Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaya göbəyi
Qaya göbəyi — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1b (i,iii) c (i,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, yoğun, çoxlu sayda kökətrafı yarpaq və gövdə əmələ gətirir. Kökətrafı yarpaqlar 5-10 sm uzunluğunda, ayaları yumurtavari, əsasında ürəkvari və ya dəyirmi; gövdələri nazik, zəif, əyri-üyrü, sallanan,10 (15) sm uzunluqdadır. Gövdə yarpaqları uzunsov və ya yumurtavari, 5-7 sayda, daha xırda, yuxarıdakılar salxımın əsasında oturaqdır. Salxımı tək, boş və azçiçəklidir. Tac mavi rəngdədir. Fındıqçaları 2,5-3 mm uzunluqda ensiz, kənarları azaciq enli dişli qanadlıdır. == Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyul, meyvəvermə iyun-avqust aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarının (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) qayalı, daşlı və gilli yamaclarında, töküntülü və əhəngli yerlərdə, çayların yataqlarında rast gəlinir.
Qolqəti
Qolqəti (əvvəlki adı: Yuxarı Qolqəti) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindəki Yuxarı Qolqəti kəndi Qolqəti kəndi, Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi Qolqəti kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Qoçbəyli
Qoçbəyli (əvvəlki adı:Qoçbek) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qoçbek kəndi Qoçbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qoçbəyli kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qoçbəyli kəndinin qədim adı Qoçbek olmuşdur. Qoçbek yaşayış məntəqəsinin əsasını qoymuş şəxsin adıdır. 1992-ci ildən Qoçbəyli adlandırılmışdır. Oykonim Qoçbəy (şəxs adı) və -li (mənsubiyyət bildirir) şəkilçisindən düzəlib, "Qoçbəyə məxsus kənd" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Qoçbəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Aşağı Qolqəti
Aşağı Qolqəti — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qolqəti kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindəki Aşağı Qolqəti kəndi rayonunun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Qolqəti sözü qol və kəndi hissələrindən ibarət olub "çay qolunun və ya çayın sahili" mənasını ifadə edir. Kənd doğrudan da vaxtilə Türyançayın qollarından birinin sahilində yerləşmışdir. Hazırda yatağı qalmış həmin çay quruduqdan sonra əhali oranı tərk edərək indiki əraziyə köçmüşdür. Qolqəti kəndin keçmiş adının (Qol kəndi) yerli tələffüz formasıdır. 1933-cu ildə Aşağı Kolqatı variantında qeydə alınmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər məntəqədən fərqləndirməyə xidmət edir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündə yerləşirdi.
Məhəmmədabad Qonbəki
Günbəki və ya Məhəmmədabad Günbəki — İranın Kirman ostanının Rigan şəhristanının Günbəki bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 128 nəfər və 34 ailədən ibarət idi.
Qolqəti (dəqiqləşdirmə)
Aşağı Qolqəti — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. 5 oktyabr 1999-cu ildə kənd rayonunun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Yuxarı Qolqəti — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. 5 oktyabr 1999-cu ildə kəndin adı dəyişdirilərək Qolqəti adlandırılmışdır.
Qolqəti bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində,Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə,türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki,bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara,İstanbul,Konya,Trabzon,Mersin, İslamabad,Maku,Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994-2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Gölyeri
Gölyeri — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Bərcan kənd sovetinin Gölyeri kəndi Şıxlar kənd sovetinin tərkibinə verilmişdir.
Antarktida gölləri
Antarktidada yüzlərlə müxtəlif mənşəli göllərə və sututarlar rast gəlinir. Bu göllər ilin 8-10 ayı 1-2 m qalınlığında buz bağlayır. Göllərdə buz təbəqəsi günəş şüalarının keçməsinin qarşısını aldığından, soyuq temperaturlara uyğunlaşan sualtı bitkilərin, üzən fitplanktonların zəif inkişafı müşahidə edilir. Antarktida gölləri buzlaqların qırılması və çəkiməsi, lakin az miqdarda göl çalaları isə Yer qabığının fəaliyyəti nəticəsində formalaşır. Hazırda Mərkəzi Antarktidada radar və seysmik tədqiqatların köməyi ilə 67 buzlaqaltı göl açılmışdır. Rusiyanın Vostok Atlantik stansiyası altında Cənub Qütbündən 480 km aralı məsafədə eyni adlı, xüsusən iri buzlaqaltı hövzə aşkar edilmişdir. Ölçülərinə görə Vostok gölü Oneqa, Çad və Nikaraqua kimi göllərdən geri qalmır. Gölün hövzəsinin maksimum uzunluğu 230 km, sahəsi - 14 min kv. kilometrdir. Bu yerdə buzlağın qalınlığı 3750 m, buz altındakı su qatı isə 670 m-dir.
Antarktidanın gölləri
Antarktidada yüzlərlə müxtəlif mənşəli göllərə və sututarlar rast gəlinir. Bu göllər ilin 8-10 ayı 1-2 m qalınlığında buz bağlayır. Göllərdə buz təbəqəsi günəş şüalarının keçməsinin qarşısını aldığından, soyuq temperaturlara uyğunlaşan sualtı bitkilərin, üzən fitplanktonların zəif inkişafı müşahidə edilir. Antarktida gölləri buzlaqların qırılması və çəkiməsi, lakin az miqdarda göl çalaları isə Yer qabığının fəaliyyəti nəticəsində formalaşır. Hazırda Mərkəzi Antarktidada radar və seysmik tədqiqatların köməyi ilə 67 buzlaqaltı göl açılmışdır. Rusiyanın Vostok Atlantik stansiyası altında Cənub Qütbündən 480 km aralı məsafədə eyni adlı, xüsusən iri buzlaqaltı hövzə aşkar edilmişdir. Ölçülərinə görə Vostok gölü Oneqa, Çad və Nikaraqua kimi göllərdən geri qalmır. Gölün hövzəsinin maksimum uzunluğu 230 km, sahəsi - 14 min kv. kilometrdir. Bu yerdə buzlağın qalınlığı 3750 m, buz altındakı su qatı isə 670 m-dir.
Azərbaycan gölləri
Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur. Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur. == Göllərin tipləri == Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir: Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.); Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər); Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər); Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.). == Sarısu və Ağ göl == Sarısu Azərbaycanın ən böyük gölüdür (Xəzər dənizi istisna olmaqla). Sahəsi təxminən 65,7 kvadratkilometr, uzunluğu 22 kilometr və eni 3 kilometr olan bu təbii su hövzəsi Saatlı, İmişli və Sabirabad rayonlarının ərazisində yerləşir. Gölün yerləşdiyi ərazi turizm məkanı olmasa da, canlı təbiət həvəskarları üçün böyük maraq kəsb edir.
Azərbaycanın gölləri
Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur. Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur. == Göllərin tipləri == Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir: Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.); Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər); Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər); Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.). == Sarısu və Ağ göl == Sarısu Azərbaycanın ən böyük gölüdür (Xəzər dənizi istisna olmaqla). Sahəsi təxminən 65,7 kvadratkilometr, uzunluğu 22 kilometr və eni 3 kilometr olan bu təbii su hövzəsi Saatlı, İmişli və Sabirabad rayonlarının ərazisində yerləşir. Gölün yerləşdiyi ərazi turizm məkanı olmasa da, canlı təbiət həvəskarları üçün böyük maraq kəsb edir.
