Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qudvill
Qudvill (ing. goodwill — yaxşı reputasiya) — şəxsin (həm fiziki, həm də hüquqi) fəaliyyətinin onun işgüzar keyfiyyətləri nöqteyi-nəzərindən qiymətləndirilməsi olan qeyri-maddi fayda. Təşkilatın qudvilli təşkilatın alış qiyməti ilə kapitalı arasındakı fərqdir. Qudvill — kapitalın balans dəyəri çıxılmaqla şirkətin bazar dəyərini əks etdirmək üçün mühasibat uçotu və ticarətdə istifadə olunan iqtisadi termin. Qudvill şirkətin brendi, qurulmuş biznes əlaqələri, ticarət nişanı və şirkətin dünyadakı nüfuzudur. Törəmə müəssisənin alınması zamanı yaranan qudvil nəzarət edən səhmdar tərəfindən köçürülmüş kompensasiyanın ədalətli dəyərinin törəmə müəssisənin xalis aktivlərinin ədalətli dəyərindəki payından artıq hissəsi kimi hesablanır. Proporsional metod yalnız nəzarət paketinin sahibinə aid olan qudvil nəzərə alır. Sadələşdirilmiş şəkildə qudvilin hesablanmasının bu üsulu aşağıdakı düstur kimi təqdim edilə bilər: Qudvil = investisiya məbləği — törəmə müəssisənin xalis aktivləri * mülkiyyət faizi. Tam metoddan istifadə etməklə qudvilin hesablanması törəmə müəssisənin ədalətli dəyərinin onun bütün xalis aktivləri ilə müqayisəsini nəzərdə tutur, nəinki nəzarət edən səhmdarlara aid olan hissə. Bu halda törəmə müəssisənin ədalətli dəyəri aşağıdakı məbləğə bərabərdir: nəzarət edən səhmdarın investisiyasının ədalətli dəyəri və ədalətli dəyər nəzarət olunmayan pay (FV).
Elizabet Vudvil
Elizabet Vudvil (ing. Elizabeth Woodville; təq. 1437 – 8 iyun 1492) — İngiltərə kralı IV Eduardın xanımı, İngiltərə kraliçası. Dünyaya gəldiyi əsnada Elizabetin ailəsi İngiltərə sosial iyerarxiyasında orta təbəqədə idi. Anası Lüksemburqlu Jakettanın ilk evliliyi İngiltərə kralı IV Henrinin oğlu Bedford hersoqu Conla baş tutmuşdu. Ancaq 2 il davam edən bu evlilikdən övladı olmamış, daha sonra Elizabetin və digər 13 uşağının atası olan Riçard Vudvillə evlənmişdi. Elizabetin də ilk evliliyi Lankaster ailəsinin dəstəkçilərindən olan Con Qrey ilə baş tutdu. Ancaq 9 il davam edən bu evlilik Con Qreyin İkinci Alban döyüşündə həlak olması ilə sonlandı və Elizabet Vudvil 2 oğlu ilə birlikdə dul qaldı. Onun IV Eduardla olan ikinci evliliyinə səbəb isə Elizabetin möhtəşəm gözəlliyi və ailəsinin böyük mülk sahibi olmaması idi. IV Eduard Normanların işğalından bu yana öz təbəəsindən biriylə evlənən ilk kral oldu.
Qudvin adası
Ecell adası (ing. Edgell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Şimal Buzlu Okeanının Hudzon boğazında, cənubda Labrador yarımadası ilə şimalda Baffin Torpağı arasında yerləşir. Yaxınlıqdakı digər məskunlaşmamış adalar: Leysi adası, Erxardt adası, Kinq adası, Loson adası, Makkoll adası və Nablyodeniya adası.
Burvil
Burvil (fr. Bourvil ləqəbi, əsl adı Andre Rober Rembur fr. André Robert Raimbourg; 27 iyul 1917 – 23 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — Fransa aktyoru və estrada müğənnisi.
Susvil
Susvil (fr. Sousville) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38497. Kommunanın 1999-cu il üçün əhalisi 124 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 942 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 32 km cənubda yerləşir.
Jorj Qurviç
Jorj Qurviç (rusca- Гео́ргий Дави́дович Гу́рвич; fransızca- Guéorgui Davidovitch Gourvitch) Rus əsilli Fransız sosioloqu. == Həyatı == Georgi Davıdoviç Qurviç (sonradan adı J.Qurviç kimi göstəriləcək) Novorossiysk şəhərində 20 oktayabr (yeni təqvim ilə 2 noyabr ) 1894-cü ildə anadan olmuşdur. 1912-ci ildə J.Qurviç Riqada Nikoloy gimnaziyasının 8 illik kursunu bitirmişdir. Xatirələrdən məlum olur ki, hələ 14 yaşında gimnaziya şagirdi olan Qurviç fəlsəfə və sosologiyaya aid bir çox əsərlərlə tanış olmuşdur. Tanış olduğu ədəbiyyat sırasında K.Marksın, F.Engelsin, məşhur marksistlər və sosialist hərəkatının liderləri olan C.Kautskinin, G.Plexanovun,V.Leninin, M.Ştirnerin əsərləri də olmuşdur. 1912-ci ildən etibarən I Dünya müharibəsi başlayana qədər hər yay o, Almaniyaya istirahətə gedirdi. Bu müddətdə Qurviç neokantçıların əsərləri ilə tanış olmağa imkan tapmışdır. 1912-ci ilin iyun ayında J.Qurviç Yuryer Universitetinin hüquq fakultəsinə qəbul olundu. Burada ilk altı semestri oxuyan Qurviç professorları A.S.Yaşşenko, F.V.Taranovski, M.E.Krasnojen, L.A.Şalland tərəfindən oxunan hüquq fəlsəfəsi Roma hüquqi tarixi, siyası iqtisadi, statistika , kilsə, dövlət ticarət hüququ üzrə mühazirələri dinləmişdir. 1914-cü ilin avqust ayında J.Qurviç Petoqrad Universitetinə keçmək haqqında məsələ qaldırdı.
Manıç-Qudila
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur.
Adolf Qurviç
Adolf Qurviç (ing. Adolf Hurwitz; 26 mart 1859[…], Hildeshaym[d], Aşağı Saksoniya – 18 noyabr 1919[…], Sürix) — Alman riyaziyyatçısıdır; əsas işləri riyazi analizə, funksiyalar nəzəriyyəsinə və ədədlərnəzəriyyəsinə aiddir.
Ceyn Qudoll
Dama Valeri Ceyn Morris Qudoll (ing. Dame Valerie Jane Morris Goodall; 3 aprel 1934[…], Hampsted, Böyük London) — BMT-nin sülhməramlı səfiri, Böyük Britaniyadan olan məşhur primatoloq, etoloq və antropoloq. Böyük Britaniyanın Komandor ordeninin sahibidir. O, 45 ildən çox Tanzaniyada yerləşən Qombe - Strim Milli parkında yaşayan şimpanzelərin sosial həyatını öyrənməsi və beynəlxalq Ceyn Qudoll İnstitutunun yaradıcısı kimi məşhurlaşmışdır. == Bioqrafiya == Ceyn Qudoll 1934-cü ildə Londonda anadan olmuşdur. O, hələ uşaq olarkən, atası ona şimpanze oyuncağı hədiyyə vermişdir. Oyuncaq onda şimpanzelərə maraq yaratmış və indiyə qədər də o, bu oyuncaqdan ayrılmamışdır.Valideynlərinin boşanmasından sonra 12 yaşlı Ceyn anası ilə birlikdə Bornmuta gəlir. Məktəbi bitirdikdən sonra, o, ofisiant kimi çalışmış, amma 1957-ci ildə keçmiş sinif yoldaşının dəvəti ilə özünün çoxdankı arzusu olan Afrikaya səyahət etmək qərarına gəlir. O, Keniyaya işləməyə yollanır. Keniya Milli muzeyində o, muzey direktoru olan məşhur antropoloq Luis Likinin assistenti və katibəsi kimi işləməyə başlayır.
Qudriç qəsri
Qudriç qəsri — İngiltərədə orta əsrlərdə normanlar tərəfindən tikilmiş qəsr. Qəsr İngiltərədə, Herefordşirdəki Qudriç kəndində yerləşir. Vaxtilə Monmut və Ros-on-Vye bölgələri arasından açar yer olub. Qəsri Mepstonlu Qodrik saldırıb. Tarixçi Adrian Pettifer qeyd eləmişdi ki, bu qəsr İngiltərənin ən gözəl qəsridir və İngiltərə hərb memarlığının gözəl nümunəsidir. Qudriç qəsri güman ki, Normanların İngiltərəni işğal etməsindən sonra taxta materialdan tikilib. Sonra qəsrin orjinalı XII əsrin ortalarında daşdan istifadə olunaraq tikildi. XIII əsr boyunca qəsr əhəmiyyətli dərəcədə genişlədi və böyüdü. Qudriç qəsrinin dizaynı və quruluşu illərcə İngiltərənin bir çox tikilisində istifadə olundu. Tüdorlar sülaləsinin qəsrdən istifadə etməsindən əvvəl buranı dövrün güclü və nüfuzlu ailəsi olan Talbot ailəsi iqamətgah kimi seçmişdi.
Yefim Qurviç
Yefim Qriqori Qurviç (1917, Bakı – 1987) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı
İvan Qudoviç
İvan Vasilyeviç Qudoviç (1741, Starıe İvaytenki[d], Starodub polku[d] – 22 yanvar (3 fevral) 1820, Olqopol[d], Podolsk quberniyası[d]) — Rusiya imperiyasının generalı 1803-cü il oktyabrın 3-də isə Senatın Gürcüstanda gömrükxanalar yaradılması və gömrük ödənişlərinin Həştərxan tarifi üzrə toplanması haqqında qərarı olmuşdu. Tezliklə Azərbaycan ərazisində gömrük məntəqələrinin təşkilinə hazırlıq görüldü. Qafqazdakı rus qoşunlarının baş komandanı İ.V.Qudoviç Rusiya Kommersiya nazirliyinə göndərdiyi təliqədə ilk gömrükxananın Bakıda yaradılmasını mümkün hesab edirdi. 1806-cı ilin oktyabrında Bakı xanlığının işğal edilməsindən az sonra,1807-ci ilin yanvarında həmin təliqə təsdiq edilməsi üçün imperatora təqdim edilmişdi. Rusiya hökuməti Bakı limanının mal dövriyyəsinə nəzarət etmək üçün burada 1807-ci il yanvarın 25-də Rusiya İmperiyası Senatının Bakıda gömrük təsisatı yaradılması haqqında fərmanı oldu. Lakin 1804-cü ildən Rusiya ilə Qacarlar dövləti arasında başlanan hərbi əməliyyatların davam etməsi gömrükxananın açılmasını bir qədər ləngitmişdi. 1809-cu il avqustun 6-da çarın “Bakı gömrükxanasının açılması haqqında” adlı xüsusi fərmanı oldu.
Elizabet Qudric
Elizabet Qudric (1798[…], Templton[d], Massaçusets – 1882[…]) — amerikalı rəssam. == Həyatı == Qudric Massaçusets ştatının Templeton şəhərində anadan olub. Onlar ailədə 7 uşaq olub. Bacısı Sara Qudric də miniatür ustası olub. 1820-ci illin sonlarda Elizabet miniatürlər çəkməyə başlamışdır. Çəkdiyi miniatürlər texniki baxımdan zəif olsa da , üslub baxımından bacısının əl işlərinə bənzəyirdi. Eliza hələ uşaq yaşlarından rəsm çəkməyə başlayıb və sənətə meyl göstərib. Lakin onun yaşadığı dövrdə qadınların təhsil alma imkanları məhdud olduğundan o , özü öz üzərində işləyib özünü inkişaf etdirib. == Karyerası == Elizabetin professional karyerasına bacısı Sara ilə bərabər Bostonda başladığı təxmin edilir. Lakin o həyatının çox hissəsini Massaçusetsdə keçirib.
