Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qorodki
Qorodki (rus. Городки; isv. Poppi) — qədim Rusiya xalq idman növü. Qorodki Kareliya, Finlandiya, İsveç, İnqriya, Litva və Estoniyada yayılmışdır. Oyun bir az boulinq, bir az da at nalı oyununa oxşayır. Oyunda əsas məqsəd müxtəlif dizaynlarla qoyulmuş keqlları dəyənəklə yıxmaqdır. Keqllar qorodki (azərb. "şəhərcik"‎), keqlların yerləşdirildiyi zona isə qorod (azərb. "şəhər"‎) adlanır. Skandinaviya və Baltik dillərində oyuna kurnimäng, kriuhka, köllöi, keili və miestučiai kimi adlar verilir.
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Qorodkov quşarmudu
Qorodkov quşarmudu (lat. Sorbus gorodkovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Covanni Qronki
Covanni Qronki (10 sentyabr 1887[…], Pontedera kommunası[d], Toskana – 17 oktyabr 1978[…], Roma) — İtaliyanın üçüncü prezindenti (11 may 1955 – 11 may 1962). Xristian-Demokrat partiyasını təmsil edib. O, ədəbiyyat və fəlsəfə üzrə ilk dərəcəsini Pisa Scuola Normale Superiore-də alıb. 1911-1915-ci illər arasında o, İtaliyanın bir sıra şəhərlərində (Parma, Massa di Karrara, Berqamo və Monza) orta məktəbdə klassika müəllimi işləmişdir. Birinci Dünya Müharibəsində könüllü olaraq hərbi xidmətə getdi və 1919-cu ildə Katolik İtaliya Xalq Partiyasının qurucu üzvlərindən biri oldu. O, həm 1919, həm də 1921-ci il parlament seçkilərində Pizanı təmsil etmək üçün seçildi. İtaliya Xristian İşçiləri Konfederasiyasında həmkarlar ittifaqı lideri, 1922-1923-cü illərdə Benito Mussolininin ilk hökumətində Sənaye və Ticarət katibinin müavini vəzifəsində çalışdı. Lakin 1923-cü ilin aprelində Turində keçirilən Xalq Partiyasının ümummilli toplantısı bütün PPI nümayəndələrini hökumətdən geri çağırmaq qərarına gəldi. Sonra o, katolik həmkarlar ittifaqlarının rəhbərliyindəki roluna qayıtdı və faşist dəstələrinin onlara qarşı gündəlik zorakılığı ilə üzləşməyə çalışdı. 1924-cü ildə Luici Sturzo PPI katibi vəzifəsindən istefa verdikdən sonra Qronçi digər iki "triumvir" (Spataro və Rodino) ilə birlikdə partiyanın lideri oldu.
Nakaqava Qoroci
Nakaqava Qoroci (中川五郎治, 1768 – 23 oktyabr 1848) – bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs. Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur. 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır. O, növbəti beş ilini Rusiyada keçirmişdir. Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir. Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur. 1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir. Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur. O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir. Daha sonra Matsumae hanı tərəfindən işə götürülmüşdür.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.
Soroki qalası
Soroki qalası (rum. Cetatea Soroca) — Moldovanın Soroki şəhərində yerləşən tarixi qala. Soroki qalası 1499-cu ildə Moldova şahzadəsi III Stefan tərəfindən tikdirilmişdir. Dnestr çayı (rum. Nistru) üzərindəki çay keçidini müdafiə edən orijinal taxta qala Dnestr üzərindəki 4 qaladan (məsələn, Akkerman və Xotin), Danube çayı üzərindəki 2 qaladan və orta Moldovanın şimal sərhədində yerləşən 3 qaladan ibarət istehkam zəncirinin ən əhəmiyyətli həlqəsi təşkil edirdi. 1543–1546-cı illərdə Pyotr Rareş qalanı daşdan yenidən tikdirmişdir və qalaya bərabər məsafələrdə yerləşən 5 bürc əlavə etmişdir. Böyük Türk müharibəsində III Sobeski qalanı osmanlılara qarşı uğurla müdafiə etmişdir. Qala I Pyotrun 1711-ci ildəki Prut yürüşündə böyük hərbi əhəmiyyətə malik idi. Rusiya-Osmanlı müharibəsi dövründə (1735–1739) istehkam ruslar tərəfindən talan edilmişdir. Soroki qalası Soroki şəhərinin görməli yerlərindən biri hesab olunur.
Şinzo Koroki
Şinzo Koroki (d. 31 iyul 1986) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Arşil Qorki
Arşil Qorki (ing. Arshile Gorky, erm. Արշիլ Գորկի; 15 aprel 1904[…] – 21 iyul 1948[…]) və ya Vostanik Manuk Adoyan (erm. Ոստանիկ Մանուկ Ատոյան ) - erməni əsilli amerikalı rəssam.
