Bu məqalə Quba rayonunda yerləşən Amsar kəndi haqqındadır. Digər mənalar üçün Amsar səhifəsinə baxın. |
Amsar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir[1].
Amsar | |
---|---|
41°19′58″ şm. e. 48°32′11″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2629 (2009) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin birinci yarısında Quba xanlığına daxil idi. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır[2].
Amsar/Əmsar oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Tədqiqatçıların fikrincə, oykonim ərəb mənşəli əmsar (mesr sözünün cəmi) "böyük şəhər, ölkə"; "böyük yaşayış məntəqəsi" sözü ilə bağlıdır. Görünür, Ərəb xilafəti dövründə yaşayış məntəqəsi başqalarına nisbətən böyük və əhalisi çox olduğuna görə onu Amsar (Əmsar) adlandırmışlar.[3]
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |