Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Quba
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. == Tarixi == Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
Andrey Qrubba
Andrey Qrubba (14 may 1958, Brzezno Uielkie[d], Pomoraniya voyevodluğu – 21 iyul 2005, Sopot[d], Pomoraniya voyevodluğu) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qrubba Polşanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Andrey Qrubba Polşanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Andrey Qrubba Polşanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Əl Qəbba
Əl Qəbba və ya Əl Qubba—Liviyanın şimal-şərqində Əl-Cəbəl əl-Əxdar bölgəsində yerləşən və Derna rayonuna daxil olan şəhər.Əl-Cəbəl əl-Əxdar bütün digər əraziləri kimi dağlıq təbiəti, meşələri və otlaqları ilə fərqlənir. Qəbba Derna şəhərindən 40 km qərbdə, Əl-Baydanın şərqində, təxminən 50 km məsafədədir. == Tarixi == Qəbba qədim dövrlərə aiddir. Buraya həmçinin Roma xarabalıqları da daxildir. Roma mənşəli digər abidələr, indiyə qədər Əyn əl-Qəbba yaxınlığındakı və şəhərin qədim bazarının yanında, çox qədim dövrlərə aid olan bir binada (qədim məscid) hələ də mövcud olan bir binada təmsil olunan İslam abidələrindən əlavə olaraq qalır. Günbəzdəki qədim əşyalar Liviya dövlətinin laqeyd münasibətindən əziyyət çəkir, çünki məqbul bir şəkildə saxlanılmır və təhlükədə olan tarixi irslər sırasında yer alır.
Alekseyevka (Quba)
Alekseyevka — Azərbaycan Respublikasının Quba rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir. == Tarixi == XIX əsrdə rusların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur. == Toponimikası == Alekseyevka oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. XIX əsrdə rusların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur; Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar çayının sağ sahilindən bir qədər aralı, Samur-Dəvəçi ovalığındadır. 1933-cü ildə Azərbaycanda Alekseyevka adlı digər iki kənd Qazax və Lənkəran r-nlarında qeydə alınmışdır. XIX əsrdə rusların Azərb.-da yerləşdirilməsi ilə bağlı yaranmışdır. == Əhalisi == 2019-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5000 nəfər əhali yaşayır.
Amsar (Quba)
Amsar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == XIX əsrin birinci yarısında Quba xanlığına daxil idi. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır. == Toponimikası == Amsar/Əmsar oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Tədqiqatçıların fikrincə, oykonim ərəb mənşəli əmsar (mesr sözünün cəmi) "böyük şəhər, ölkə"; "böyük yaşayış məntəqəsi" sözü ilə bağlıdır. Görünür, Ərəb xilafəti dövründə yaşayış məntəqəsi başqalarına nisbətən böyük və əhalisi çox olduğuna görə onu Amsar (Əmsar) adlandırmışlar. == Mədəniyyəti == Kənddə Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi, bir mədəniyyət evi, iki orta məktəb, bir uşaq bağçası vardır.
Bad (Quba)
Bad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bad oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb.
Bağbanlı (Quba)
Bağbanlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Bağbanlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 12 №-li meyvəçilik sovxözünün 2-ci Şöbəsində salındığı üçün belə adlandırılmışdır.
Bağçalı (Quba)
Bağçalı, Bağçaəli – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub. == Toponimikası == Bağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir.
Dağlı (Quba)
Dağlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. == Tarixi == Dağlı kəndi Qubanın yeni, müasir, şəhər mərkəzinə ən yaxın kəndlərindən sayılır. Yerli sakinlər hər hansı xüsusi nəqliyyat vasitəsindən istifadə etmədən, 10-12 dəqiqəyə şəhərin mərkəzinə çox rahatlıqla çata bilirlər. Kənd müasir dövrdə salınsa da, yaxın, ətraf ərazilərdə yaşayış məskənlərinin tarixi azı 5000 il əvvələ gedib çıxır. Dağlı kəndi Quba şəhəri, Qırmızı Qəsəbə, Mirzəməmmədkənd, Qələdüz, Digah, Alpan kəndləri hüdudlarında yerləşir. Kəndin bir hissəsi Qudyal çayı sahilindəki qayalıq üzərində yerləşdiyindən nisbi sürüşmə zonası sayılır. Burada xüsusən Qudyal çayının orta axarında sahil zolağının bərkidilməsinə ehtiyac duyulur. Çayda su axını elə güclü olmadığından bunu həm betonlama, həm də sahil boyunca ağac zolağının salınması vasitəsilə həyata keçirmək mümkündür. Kənd Dağlı-Qələdüz bələdiyyəsinə daxildir.
Digah (Quba)
Digah — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Yerli əhali arasında həm də Ləzgi Digah da adlanır. Kənd Quruçay və Qudyalçayın arasında, düzənlikdədir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1725 nəfər əhali yaşayır.
