QAPQARA

sif. Tünd qara, zil qara. Qapqara kömür. Qapqara saç. Qapqara rəng.
[Südabənin] qapqara gözləri yenə şam kimi yandı. M.İbrahimov.
Qapqara tüstülər qalxır yuxarı. M.Rahim.

□ Qapqara qaralmaq – tamamilə qara olmaq.
Kosanın qırışıq sifəti saralmış, dodaqları sallanmış, dişlərinin qurd yeyən yerləri qapqara qaralmışdı. S.Rəhimov.

Antonimlər (əks mənalı sözlər)

  • QAPQARA QAPQARA – İŞIQLI Bir tərəf qapqara, o biri tərəf isə işıqlı idi (Çəmənzəminli)
QAPIŞMAQ
QAPQARANLIQ

Digər lüğətlərdə