Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qozqaralı
Qozqaralı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi 1930-cu ildə həmin r-ndakı Heriknaz kəndindən köçmüş ailələr tərəfindən Qozqaralı adlı ərazidə salındığı üçün belə adlanmışdır. Əraziyə isə orada qozqara ağacı çox olduğu üçün belə ad verilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bozqala
Bozqala (Amasiya)
Qoztala
Qoztala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində yer adı (toponim).
Quşqara
Quşqara — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl rayonunun i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Oykonim həmin ərazidən axan Quşqara çayının (indiki Qoşqar çayı) adı ilə əlaqədardır. Qoşqarçayının adı isə qədim türk dillərindəki “qoyun”, “qoç” mənasında işlədilən qoşlar sözü ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1484 nəfər əhali yaşayır.
Qızqala
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin) Dağlar Qızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
Qızqaya
Qızqaya — Zəngilan rayonunun ərazisində dağ. Dağ Zəngilan rayonunun cənub-qərbində, Araz çayının yaxınlığındadır. Hündürlüyü 1022 m. Zirvəsində Qız qalası adlı qalanın yerləşməsinə görə dağ belə adlandırılmışdir.
Qoşqar
Qoşqar — ad, təxəllüs. Qoşqar Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı. Qoşqar Sarıyev — Azərbaycanlı futbolçu. Qoşqar Təhməzli — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İsmayıloğlu — naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Qoşqar Səlimli — BDU-nun müəllimi. Təxəllüs Avdı Qoşqar — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Digər Qoşqar dağı — Azərbaycanda dağ. Qoşqarçay (Quşqara) — Daşkəsəndə çay. Qoşqar (əyalət) — Orta Asiyada əyalət.
Bozqala (Amasiya)
Bozqala — Amasiya rayonunda kənd adı. == Tarixi == Şindilər də adlanmışdır. Kənd yaxınlıqdakı Boz qalanın (başqa adı Koroğlu qalası adını əks etdirir. == Əhalisi == 1920-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. 1922-ci ildə az hissəsi geri qayıtmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. 1946-cı ildə kənd ləğv edilmişdir.
Bozqala (Çaldıran)
Bozqala (fars. بزغاله‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (22 ailə).
Quşqara bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızqala (Dağ)
Qızqala — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində dağ adı. Qarabağ sıra dağları silsiləsində zirvələrdən birinin adı (2480 m). Azərbaycanda və Ermənistanda bir neçə “Qızqala“ və “Qızqalası“ adlı qalalar vardı. XIX əsrə aid məlumatlarında Cənubi Qafqazda 6 Qızqala, 7 Qızqalası toponimi vardı. Bu qalalar keçmişdə hökmdarların və hakimlərin xarici təhlükə baş verdikdə arvad, ana, bacı və qız- gəlinlərin düşmən əlinə keçməməsi üçün sığınacaq yerləri idi. Qadınların düşmən əlinə keçməsi hökmdar üçün böyük rüsvayçılıq sayılırdı. “Qızqala“ və “Qızqalası“nın mənaca "alınmazlıq", "fəth olunmazlıq", "Bakirəlik" deməkdir. Bəzi tədqiqatçıların “Qızqalalarının“ “Avesta“ da Anahid su ilahəsinin şərəfinə tikilməsi fikri həqiqətə uyğundur. “Avesta“dakı Anahid ilahə adının (farslarda VI əsrdə Anahid Dan Ulduzu, yəni Venera idi) özü qədim türk dillərində ana (ənə) və hıt (sıt) müqəddəs (günəş işığı) sözlərindən ibarətdir. Azərbaycanda olan bütün qalalar dəniz və çay kənarlarında tikilmişdir.
Qızqala (Loru)
Qızqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 8 km cənubda, Saratovka kəndindən 1,5–2 km məsafədə yerləşir. Erməni mənbələrində Qızqala kimi qeyd edilir. Toponim ərəb dilində oğuz etnonimini əks etdirən qız (ğuz>qız), etnonimi ilə qala sözünün birləşməsindən əmələ gəlib, «oğuz qalası yanında olan kənd» mənasını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Getavan (Çayqəsəbəsi) qoyulmuşdur.
Qızqala (Qırxbulaq)
Qızılqala — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. Kənd 1728 ci ildə Əli Əbdürrəhman oğlunua məxsus olduğu yazılır. Digər adı Ampert. Yaxınlığında, Ambert dağında "Qız qala" qalasının adındandır. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir.
Bozqala (Qars)
Bozqala — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 406 nəfərdir (2022).
Qızqala (dəqiqləşdirmə)
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin) Dağlar Qızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
Quşqara türbəsi
Quşqara türbəsi — Göygöl rayonunun Quşqara kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi Türbə XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədi. İnventar nömrəsi- 4291. Göygöl rayonunun Quşqara kəndinin cənub-qərb hissəsində yerləşir.
Qoşqar (Miyanə)
Qoşqar (fars. قوچغار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (32 ailə).
Qoşqar Qasımov
Qoşqar Sarıyev
Qoşqar Sarıyev (tam adı: Sarıyev Qoşqar Nadim oğlu; d. 1980 – ö. 30 may 2017, Qazax, Azərbaycan) — Azərbaycanlı futbolçu, karyerası boyu yalnız "Göyəzən"də çıxış etmiş, bu komandanın kapitanı olmuşdur. Qoşqar Sarıyev uzun illər "Göyəzən" futbol klubunda çıxış etmiş və komandanın kapitanı olmuşdur. Uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynamışdır. Hətta bir dəfə "Qəbələ"yə baxışa çağırmış; amma getməmiş, komandasına sadiq qalmışdır. Səhhəti ilə əlaqədar futbolu tərk etmişdir. Futbolu tərk edəndən sonra yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində mağazada satıcılıq etmiş; doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləmişdir. Qoşqar Sarıyev 30 may 2017-ci ildə – 37 yaşında ikən vəfat etmişdir. Belə ki, ürək xəstəliyindən əziyyət çəkən Sarıyevin səhhəti mayın 30-da kəskin pisləşmiş; o, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişmişdir.
Qoşqar Təhməzli
Qoşqar İlahi oğlu Təhməzli (29 may 1970, Vejnəli, Zəngilan rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonu Vejnəli kəndində anadan olub. 1977–1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur (Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi"). 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995–1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb. Müxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer" adına layiq görülüb. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülmüşdür.
Qoşqar Vəliyev
Qoşqar dağı
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar silsiləsi
Qoşqar — Azərbaycanda dağ. Qoşqar dağının hündürlüyü 3361 m-dir.
Qoşqar Ömərov
Qoşqar Üzeyirov
Gözbarax
Gözbarax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2012-ci ilin may ayında baş vermiş 7 ballıq zəlzələnin episentiri Gözbarax və Qax rayonunun Güllük kəndi olmuşdur. Bu zəlzələ zamanı Gözbarax kəndinə ciddi ziyan dəymiş, yaşayış evləri və ictimai iaşə obyektləri yararsız vəziyyətə düşmüşdür. == Coğrafiyası və iqlimi == Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir. Kəndin ərazisi 278 hektardır. Kənd 8 obadan ibarətdir. Kənddə 1 üçmərtəbəli müasir orta məktəb, uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardır == Əhalisi == Əhalisi 1854 nəfər əsasən Saxurlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Dini mənsubiyyəti sünni müsəlmandırlar.
Gözparaq
Gözbarax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2012-ci ilin may ayında baş vermiş 7 ballıq zəlzələnin episentiri Gözbarax və Qax rayonunun Güllük kəndi olmuşdur. Bu zəlzələ zamanı Gözbarax kəndinə ciddi ziyan dəymiş, yaşayış evləri və ictimai iaşə obyektləri yararsız vəziyyətə düşmüşdür. == Coğrafiyası və iqlimi == Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir. Kəndin ərazisi 278 hektardır. Kənd 8 obadan ibarətdir. Kənddə 1 üçmərtəbəli müasir orta məktəb, uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardır == Əhalisi == Əhalisi 1854 nəfər əsasən Saxurlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Dini mənsubiyyəti sünni müsəlmandırlar.
Mislina Gözükara
Mislina Gözükara (20 dekabr 1997, Qəhrəmanmaraş) — Türkiyə doğumlu azərbaycanlı futbolçu. O, hücumçu mövqeyində oynayır və hazırda Türkiyə Birinci Liqasında Nuh Spor klubunun və Azərbaycan qadın milli komandasının üzvüdür. == Klub karyerası == Gözükara, 23 oktyabr 2012-ci ildə Maraşgücüspor klubundan lisenziyasını əldə etdi, bu, bir qadın futbol baş məşqçisi tərəfindən bir neçə ay əvvəl doğulduğu şəhərdə qurulan ilk qadın futbol klubudur və 2012–2013-lüqeydində iştirak etməyə başladı. İlk sezonlarından başlayaraq beş mövsüm boyu İkinci və Üçüncü ləqəbdə 66 oyunda 102 qol vurdu. 4 dekabr 2016-cı ildə 60-cı oyunda 100-cü qolunu vurdu. Komandasının kapitanı kimi xidmət etdi. 2017–2018 mövsümündə ikinci ləqəbdə oynayan Gaziantep əsaslı ALG Spor klubuna transfer oldu. Mövsümün sonunda komandası Birinci Lige yüksəldi. 2020-ci ilin əvvəlində Gözükara İstanbul əsaslı Fatih Vatan Spor klubuna transfer oldu. sentyabr 2020-də təlim zamanı çapraz bağların zədələnməsi səbəbindən əməliyyat keçirdi.