Baduk gölləri
Baduk gölləri — Qaraçay-Çərkəz Respublikasında kaskad göllər. Üç göldən ibarət dağlıq Baduk gölləri Baduk çayı üzərində olub Qərbi Qafqazdakı Xajıbey və Baduk silsilələri arasında yerləşir. Bu üç göldən başaqa Baduk çayının yuxarı axarlarında, daha az tanınan və çatılması çətin olan başqa göllər də var. Aşağıda olan üç gölü bəzən Aşağı Baduk gölləri adlandırırlar. Yerli əhali isə çox vaxt bütün gölləri Baduklar adlandırır. Geoloji araşdırmalara görə göllər uçqun — bənd mənşəlidir. Göllərin təxmini yaşı 150–200 ildir. Göllər ətrafında şam və ağcaqayın meşəliklər var. Hər üç göl əsrarəngiz gözəlliyinə görə bölgədə məhşurdur. Göllər Teberdin qoruğunun ərazisində olmaqla qorunur.
Başqırdıstan gölləri
Başqırdıstan gölləri — Başqırdıstan respublikası ərazisində yerləşən bütün göllər. == Ümumi xüsusiyyətləri == Başqırdıstan respublikasında irili xırdalı 2.200 göl var. Göllərin 75 %-i respublikanın qərb rayonlarında düzənlik ərazilərdə yerləşir. Çay hövzələrinə görə göllər belə paylanıb: Belaya (Agidel) çayının hövzəsi boyunca - 75%-ə yaxın Dyoma (Kugidel) çayının hövzəsi boyunca - 12% İk çayının hövzəsi boyunca - 8% Ufa (Karaidel) çayının hövzəsi boyunca - 7%Böyük göllər aşağı ön Uralda yerləşir. Bunlar, Asılkul, Kandrıkul (karst-uçqun mənşəlli), Akkul, Ylankul və digər göllərdir. Başqırd Uralsonrası ərazilərində isə Urqun, Bolşoe Uçalı, Karaqaylı, Uzunkul, Yaktıkul, Surtandı, Çebarkul, Atavdı, Yauqul, Muldak, Talkas və digərləri. Bunlardan Akkul axarlı, Atavdı, Muldak, Yauqul isə axarsız göllərdir. Başqırdıstan Respublikasında göllərin çoxu evtrof mənşəllidir. Yaktıkul gölü isə oliqotrof mənşəllidir. Kieşki, Sarvinsk, Şınqakkul gölləri isə təbiət abidəsidir.
Eugenia dombeyi
Eugenia brasiliensis (lat. Eugenia brasiliensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü. == Yayılması == Eugenia brasiliensis Braziliya və Paraqvayda həm yabanı halda bitir, həm də becərilir.. == Sinonim == Eugenia bracteolaris Lam. ex DC. Eugenia brasiliensis var. erythrocarpa Cambess. Eugenia brasiliensis var. leucocarpa Cambess. Eugenia dombeyi Skeels [Illegitimate] Eugenia filipes Baill. Eugenia filipes Baillon in Grandidier Eugenia ubensis Cambess.
Gölbaşı (Susuz)
Gölbaşı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 42 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 22 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 361 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Gölbaşı kəndində 68 nəfər əhali yaşayırdı və onların hamısını etnik kürdlər təşkil edirdi.
Gölbaşı dağı
Gölbaşı dağı – Babək rayonu ərazisində dağ (hünd. 1254,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında zirvə. Nəhəcir kəndindən 1,5 km-dək cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli, şimal-şərq yamacından isə şimal-qərbə uzanan fay-yerdəyişmələri keçir.