Sara Qudric
Sara Qudric - (5 fevral 1788 - 28 dekabr 1853 ) Amerikalı portretrəssamı. Qudric, Massaçusets ştatının Templeton şəhərində anadan olub. Rəsm çəkməyə kiçik yaşlarından başlayıb. Qudricin yaşadığı dövrdə qadınların təhsil imkanları az idi, buna görə də o, əsasən öz üzərində işləyərək özünü inkişaf etdirirdi. O, bir neçə ay Miltonda qardaşı Vilyam M. Qudriçlə qalıb və orada internat məktəbində oxuyub. Bostonda bir neçə rəsm dərsi də alıb. Bostonda onun işi ilə maraqlanan Gilbert Stuart ilə də tanış olub. Gilbert , onun işinə nəzər yetirib, ona texnika ilə bağlı nüanslar öyrətdi. 1820-ci ildə o, bacısı Eliza ilə Bostonda yaşamağa getdi. Burada o, dərslər almağa və miniatür portretlər çəkməyə başladı.
Valeriya Qudim
Valeriya Qudim (1 mart 1995, Kiyev) — Ukraynanı təmsil edən bədii gimnast. Valeriya Qudim 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qudim həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. Valeriya Qudim birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Valeriya Qudim 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Lüdviq
Lüdviq — ad. Lüdviq Ansenqruber – Avstriya dramaturqu, yazıçı. Lüdviq Tik — alman romantizminin banilərindən hesab olunan şair, yazıçı, dramaturq. Lüdviq Radlkofer — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru. Lüdviq Qabillon Digər Lüdviq fon Dreyk (personaj) — 1961-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajı.
Qüdsi
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Eduvil (Val-d'Uaz)
Eduvil (fr. Hédouville) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 282 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimalında, Serji bələdiyyəsinin 16 km şimal-şərqində yerləşir.
Sen-Jan-de-Qonvil
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Dürvil dənizi
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir. == Kəşfi və örgənilməsi == Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur.
Filipp Lüdviq
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu. Filipp Lüdviq Statius Müller — Alman teoloqu.
Gavdil (Əhər)
Gavdil (fars. گاودل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Lüdviq Ansenqruber
Ansenqruber (Anzengruber) Lüdviq (29 noyabr 1839[…], Vyana – 10 dekabr 1889[…], Vyana) – Avstriya dramaturqu, yazıçı. == Əsərləri == “Kirxfeldli keşiş” (1870), “Yalan şahidlik edən kəndli” (1871) dramlarında, “Rüsvayçılıq ləkəsi” romanı və s. əsərlərində kəndlilərin həyatını əks etdirmişdir. “Dördüncü ayin” (1878) dramının müəllifidir.
Lüdviq Bolsman
Lüdviq Bolsman (alm. Ludwig Eduard Boltzmann‎) (20.2.1844-5.9.1906) — Avstriyalı fizik. == Həyatı == Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib. L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir.
Lüdviq Büxner
Fridrix Karl Kristian Lüdviq Büxner (alm. Friedrich Karl Christian Ludwig Büchner‎; d. 29 Mart 1824, Darmştadt - ö. 1 May 1899) — materialist Alman mütəfəkkiri və yazıçı Georq Büxnerin qardaşı. == Həyatı == Baxışları L.Feyerbax və P.J.J. Kabanisin ideyalarının təsiri altında formalaşmışdır. Büxner üçün başlanğıc maddə ilə eyniyyət təşkil edən və bir sıraxassələrə, yaxud qüvvələrə (onlardan ə mühümü hərəkətdir) malik materiya anlayışıdır. Büxnerə görə, təbiətin aynası kimi başa düşülən fikir, şüur yüksək təşkil olunmuş materiyanın – beynin məhsuludur və ruhani yalnız beyin funksiyalarının məcmusudur. Büxner sosial darvinizm ideyalarının müdafiəçisi olmuş, yaşamaquğrunda mübarizəni (ka pitalist rəqabətini) sosial inkişafın əsası hesab etmişdir. 1881-ci ildə Azad fikirlilərin Alman İttifaqını yaratmışdır. Büxnerin ideyaları F. En gelsin materiyanın hərəkət formalarını təsnif etməsinə təsir göstərmişdir.