Maksim Qorki
Maksim Qorki (rus. Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus. Алексей Максимович Пешков; 16 (28) mart 1868[…], Nijni Novqorod, Nijeqorod quberniyası[d], Rusiya imperiyası[…] – 18 iyun 1936[…]) — rus və sovet yazıçısı. == Həyatı == Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar. İlk gənclik illərini Qazanda keçirən Qorki, 1887-ci ilin dekabr ayında hətta intihara cəhd edir.
Qordi düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Qorki (Belarus)
Qorki (belar. Горкі) — Belarusda şəhər. Mogilyov vilayətinə daxil olan Qorki rayonunun inzibati mərkəzi. 1 yanvar 2016-cı il tarixinə olan hesablamalara əsasən, şəhər əhalisinin sayı 33,830 nəfər hesablanmışdır.
Qorki parkı
Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri. Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümumrusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir. 2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır. Mədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir.
Qorki vilayəti
Nijni Novqorod vilayəti (rus. Нижегородская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Qorski-Kotar dağları
Qorski-Kotar dağları (Qorski-Kotar, xorv. Gorski kotar — «dağlıq rayon» deməkdir.) Qorski-Kotarın hər bir tərəfi dağlarla əhatə olunmuşdur. Dağlar əsasən meşə ilə örtülmüşdür. Ən hündür zirvəsi Belolaşiça (1534 m) və Bpyük-Risyan (1528 m)-dir. Qərb hissədə Adriatik dəniz sahillərində yerləşən Rieka şəhərində bitir. Dağın son hissəsində Kup və Karlovac çaylarının hövzələri yerləşir. Şimal hissədə rayon Sloveniya ilə həmsərhəddir. Cənub hissə isə Lik və Velebit yerləşir. Xorvatiyada iki hissəyə bölünür:Dənizsahili Qorski-Kotar və Karlovaçdır. Qorski-Kotar Risnyak Milli Parkında yerləşir.
Sergey Prokudin Qorski
Sergey Prokudin Qorski (rus. Серге́й Миха́йлович Проку́дин-Го́рский; 18 (30) avqust 1863 – 27 sentyabr 1944, Paris) — fotoqrafiya sənətinin ən önəmli simalarından biri hesab olunur. Prokudin Qorski 1863-cü ilin 30 avqust tarixində Rusiya imperiyasının Vladimir quberniyasında dünyaya gəlmişdir. Gənclik illərində kimya sahəsində təhsil almağa başlamış və elə bu dövrlərdə də fotoqrafiya sənəti ilə məşğul olmuşdur. Sankt-Peterburq, Berlin və Paris kimi şəhərlərdə məşhur elm adamları ilə birlikdə fəaliyyət göstərən Prokudin Qorski rəngli fotoqrafiyanın ilkin texniki xüsusiyyətlərini yatarmışdır. Produkin Qorski 1863-cü ilin 30 avqust tarixində Rusiya imperiyasının Vladimir quberniyasında zadəgan ailəsində anadan olmuşdur. Ailə üzvləri və Qorskilər nəsli imperiyanın hərb işləri ilə məşğul olurdu. Gənclik illərində Qorski təhsil almaq və özünü daha yaxşı inkişaf etdirmək üçün Sankt-Peterburq şəhərinə üz tutur. O burada Sankt-Peterburq Dövlət Texnologiya Universitetində kimya ixtisası üzrə təhsil almağa başlayır və dərs aldığı müəllimlərin arasında Kimyəvi elementlərin dövri sisteminı kəşf etmiş Dmitri Mendeleyevdə yer alır. Qorski texniki fənlərlə yanaşı musiqi və rəssamlıq sahəsində də maraqlanmağa başlayır.
Maksim Qorki (Arxangel)
Maksim Qorki (başq. Максим Горький, rus. Максим Горький) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 21 km.
Maksim Qorki (dəqiqləşdirmə)
Maksim Qorki — Rusiya şairi. Maksim Qorki (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd.
Qorki Avtomobil Zavodu
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qorki parkı (Taqanroq)
Qorki parkı ― Rusiyanın Taqanroq şəhərində bələdiyyəyə aid mədəniyyət və istirahət parkı. 30 iyun 1806-cı ildə Taqanroq valisi baron Baltazar von Kampenqauzenmim əmri ilə Taqanroqun "Kimya bağı" və "botanika bağı" üçün ilk ağaclar əkildi. 1825-ci ildə Rusiya imperatoru I Aleksandr və imperatriça Elizabet Alesseyevna şəhərdə olduqları müddətdə tez-tez bağda gəzintiyə çıxdılar. Gənclik illərində və Taqanroq ziyarətlərində tez-tez bağa baş çəkən Anton Çexov bacısı Mariya Çexova yazdığı məktubların birində yazırdı: "Bağda idim. Musiqi səslənirdi. Bağ möhtəşəmdir". 1895-ci ildə Avropa standartlarına uyğun planlaşdırımış yeni bağın layihəsi təsdiq edildi. 1903-cü ildə parkın əsas girişinin qarşısında I Pyotrun abidəsi qoyuldu. 1924-cü ildə I Pyotr abidəsi sökülərək götürüldü. 1932-ci ildə bağ mədəniyyət və istirahət parkına çevrildi və 1934-cü ildə Maksim Qorkinin şərəfinə Qorki parkı adlandırıldı.