Kolbeyn Siqtorsson
Kolbeyn Siqtorsson (isl. Kolbeinn Sigþórsson; 14 mart 1990, Reykyavik) — İslandiyalı futbolçu, Fransanın "Nant" klubunun və İslandiya yığmasının hücumçusu. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçu. == Klub karyerası == Kolbeyn futbolçu karyerasına yerli "Vikinqur" klubunda başlayıb. 2003-cü ildə, 13 yaşında olarkən "Koupavoqs" komandasına keçib, 2006-cı ildə bu klubun heyətində debüt edib. O klubda beş oyun keçirib və bir qol vurub. Tezliklə o, avropa nəhənglərindən sayılan "Real Madrid" və "Arsenal"ın diqqət mərkəzinə düşüb, sonuncu ilə iki dəfə danışıqlar aparılsada, yekunda Niderlandın "AZ Alkmaar" klubuna keçməyi üstün tutub.2007-ci ildə o, Niderland komandasına keçdi, ancaq əsas komandanın heyətində yalnız 2010-cu ildə oynamağa başladı (qabaqca ona aldığı ardıcıl zədələr mane olurdu). 5 avqust 2010-cu ildə Avropa Liqasında "Göteborq"la oynanılan görüşdə klubun heyətində debüt edib. İlk qolunu 29 avqust 2010-cu ildə Niderland birinciliyi çərçivəsində Rotterdamın "Ekselsior" klubunun qapısına vurub. 29 yanvar 2011-ci ildə "VVV-Venlo"ya qarşı oynanılan görüşün ilk hissəsində het-trik etmiş Kolbeyn, ikinci hissədə rəqib qapısından daha iki qol keçirərək bir oyunda beş top vurmuşdur.
Myrtus dombeyi
Eugenia brasiliensis (lat. Eugenia brasiliensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü. == Yayılması == Eugenia brasiliensis Braziliya və Paraqvayda həm yabanı halda bitir, həm də becərilir.. == Sinonim == Eugenia bracteolaris Lam. ex DC. Eugenia brasiliensis var. erythrocarpa Cambess. Eugenia brasiliensis var. leucocarpa Cambess. Eugenia dombeyi Skeels [Illegitimate] Eugenia filipes Baill. Eugenia filipes Baillon in Grandidier Eugenia ubensis Cambess.
Rotterdam qozbeli
Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.
Rusiya gölləri
Rusiyada - ümumi sahəsi 350 min km²-dən çox olan iki milyondan çox göl (Xəzər dənizi-gölü istisna olmaqla). Göl sularının ümumi ehtiyatı 26 min km³-ə çatır. Göllərin əksəriyyəti buzlaq mənşəlidir. Rusiyanın Avropa hissəsindəki ən böyük göllər (əsasən şimal-qərbində yerləşir) Ladoqa və Onega (müvafiq olaraq 17,680 və 9,720 km²); Estoniya ilə sərhəddə Peipsi-Pskov gölü (3550 km²); İlmen (təxminən 1000 km², sahəsi suyun səviyyəsindən asılı olaraq dəyişir), həmçinin Kareliyanın Topozero, Vygozero və digər "göl bölgələri". Sibir və Rusiyadakı ən böyük göl (Xəzər istisna olmaqla) - Baykal da dünyanın ən dərinidir; Baykal Rusiyadakı şirin göl suyunun 85% -ni və dünyanın şirin su ehtiyatının 22% -ni ehtiva edir. Gölün uzunluğu 636 km, ortalama eni 48 km; ümumi sahəsi - 31,7 min km²; ən böyük dərinliyi 1620 m (Altetsiyadakı Teletskoye Gölü (325 m) və Predtaimırdakı Xantayskoye gölü (520 m) də böyük dərinlikdə fərqlənir). Baykal rift hövzəsində yerləşir və təxminən 25-30 milyon yaşındadır. Ancaq Rusiya göllərinin böyük əksəriyyəti kiçikdir; Göllər Rusiyanın Avropa hissəsinin şimal-qərbində (xüsusilə Kareliyada) və Qərbi Sibir düzənliyində çoxdur. Göllər arasında təzə olanlar üstünlük təşkil edir, lakin onların da ən böyüyü (1990 km²) Sibirin cənub-qərbindəki Çanıdır.