Lüdviq Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. == Şərəfinə adlandırılmış taksonlar == Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries == Əsərləri == alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Lüdviq Erhard
Lüdviq Erhard (alm. Ludwig Erhard‎; 4 fevral 1897[…], Fürt[d], Bavariya Krallığı – 5 may 1977[…], Bonn) — alman iqtisadçısı, dövlət xadimi. 1963-1966-cı illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur. == Həyatı == 5 may 1897-ci ildə Bavariyada anadan olub. 1977-ci ildə vəfat etmişdir. Almaniya iqtisadi möcüzəsinin müəlliflərindən biridir.
Lüdviq Knit
Lüdviq Franseviç Knit — Azərbaycanlı rəssam, miniatürçü. == Həyatı == 1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922-1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi. "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi. 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.
Lüdviq Qabillon
İohan Otto Lüdviq Qabillon (alb. Ludwig Gabillon; 16 iyul 1825 – 13 fevral 1896, Vyana) — alman saray aktyoru, teatr rejissoru, teatr xadimi. == Haqqında == Fransadan qaçaraq Meklenburqda məskunlaşan Hugenotlar ailəsində anadan olub. 1844-cü ildə o, Rostokda bir teatr truppasına xor ifaçısı kimi daxil olur və ilk dəfə səhnədə debüt edir. 1846-cı ildə Julius Mosen onu Oldenburq Məhkəməsinin teatrına dəvət etdi. 1848-ci ildə Şverin məhkəmə teatrına köçdü. Təxminən 1851-ci ildə Kassel Dövlət Teatrında, sonra 1853-cü ilə qədər Hannover Opera Teatrında xidmət etdi. 1853-cü ildə Heinrich Laube onu Vyana Məhkəməsi Burgteatrına dəvət edir. Onlar Lüdviq Dessoir, Emil Devrient və Lina Fuhr-Valdau ilə birlikdə Londonun Sent Ceyms Teatrında böyük uğurla çıxış ediblər. Burqteatrın səhnəsində bir çox xarakterik rollar oynadı, repertuarında 300-ə yaxın rol var idi.
Lüdviq Qumploviç
Ludviq Qumploviç (alm. Ludwig Gumplowitsch‎; pol. Ludwik Gumplowicz; 9 mart 1838[…], Krakov – 19 avqust 1909[…], Qrats) — hüquqşünas və Qraz Universitetində inzibati və dövlət hüququ üzrə profesoru idi. Qumploviç Avropa sosiologiyanın yaradıcılarından biridir.
Lüdviq Quttenbrunn
Lüdviq Quttenbrun (ing. Ludwig Guttenbrunn; təq. 1750, Vyana – 15 yanvar 1819, Frankfurt-Mayn) — rəssam Onun Vyanada və ya Kremsdə anadan olduğu təxmin edilir. O, portret və tarix rəssamlıqı sahəsində ixtisaslaşmış rəssam idi. O, 15 yanvar 1819-cu ildə Frankfurtda vəfat edib.
Lüdviq Radlkofer
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Lüdviq Tik
Lüdviq Yohan Tik (alm. Johann Ludwig Tieck‎; 31.5.1773, Berlin — 28.4.1853, Berlin) — alman romantizminin banilərindən hesab olunan şair, yazıçı, dramaturq, tərcüməçi və tənqidçi. Yena dərnəyinin əsas üzvlərindən biri. == Həyatı == Lüdviq Tik 1773-cü ildə Berlin şəhərində sənətkar ailəsində anadan olmuşdur.
