilatında sədr kimi fəaliyyət göstərmişdir. Ailəlidir, bir övladı var. == Siyasi fəaliyyəti == Qiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq başlamışdır. O, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Salyan Rayon Şöbəsinin təsisçilərindən biri olaraq Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilmişdir. Qiyas Sadıqov 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini vəzifəsinə, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunmuşdur.
Xəlifə Qiyas
Xəlifə Qiyas — Yardımlı rayonunun Perimbel kəndinin ərazisində yerləşən ziyarətgah, soyu günümüzə qədər davam etməkdədir. == Tarixi == Şiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Qiyas (az-ərb:Ğiyasəddin) 4 oğlu, ailəsi və qardaşı Xəlifə Kamal(ərb:Kamaləddin) ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmış və günümüzə qədər nəsili 4 oğlunun adı ilə bağlı (Şavrux tayfası, Ağaməmməd tayfası, Məmmədrəhim tayfası, Xəlifə Məmməd tayfası) olan 4 tayfadan davam etdirmişdir. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- "Pirin qənşəri", "Pirin məkanı mənasında" – "Pirin beli" mənasındadı. Xəlifə Kamal gənc yaşda şəhid olmuş onun övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Hələ də Perimbel kəndinin əksər əhalisi Xəlifə Qiyasın 4 oğlunun nəsilindən gəldiklərini iddia edirlər. == Xəlifə Qiyasın Şəcərəsi == Hz Məhəmməd İslam peyğəmbəri Hz Fatimə binti Məhəmməd Hz Əli ibn Əbu Talib, Şiələrin 1-ci İmamı Hz Hüseyn ibn Əli, Şiələrin 3-cü İmamı Hz Zeynülabidin ibn Hüseyn, Şiələrin 4-cü İmamı Əl Hüseynul Əsğər ibn Zeynül-Abidin Übeydullahil Ə'rəc ibn Əl Hüseynul Əsğər Əliyül Abid (künyə:Əliyül Saleh) ibn Übeydullahil Ə'rəc Übəydullah Sani ibn Əliyül Abid Saleh ibn Übəydullah Sani Ğiysəddin (az:Xəlifə Qiyas) ibn Saleh == Xəlifə Qiyas nəsli şəcərəsi == Şavruq ibn Ğiysəddin (az:Xəlifə Qiyas) Əlvənd Kamal Əlvənd Şavruq Saleh Yarməmməd == Soya aid məşhur nümayəndələr == Мüstəqil Bağır oğlu Ağayev — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi.
Əyyub Qiyas
Əyyub Qiyas (Qi Or El) (Tam adı: Əyyub Qiyas oğlu Abasov; 14 dekabr 1968, Lənkəran, Azərbaycan SSR) — nasir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. == Həyatı == Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib. 1991–1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. == Fəaliyyəti == 1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə "168 saat" qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə "Xəzər" jurnalının redaktoru olub. 1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub.
Dərə Qiyas (Bicar)
Dərə Qiyas (fars. دارغياث‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 256 nəfər yaşayır (66 ailə). Əhalisini kürdlər təşkil edir.
Heydər Qiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. == Həyatı == Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Mirzə Qiyas bəy
Qiyasəddin Məhəmməd, Mirzə Qiyas bəy (XVI əsr, Qəzvin – 1622) — Böyük Moğol imperiyasının baş vəziri. == Həyatı == I Şah Təhmasib Səfəvinin (1524–1576) sadiq rəiyyətlərininn arasında Mirzə Qiyas bəy adlı bir şəxs vardı. Onun atası dövlət idarələrində məmur kimi çalışırdı. Buna görə də ailə ac deyildi. Şah vəfat edəndən sonra onun övladları arasında taxt-tac uğrunda mübarizə başlayır. Hökumətdə boşluq yaranır. Əhalinin vəziyyəti ağırlaşır. Hökumətdən aylarla maaş ala bilməyən məmurların güzəranı çətinləşir. Bu kimi çətinliklərin zərbəsi Mirzə Qiyas bəyin ailəsinə də dəyir. O, son qəpik-quruşlarını toplayıb hamilə arvadı Əsmət xanımı da götürüb Hindistana gedən karvana qoşulur.