Salvia dombeyi
Salvia dombeyi (lat. Salvia dombeyi) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Səfirlər (Holbeyn)
Səfirlər (1533) - Kiçik Hans Holbeynin rəsm əsəri. Əsər Tüdorlar hakimiyyəti dövründə, I Elizabetin doğulduğu ildə yaradılmışdır. İkili portret olmaqla yanaşı, rəsmdə ehtiyatla icra edilmiş bir neçə əşyanın natürmortu verilmişdir. Bu da özlüyündə böyük müzakirələr səbəb oldu. Əsər, həmçinin anamorfozun ən çox istinad edilən nümunəsini ehtiva edir. Səfirlər hal-hazırda London Milli Qalereyasında saxlanılır. == Arxa planı == Holbeyn 1493-1543-cü illərdə yaşamış alman rəssamdır. Öz dövrünün məşhur portret ustası olmuşdur. Yüksək yaradıcılıq qabiliyyəti sayəsində İngiltərə kralı VIII Henrixin və onun ətrafındakı saray əyanlarının portretlərini çəkməklə tanınmışdır. Şimal İntibahının parlaq nümayəndələrindəndir.
Unianqa gölləri
Unianqa gölləri — Şimal-Şərqi Çadda, Böyük Səhrada, Qərbi Tibesti və şərqi Ennedi dağlarındakı bir hövzədə yerləşən bir neçə göldür. 2012-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.UNESCO-nun açıqlamasına görə göllər ildə 2 millimetr (0.1 düym)-dən az yağış yağan isti və hiperarid bir səhrada yerləşirlər. Göllər müxtəlif ölçü, dərinlik, kimyəvi tərkib və rənglər nümayiş etdirir. Qrupda üzmumi 18 göl var. Göllərin ümumi səth sahəsi təxminən 20 kvadrat kilometrdir. Göllərin ən böyüyü olan Yoa gölü təxminən 3.5 kvadrat kilometr sahəyə və 20 metr (66 ft)-ə çatan dərinliyə malikdir. == Coğrafiya == Bu göllər Yer səhralarında bənzərsiz bir hidroloji sistem meydana gətirir. Suyun yüksək quraqlıq mühitlərdə buxarlamağa məruz qaldığı zaman göllərdə duzluluq meydana gəlir. Bu vəziyyətdə, Yoa gölündən buxarlanma sürəti 6 metr (20 ft)-ə bərabər olsa belə, 25 metr (82 ft) bərabər olan gölün ümumi dərinliyi və unikal fiziki amillər mərkəzi Teli gölü istisna olmaqla, bütün gölləri təmiz saxlamaq üçün birləşir. Göllərin şirinsulu olmasının (Teli gölü istisna olmaqla) bir neçə səbəbi var.
Holbeyn xalçası
Holbeyn xalçası— alman rəssamı Hans Holbeynin adını daşıyan erkən türk xalça növüdür. "Holbeyn xalçası"nın təsvirlərinə Avropa İntibah dövrü rəsmlərində tez-tez rast gəlinir. Onlar əvvəllər Gənc Hans Holbeyn ilə işləmiş rəssamların kətanlarında görünür. Onlar dörd tipə bölünür və onlardan yalnız iki növü adını daşıdıqları müəllifin rəsmlərində təsvir edilmişdir. "Holbeyn Xalçası" uzun müddətdir istehsal edilən Anadolu xalçasının ən çox yayılmış növüdür. Xalçalar əsas sahədə romb, xaç və səkkizguşəli ulduzlardan ibarət eksklüziv həndəsi ornamentlə bəzədilib. Tədqiqatçılar Holbeyn xalçalarını aşağıdakı dörd tipə bölürlər I tip: Holbeynin kiçik rəsmlərindəki xalçalar; kiçik, müxtəlif, daim təkrarlanan ornament. II tip: Holbeyn bu tip xalçaları təsvir etmədiyinə görə, bu tip xalçalar onları çəkən italyan rəssamı Lorenzo Lottoya görə indi "Lotto xalçaları" adlanır. Bu xalça növü naxış baxımından “I tip” Holbeyn xalçası”na bənzəyir. Bu naxışa bitki motivləri də əlavə edilmişdir.