Lüdviq Vitgenşteyn
Lüdviq Vitgenşteyn (26 aprel 1889[…] – 29 aprel 1951[…], Kembric, Birləşmiş Krallıq) — Avstriya filosofu, analitik fəlsəfənin banilərindən və XX əsrin ən parlaq filosoflarından biri. Bəziləri onu İmmanuel Kantdan sonra günümüzə qədərki dövrün ən böyük filosofu hesab edir. Vitgenşteyn qərb fəlsəfəsində iki inqilabi yeniliyin müəllifi kimi tanınır. Bunlardan birincisi onun "Məntiqi-fəlsəfi traktat" əsərinin Vyana dərnəyinə təsiri və nəticədə məntiqi pozitivizmin yaranması, ikincisi isə dilin təbiəti və quruluşuna dair "Fəlsəfi tədqiqatlar" əsəri ilə bağlıdır. == Həyatı == Vitgenşteyn 1889-cu ilin 26 aprelində Vyanada yəhudi mənşəli avstriyalı poladtökmə sənayesi maqnatı Karl Vitgenşteynin ailəsində dünyaya gəlmişdir. Ata babası German Xristian Vitgenşteyn yəhudi olmuş, lakin Saksoniyadan Vyanaya köçdükdən sonra protestantlığı qəbul etmişdir. Mühəndis sənətini öyrənməyə başlayan Vitgenşteyn sonralar onun marağını uçan aparatların quraşdırlımasından fəlsəfi problemlərin riyazi əsasda tədqiqinə yönəldəcək Qotlab Freqenin işləri ilə maraqlanmağa başlayır. Bəzi məlumatlara görə Vitgentşteyn bir neçə dəfə Freqe ilə görüşür və sonuncu ona Vitgenşteynin məşğul olduğu mövzulara dair Rasselin əsərləri ilə maraqlanmağı tövsiyə edir. 1911-ci ildə Vitgenşteyn Kembricə yollanır və o burada Rasselin tələbəsi, köməkçisi və dostuna çevrilir. 1913-cü ildə o Avstriyaya qayıdır və 1914-cü ildə könüllü şəkildə cəbhəyə yollanır.
Lüdviq Vitqenşteyn
Lüdviq Vitgenşteyn (26 aprel 1889[…] – 29 aprel 1951[…], Kembric, Birləşmiş Krallıq) — Avstriya filosofu, analitik fəlsəfənin banilərindən və XX əsrin ən parlaq filosoflarından biri. Bəziləri onu İmmanuel Kantdan sonra günümüzə qədərki dövrün ən böyük filosofu hesab edir. Vitgenşteyn qərb fəlsəfəsində iki inqilabi yeniliyin müəllifi kimi tanınır. Bunlardan birincisi onun "Məntiqi-fəlsəfi traktat" əsərinin Vyana dərnəyinə təsiri və nəticədə məntiqi pozitivizmin yaranması, ikincisi isə dilin təbiəti və quruluşuna dair "Fəlsəfi tədqiqatlar" əsəri ilə bağlıdır. == Həyatı == Vitgenşteyn 1889-cu ilin 26 aprelində Vyanada yəhudi mənşəli avstriyalı poladtökmə sənayesi maqnatı Karl Vitgenşteynin ailəsində dünyaya gəlmişdir. Ata babası German Xristian Vitgenşteyn yəhudi olmuş, lakin Saksoniyadan Vyanaya köçdükdən sonra protestantlığı qəbul etmişdir. Mühəndis sənətini öyrənməyə başlayan Vitgenşteyn sonralar onun marağını uçan aparatların quraşdırlımasından fəlsəfi problemlərin riyazi əsasda tədqiqinə yönəldəcək Qotlab Freqenin işləri ilə maraqlanmağa başlayır. Bəzi məlumatlara görə Vitgentşteyn bir neçə dəfə Freqe ilə görüşür və sonuncu ona Vitgenşteynin məşğul olduğu mövzulara dair Rasselin əsərləri ilə maraqlanmağı tövsiyə edir. 1911-ci ildə Vitgenşteyn Kembricə yollanır və o burada Rasselin tələbəsi, köməkçisi və dostuna çevrilir. 1913-cü ildə o Avstriyaya qayıdır və 1914-cü ildə könüllü şəkildə cəbhəyə yollanır.