Qiyas bəy Şıxlinski
Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu — Azərbaycan Xalq Cümhuriyyətinin pristavı, Gəncə, və Şəki üsyanının iştirakçısı, siyasi mühacir. == Həyatı == Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu 1895-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində dünyaya gəlmişdir. Kənddə ibtidai məktəbi bitirdikdən sonra Qori Seminariyasına daxil olmuş, lakin ikinci kursda məktəbdən xaric olunmuşdur. Sonarkı illərdə quberniya idarələrində müxtəlif vəzifələrdə çalışmışdır. == AXC dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhərində ştab-kapitan rütbəsində pristav işləmişdir. Sonradan Ərəş qəzasının rəisi , Yevlaxın Qarxunlu kəndindən olan Əşrəf bəy Tağıyevin köməkçisi vəzifəsində xidmət göstərmişdir. 1920-ci ildə Gəncədə qalxan May üsyanının iştirakçısı olmuş, üsyan yatırıldıqdan sonra xeyli müddət hakimiyyət orqanlarından gizlənmişdir. == Aprel işğalından sonra fəaliyyəti == Baş Siyasi İdarənin (BSİ) rəhbərlərindən olan Mircəfər Bağırovla şəxsi əlaqələri və dostluğu səbəbindən əvvəlcə qəza milis dəstəsinin komandiri, sonra isə Qazax qəza milis idarəsinin rəisi təyin edilmişdir. Zaqatala qəzasında üsyançı dəstə ilə toqquşma zamanı Qiyas bəy dostu və rəisi Bağırovu labüd ölümdən xilas etdikdən sonra aralarındakı etimad daha da möhkəmlənmişdir. Qiyas bəyin kişi sözünə inanaraq, bir çox qaçaq dəstələrinin başçıları silahı yerə qoymağa və dinc həyata qayıtmağa razılaşmışlar.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Qiyas xan Şahsevən
Qiyas xan Şahsevən — Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə.Cavad xanlığı nisbətən kiçik idi. Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı, şimalda Şamaxı xanlığı, cənubda Talış xanlığı, şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdu. Xanlığın əsası şahsevən tayfasına dayanırdı. Xanlığın əsasını da bu tayfanın bir üzvü Qiyas xan Şahsevən qoymuşdu. Bu xanın həyatı ilə bağlı məlumatımız yoxdur. Lakin Rusiyanın Arxiv İdarəsindən əldə etdiyimiz 14 nömrəli raporta əsasən deyə bilərik ki, onun Pəricahan adlı xanımından 2 oğlu olmuşdur: Tale Həsən xan və İbrahim xan. == Həmçinin bax == Azərbaycan xanlarının siyahısı == Mənbə == Mustafazadə Tofiq. Cavad xanlığının əsası necə qoyuldu?. Bakı: "Kür". 2002.
Xoca Qiyas (Miyanə)
Xoca Qiyas (fars. خواجه غیاث‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 564 nəfər yaşayır (135 ailə).
İv Qiyai Şamlı
İv Fərhad xan Qiyai Şamlı (26 oktyabr 1957, Ukkel[d]) — Heydərqulu xan Qiyai Şamlının oğlu və Belçika memarı. == Həyatı == İv Fərhad Xan Qiyai Şamlı 1957-ci ildə Belçikanın Ukkel şəhərində anadan olub. Nəsilləri qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan Heydər Qiyai Şamlının oğludur. O, Parisdə yerləşən Janson-de-Sailly liseyini bitirdikdən sonra Nyu-Yorkda yerləşən Pratta İnstitutunda memarlıq üzrə təhsil almağa başlayır. 1982-ci ildə buradakı təhsilini bitirdikdən sonra Kaliforniya İncəsənət Kollecində memarlıq üzrə magistr dərəcəsi əldə edir. O ilk fəaliyyətinə San-Fransiskoda futurustik evlərin tikintisi ilə başlayıb. 1983-cü ildə o, San-Fransiskoda "Ghiaï Architects" memarlıq şirkətinin əsasını qoyub. Bu şirkət vaxtilə atasının yaratdığı və 1979-cu ildə bağlanan şirkətin davamçısıdır. 1993-cü ildə o ilk irimiqyaslı sifarişini alır.
Ağa Mirək Mirzə Qiyas
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Heydərqulu xan Qiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. == Həyatı == Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Qiyas əd-Din məscidi
Şah Abbas məscidi və ya Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Tarixi abidə kimi qorunur. == Tarixi == Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t.
İv Fərhad xan Qiyai Şamlı
İv Fərhad xan Qiyai Şamlı (26 oktyabr 1957, Ukkel[d]) — Heydərqulu xan Qiyai Şamlının oğlu və Belçika memarı. == Həyatı == İv Fərhad Xan Qiyai Şamlı 1957-ci ildə Belçikanın Ukkel şəhərində anadan olub. Nəsilləri qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan Heydər Qiyai Şamlının oğludur. O, Parisdə yerləşən Janson-de-Sailly liseyini bitirdikdən sonra Nyu-Yorkda yerləşən Pratta İnstitutunda memarlıq üzrə təhsil almağa başlayır. 1982-ci ildə buradakı təhsilini bitirdikdən sonra Kaliforniya İncəsənət Kollecində memarlıq üzrə magistr dərəcəsi əldə edir. O ilk fəaliyyətinə San-Fransiskoda futurustik evlərin tikintisi ilə başlayıb. 1983-cü ildə o, San-Fransiskoda "Ghiaï Architects" memarlıq şirkətinin əsasını qoyub. Bu şirkət vaxtilə atasının yaratdığı və 1979-cu ildə bağlanan şirkətin davamçısıdır. 1993-cü ildə o ilk irimiqyaslı sifarişini alır.