Maksim Qorki Adına Kinostudiya
Maksim Qorki adına kinostudiya — Rusiyada ən böyük kinostudiyalardan biri. 1915-ci ildə yaradılmışdır. 1948-ci ildən Maksim Qorkinin adını daşıyır.
Caltha gorovii
Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü. == Sinonimləri == Caltha alpestris Schott, Nyman & Kotschy Caltha alpina (Schur) Schur Caltha arctica R.Br. Caltha arctica subsp. caespitosa (Schipcz.) Khokhr. Caltha arctica subsp. caespitosa A.P. Khokhr. Caltha arctica subsp. membranacea (Turcz.) Khokhr. Caltha arctica subsp.
Vlado Goreski
Vlado Goreski (21 aprel 1958, Bitola) — Makedoniyalı rəssam. Lyublyana, Sloveniya Rəssamlıq Akademiyasını, va Skopye İncəsənət Tarixini bitirib,,,,.. Beynəlxalq Qrafik Triennalının bədii rəhbəri - Monastır.. 100-dən çox qrup sənət sərgisində iştirak edib və iyirmi solo sərginin müəllifidir:Sloveniya, Xorvatiya, Fransa, İngiltərə, İtaliya, Meksika, Polşa, Rusiya, Yaponiya... Bədii uğurlarına görə iyirmidən çox mükafat qazandı. Vlado Goreski, Drypoint I, Galerie Jan SENNY, 2019. Vlado Goreski, Nocturne, variationer, Galerie Van Gis, 2018. Vlado Goreski, Cathedral – 2. Vlado Goreski, Drypoint I, 2019.
Banksia goodii
Banksia goodii (lat. Banksia goodii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Maksim Qorki Bakıda (1928)
== Məzmun == Filmdə görkəmli rus yazıçısı Maksim Qorkinin Bakıya ikinci səfərindən bəhs edilir. Burada onun Azərbaycan yazıçıları və zəhmətkeşləri ilə görüşü öz geniş əksini tapmışdır.
Qorki ad.k/s
Maksim Qorki adına kinostudiya — Rusiyada ən böyük kinostudiyalardan biri. 1915-ci ildə yaradılmışdır. 1948-ci ildən Maksim Qorkinin adını daşıyır.
Qorki və Azərbaycan (1984)
Film böyük rus yazıçısı Maksim Qorkinin Bakı səfərindən, onun Azərbaycan yazıçıları ilə əlaqəsindən danışır.
M.Qorki adına Ədəbiyyat İnstitutu
Maksim Qorki adına Ədəbiyyat İnstitutu — Moskvada (Rusiya) humanitar profilli ali məktəb. İnstitut Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyi ilə əlaqədar "Yazıçılara ifadə imkanlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək, hərtərəfli inkişaf etmələri üçün təhsil mərkəzi, köhnə ədəbi irsi tənqidi şəkildə mənimsəmək və SSRİ xalqlarının bədii ədəbiyyatının öyrənilməsi üçün laboratoriya kimi" yaradılıb. 1933-cü ildə M. Qorkinin təşəbbüsü ilə (1946-cı ildən M. Qorkinin adını daşıyır) axşam fəhlə ədəbiyyat universiteti kimi açılıb. 1936-cı ildən SSRİ Yazıçılar İttifaqının nəzdində (1936–1939-cu illərdə axşam institutu, 1963–1965-ci illərdə qiyabi institut kimi) fəaliyyət göstərmişdir və indiki adı ilə adlandırılıb. 1942-ci ildə əyani və qiyabi şöbələrə bölünüb. == Tarixi == Hazırda instituta qəbul yazıçı və tərcümə qabiliyyətlərini təsdiq edən müsabiqə vasitəsilə həyata keçirilir. İnstitutda müəllim heyəti ilə yanaşı yazıçı və şairlər də işləyirlər. Onlar müxtəlif ədəbi janrlar üzrə yaradıcı seminarlar keçirirlər. İnstitutun nəzdində Ali Ədəbiyyat Kursları (qeyri-humanitar təhsilli yazıçı və şairlər üçün), Ali Bədii Tərcümə Məktəbi, Redaktorlar kursu, Korrektorlar kursu və N. A. Bonkun xarici dil kursları fəaliyyət göstərir. İnstitutda K. Paustovski, Konstantin Simonov, Yuri Trifonov, Çingiz Aytmatov, Rəsul Həmzətov, E. Vinokurov, V. Sokolov, Fazil İsgəndər, Y. U. Moriyu, A. Pristavkin, Bella Axmadulina, Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Oljas Süleymenov kimi görkəmli yazıçılar oxuyub və dərs deyiblər.
Vicia pyrenaica var. girodii
Vicia pyrenaica (lat. Vicia pyrenaica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Vicia fagonii Lapeyr. Vicia pyrenaica var. angustifolia Rouy Vicia pyrenaica var. girodii Thér. Vicia talpa Poir.