Dəhnə (Quba)
Dəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Dəhnə oyk., sadə. Şabran r-nunun Çuxurazəmi i.ə.v.-də kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır; Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin tam adı Dəhnə Püstəqasım olmuşdur. Kənd Rustov kəndinə gedən yolun başlanğıcında, iki dağ arasından keçən yeganə keçiddir. Bu keçid eyni zamanda Qələşdov enişinin başlanğıcıdır. Kəndin adı da onun coğrafi mövqeyi ilə bağlı yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 422 nəfər əhali yaşayır.
Dəlləkli (Quba)
Dəlləkli (əvvəlki adı: Petropavlovka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Petropavlovka kəndi Dəlləkli kəndi adlandırılmışdır. == Toponimikası == Quba rayonunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Çarizmin köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalarından XIX əsrin birinci yarısında köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Petropavlovka adı verilmişdi. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1002 nəfər əhali yaşayır.
Gözəl Quba
Gözəl Quba — bəstəkar Səid Rüstəmovun şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnı. Mahnı 6/8 xanə ölçülü, rəqs xarakterli bir mahnıdır. Mahnı bənd və nəqəratdən ibarət quruluşa malikdir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, al, qızıl və sarı almaları, payız aylarının da bahara bənzədiyi vəsf olunur. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və Segah muğamının intonasiyaları üzərində qurulmuşdur. === Mahnının sözləri === == Xüsusi qeydlər == Mahnı "Azərbaycantelefilm"in 1976-cı ildə istehsal etdiyi "Azərbaycan elləri" filmində Gülağa Məmmədovun ifasında səslənmişdir.
Gültəpə (Quba)
Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonununda kənd. Təkə Şıx kəndi Təkəli tayfasının adı ilə bağlıdır. Türkmənlərdə bu adda tayfanın olması S.Ataniyazovun tədqiqatlarında da təsdiqlənir. O qeyd edir ki, Təkə türkmənlərin ən böyük Türk tayfalarından biridir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Bəzi tədqiqatçılar Təkəliləri qədim türk xalqı olan Massagetlər lə də əlaqələndirirlər.Massagetlər qədim oğuzların adı olaraqda hallanır.Təklələr cəsur,qorxmaz,döyüşkən bir tayfa kimi xarakterizə olunur. Xivə Xanı Əbül Qaziyə görə, Təkəli tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Təkəlilərin kökü Salur Qazandan gəlir.Salurlar Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. "Salur" sözünün mənası "Qılınc yelləyən" deməkdir. 16-cı əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin də dövləti Salur boyuna mənsubdur.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Quba rayonunun ən qədim kəndlərindən biridir. == Toponimikası == Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Qalagah (Quba)
Qalagah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli təlləffüz forması “Qələgə”dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvarlar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır. == Toponimikası == Qalagah oyk., miir. Şabran r-nunun Kuybışevkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli tələffüz formaları Qalagə, Qələyədir. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır; İsmayıllı r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur ön dağlığındadır.
Qaraçay (Quba)
Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qaraçay (qəsəbə, Quba) — Quba rayonunda qəsəbə.
Qonaqkənd (Quba)
Qonaqkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir. == Tarixi == Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur. 1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir. == Coğrafiyası == Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır. == Yol == 2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.
Quba memorialı
Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. == Tarixi == 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. == Memarlıq xüsusiyyətləri == Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir.Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. === İnteryeri === Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb.
Quba məscidi
Quba məscidi - Səudiyyə Ərəbistanında məscid. Müsəlmanların tikdiyi birinci məsciddir.
Quba məsələsi
Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası. == Hadisələr == Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə Azərbaycan və Gürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi Osetiya və Abxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər. == Yalama dəmir yolu stansiyasının ələ keçirilməsi == Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü. == Sonrakı proseslər == Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi.
Quba paxlavası
Quba paxlavası — Azərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur. == Populyar mədəniyyətdə == 2015-ci ildə rejissor Xürrəm Sultan tərəfindən "Adı bükmə. Quba paxlavası" adlı 13 dəqiqəlik sənədli film çəkilmişdir. Həmin filmdə məşhur Quba şirniyyatları olan Quba bükməsinin və Quba paxlavasının hazırlanma qaydasından bəhs edilir.
