Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözparaq
Gözbarax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2012-ci ilin may ayında baş vermiş 7 ballıq zəlzələnin episentiri Gözbarax və Qax rayonunun Güllük kəndi olmuşdur. Bu zəlzələ zamanı Gözbarax kəndinə ciddi ziyan dəymiş, yaşayış evləri və ictimai iaşə obyektləri yararsız vəziyyətə düşmüşdür. == Coğrafiyası və iqlimi == Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir. Kəndin ərazisi 278 hektardır. Kənd 8 obadan ibarətdir. Kənddə 1 üçmərtəbəli müasir orta məktəb, uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardır == Əhalisi == Əhalisi 1854 nəfər əsasən Saxurlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Dini mənsubiyyəti sünni müsəlmandırlar.
Topalaq
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Qara topalaq
Qara topalaq (lat. Cyperus niger) — topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Qızılı topalaq
Uzun topalaq
Uzun topalaq (lat. Cyperus longus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Chlorocyperus longus (L.) Palla Eucyperus longus (L.) Rikli Pycreus longus (L.) Hayek Cyperus longus subsp. badius (Desf.) Bonnier & Layens Cyperus longus subsp.
Yeməli topalaq
Yeməli topalaq (lat. Cyperus esculentus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Cyperus aureus subsp.
Çaparaq inflyasiya
Yüksək sürətlə inkişaf edən inflyasiya.Qiymətlərin il ərzində 200%-dək artması. Qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5–7% dən 15–17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
Fransisko Lopes de Qomara
Fransisko Lopes de Qomara (isp. Francisco López de Gómara; 2 fevral 1511[…] – 1564[…]) — İspaniya keşişi, humanisti, Amerikanın fəthi üzrə tarixşünas. Heç vaxt Yeni dünyada olmamışdır, lakin onun əsərləri çox təfərrüatlıdır. Qomara Kortesin etirafçısı idi və Meksikanın fəthində iştirak edənlərin çoxunu şəxsən tanıyırdı. Onun işi Bernal Diası ilhamlandırmışdır.
Bir dəfə qanunu pozaraq (film, 1992)
Bir dəfə qanunu pozaraq (ing. Once upon a crime) — 1992-ci ildə istehsal olunmuş filmdir. Filmin rejissoru Kanadalı rejissor Yucin Levidir. Filmin distribütori Metro-Goldwyn-Mayer kinokompaniyasıdır. == Məzmun == Bəxtigətirməyən aktyor Culian Piter və onun tanışı Fibi Romada təsadüfən milyonçu Xanım Van Duqenin itini tapırlar və mükafatı qazanmaq üçün onunla birlikdə Monakonun Monte-Karlo bölgəsinə yola düşürlər. Lakin bu müddətdə Xanım Van Duqe qəflətən öldürülür və onlar bu cinayətdə təxsirkar bilinirlər. Bu səbəbdən Culian və Fibi qaçmağa məcburdurlar. Onlarla birlikdə bir çox şəxslər də bu işdə şübhəli bilinirlər...
Gomaran
Gomaran (erm. Գոմարան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən Güdgüm (Geğanuş; erm. Գեղանուշ) kənd icmasına daxil olan kənd. Kənd Oxçuçayın sağ sahilində Qafan şəhərindən 3 km cənub-şərqdə yerləşir. 1930-1995-ci illərdə kənd Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Hüseyn Qocadağ
Hüseyn Kocadağ (1944 – 3 noyabr 1996) — Türk polisi, sabiq İstanbul Təhlükəsizlik müdirinin müavini.