Qıraq Kəsəmən
Qıraq Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Kürün sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti, kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət, eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və böyük alim), Hüseyn Hacıyev (II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş edən qədim kənddir. == Kədxudaları == Ağalar bəy == Görkəmli şəxsləri == Qaçaq Kərəm (1860-1910) - Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. Molla Zalın nəvəsi, Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. İsrafil ağa Kərbəlayev (1866-1917) - XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. Balasöyün - XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur. Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası). Hüseyn Arif (1924-1992) - Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
Qıraq Müşlan
Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qıraq Muşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Muşlan kəndindən ayrılmiş (qirağa çixmiş) ailələr saldiğına görə belə adlanmışdır.1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == === Tanınmışları === Əfrayıl Hüseynov — polkovnik-leytenant.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
Giya Kançeli
Giya Kançeli (gürc. გია ყანჩელი; 10 avqust 1935, Tiflis – 2 oktyabr 2019[…], Tbilisi) — Sovet və gürcü bəstəkarı. Kino bəstəkarı. SSRİ-nin xalq artisti (1983), dövlət mükafatının laureatı (1976) == Həyatı == Qiya Aleksandr oğlu Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə dünyaya gəlmişdir. 1983-cü ildə SSRİ-nin xalq artisti olmuşdur, və 1976-cı ildə dövlət mükafatının laureatının sahibi olmuşdur. Musiqi məktəbini, sonra Tiflis Universitetinin geologiya fakültəsini (1959-cu ildə) bitirdi və yalnız bundan sonra 1963-cü ildə I. I. Tuskiyanın kompozisiya sinfində bitirdiyi Tbilisi Konservatoriyasına daxil oldu [5]. 1970-ci ildən Tiflis Konservatoriyasında (alətlər sinfi) dərs demişdir. 1971-ci ildən Tbilisi S. Rustaveli Teatrının musiqi hissəsinin rəhbəri olmuşdur. 1979-cu ildən — Gürcüstan SSR Bəstəkarlar İttifaqının katibi. Gürcüstan SSR Kinematoqrafçılar İttifaqının üzvü.
Giya Kançeliya
Giya Kançeli (gürc. გია ყანჩელი; 10 avqust 1935, Tiflis – 2 oktyabr 2019[…], Tbilisi) — Sovet və gürcü bəstəkarı. Kino bəstəkarı. SSRİ-nin xalq artisti (1983), dövlət mükafatının laureatı (1976) == Həyatı == Qiya Aleksandr oğlu Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə dünyaya gəlmişdir. 1983-cü ildə SSRİ-nin xalq artisti olmuşdur, və 1976-cı ildə dövlət mükafatının laureatının sahibi olmuşdur. Musiqi məktəbini, sonra Tiflis Universitetinin geologiya fakültəsini (1959-cu ildə) bitirdi və yalnız bundan sonra 1963-cü ildə I. I. Tuskiyanın kompozisiya sinfində bitirdiyi Tbilisi Konservatoriyasına daxil oldu [5]. 1970-ci ildən Tiflis Konservatoriyasında (alətlər sinfi) dərs demişdir. 1971-ci ildən Tbilisi S. Rustaveli Teatrının musiqi hissəsinin rəhbəri olmuşdur. 1979-cu ildən — Gürcüstan SSR Bəstəkarlar İttifaqının katibi. Gürcüstan SSR Kinematoqrafçılar İttifaqının üzvü.
Giya Paçxataşvili
Giya Revazoviç Paçxataşvili (təxəllüsü: Givi; 29 yanvar 1961, Qax rayonu) — Azərbaycan jurnalisti, şairi, tərcüməçisi; Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü. Sumqayıt şəhər Mədəniyyət İdarəsi Əli Kərim adına Poeziya klubunun Fəxri üzvü (15.11.2004). == Həyatı == Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunun Qax-Gurcu kəndində anadan olub. Bakı şəhərindəki Respublika Kor Uşaqlar üçün orta internat məktəbini bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, 1985-ci ildə universitetin jurnalistiks fakültəsini "Qırmızı diplomla" bitirir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi, 2009-cu ildə isə İTV-nin istehsalı olan "Fosfor Adam" filmində o baş rola çəkilmişdir. 2016-cı ildə isə ANS televiziyası "Ağ Adam"(film,2016) (2)sənədli filmi çəkilmişdir. 2021-ci ildə 60 illik yubileyi ilə əlaqədar Giya Paçxataşvili haqqında Gürcüstan layihəsi çərçivəsində növbəti "Givi" sənədli filmi tamaşaçılara təqdim olundu. Giya Paçxataşvili Azərbaycanda yaşayan, ən çox tanınan Albinosdur. Giya Paçxataşvili Azərbaycan (2006), Gürcüstan(2007), Rusiya(1997) Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin(1989) üzvüdür.- "H. B. Zərdabi" mükafatı ilə təltif olunub(2005).
Biyac
Biyac (fars. بیاج‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 104 nəfər yaşayır (31 ailə).
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Heydər Ğiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. == Həyatı == Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Qıraq Kəsəmən bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Kiyan
Kiyan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,645 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Nilaq
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. == Əhali == Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. == Təhsilin vəziyyəti == Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. == Tarixi == Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Bıçaq
Bıçaq əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.