Quba qalası
Quba qalası — Quba şəhərinin tarixi mərkəzini əhatə etmiş qala divarlarıdır.1747-ci ildə Hüseynəli xan Qubalı tərəfindən Quba xanlığının mərkəzinin Xudatdan Qubaya köçürülməsindən sonra inşa edilmiş Quba qalası, xanlığın Rusiya İmperiyasına birləşdirilməsindən sonra strateji əhəmiyyətini itirmiş və yerli rus qarnizonu tərəfindən istifadə edilmişdir. 1868-ci ildən sonra Cənubi Qafqazda hərbi qalaların ləğv edilməsinə başlanılmış, 1870-ci ildə isə Quba qala divarlarının sökülməsi və onların yerində əlavə yaşayış məhəllələrinin yaradılması planı hazırlanmışdır. Qısa müddət sonra qala divarlarının söküntüsü və yeni inşaat işlərinə başlanılmışdır. Qala-şəhər olan Quba, Qudyalçayın yuxarı terrası boyunca qərb-şərq istiqamətində uzanmaqla möhkəm olmayan çiy kərpicdən hörülmüş, hündürlüyü 3-4 sajen, eni bir sajen olan və 400 sajen uzunluq və 130 sajen eninə uzanan qala divarları ilə əhatə olunmuşdu. Qala divarları üç qapıya malik idi. == Tarixi == Quba qədim yaşayış məskəni olsa da 1747-ci ildə Hüseynəli xan Qubalı iqamətgahını Xudatdan Qubaya köçürməsi ilə şəhərin strateji əhəmiyyətli artmış və elə həmin dövrdə də qala divarları inşa edilmişdir. 1811-ci ildən etibarən Quba qalasında ciddi möhkəmləndirmə işləri aparılmışdır. Qərb və şərq tərəfdən qala divarları fleşlər vasitəsiylə möhkəmləndirilir. Cənub divarının mərkəzində bastion inşa edilir, bütün köhnə divarlar bərpa və təmir edilir.Rusiya-İran müharibəsi zamanı 1826-cı ilə kimi davam edən Quba qalasının iranlılar tərəfindən mühasirəsi və 1837-ci il Quba üsyanı qalanın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə təkan verməmişdi. Buna baxmayaraq, 1834-cü ildə Quba qalasında “məhəllələrin düzgün inşa edilməsi və küçələrin qubada yerləşən qarnizon tərəfindən rahat istifadə ediləcək hala gətirilməsi üçün” inşaat layihəsi təsdiqlənir.
Quba qətliamı
Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Qazma işləri davam etdirilir. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyevin sözlərinə görə, bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Tapıntıdan sonra stadionda işlər dayandırılıb. == Arxeoloqların fikri == "Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir.
Dəmir Qübbə
Dəmir Qübbə (ivr. ‏כִּפַּת בַּרְזֶל‏‎, kippat barzel) — İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirmişdir. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzədan atılan Qrad raketlərini məhv etmişdir. 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzzə zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzzə ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur.Həmçinin, İsrail gələcəkdə açıq dənizdə yerləşən qaz platformalarının mühafizəsini gücləndirmək məqsədi ilə Dəmir Qübbə sistemlərinin Barak 8 ZRK ilə birlikdə işləyəcək dəniz variantını hazırlamağı da planlaşdırır. == Arxa plan == Livanda yerləşən Hizbullah təşkilatının 1990-cı illərdən etibarən İsrailin şimalında yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması İsrail Müdafiə Qüvvələrinin və əhalinin təhlükəsizliyini sual altında saxlayırdı. Bu səbəbə görə İsrail öz qısa məsafəli hava hücumundan müdafiə sistemini yaratmaq fikrinə düşdü, lakin ABŞ-nin müdafiə sahəsi üzrə mütəxəssisləri bu cəhdin uğursuzluqla nəticələnəcəyini bildirirdi.2004-cü ildə briqada generalı Daniel Qoldun İsrail Silahlı Qüvvələrinin tədqiqat və inkişaf bürosunun rəisi vəzifəsinə təyin olunması nəticəsində bu ideyada mühüm irəliləyiş əldə olundu. Qold yeni raket əleyhinə müdafiə sisteminin yaradılması planının tərəfdarı idi.
Miconia gibba
Miconia gibba (lat. Miconia gibba) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Yaşıl qübbə
Yaşıl qübbə və ya Peyğəmbər qübbəsi (ərəb. القبة الخضراء‎) — Məhəmməd peyğəmbərin və ilk iki raşidi xəlifəsi Əbu Bəkr və Ömər ibn Xəttabın qəbri. Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül-Nəbi məscidinin içərisində yerləşir. == Tarix == Günbəzin tikildiyi dəqiq tarix məlum deyil, lakin onun təsvirinə 12-ci əsrin əvvəllərinə aid əlyazmalarda rast gəlmək olar. 1279-cu ilə qədər qəbrin üzərində boyasız taxta günbəz tikilmişdir. Daha sonra 15-ci əsrin sonunda və 1817-ci ildə günbəz yenidən qurulur. 1837-ci ildə günbəz ilk dəfə yaşıl rəngə boyanır və bundan sonra Yaşıl qübbə kimi tanınır.