Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şirakava-qo və Qokayama tarixi kəndləri
Şirakava-qo və Qokayama kəndləri (yap. 白川郷・五箇山の合掌造り集落) - Yaponiyanın Honşu adasında (Tokay-Hokuriku regionu), Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşirlər. Dağ ətəyində yerləşən və 68 hektar əraziyə yayılmış "qassö" (yap. 合掌 - Gasshō) üslublu evlərin, qış aylarında ölkənin qalan hissəsindən uzun müddət əlaqəsi kəsilirdi; kəndlilər tut ağacından ipək almaq üçün ipəkqurdu becərilməsi, yetişdirilməsi və yayılması hesabına yaşayırdılar. Hal-hazırda kompleksə daxil olan 3 ənənəvi yapon kəndi (Ogimaçi, Ainokura və Suqanuma) "Yerli ətraf mühit və sosial-iqtisadi şəraitə yaxşı uyğunlaşdırılmış ənənəvi həyat tərzi nümunəsi" kimi, 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Hələ bu yaxınlarda çox nadir rikşalar səyahət üçün bu ucqar regiona gəlməyə cürət edirdi, atlılar üçün isə bu yerlər keçilməz idi. Bax beləcə, Şirakava-qo kəndinin sakinləri bütün dünyadan tam təcrid olunmuş şəkildə yaşayırdılar. Və bu təcrid sayəsində, onlar heç kimə oxşamayan memarlıq üslubunu yaratmışdılar. VIII əsrdə hazırkı kəndlərin yaxınlığında yerləşən "Haku san" dağının mərkəzində tərki-dünya ayinlərinin pərəstişkarları məskunlaşır. XIII əsrdə bu ərazlərdə yaşayan insanlar əvvəlcə Tenday-sü, daha sonra isə Dzödo-sinsü adlı əsas buddist cərəyanlarının təsiri altına düşürlər.