Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quzay
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Squeaky Wheel
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Oktav Qudas
Oktav Viktor Qudas (fr. Octave Victor Houdas; 1 oktyabr 1840, Utarvil[d] – 5 dekabr 1916, Paris) — Fransa etnoqrafı, tərcüməçisi və fransız dili müəllimi, ərəb qrafikası üzrə mütəxəssis. O, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Paris şəhərindəki Şərq Dilləri Məktəbində fəaliyyət göstərmişdir. == Əsərləri == Octave Houdas, Histoire de Djouder le pêcheur, 1865 ; nouvelle traduction après celle de Cherbonneau et Thierry 2626 décembre 2011, re-publié chez Adolphe Jourdan, en 1908 Octave Houdas, Cours élémentaire de langue arabe, Gavault Saint-Lager, 1875 puis 1879 Octave Houdas, René Basset, Mission scientifique en Tunisie : 1882, Fontana, 1884 Muḣammad ibn Muḣammad (alias Ibn ʻĀsim), Octave Victor Houdas, Félix Martel, Traité de droit musulman : La Tohfat d'Ebn Acem, Gavault Saint-Lager, 1882 - 918 pages Octave Victor Houdas, Ethnographie de l'Algérie, Adrien Maisonneuve, 1886 - 124 pages (Lien vers le document). Source: Bibliothèque nationale de France. Nozhet-elhadi. Histoire de la dynastie saadienne au Maroc. Par Mohammed Essighir Ben Elhadj Ben Abdallah Eloufrâni. (Texte arabe et traduction par Octave Houdas). Paris, E. Leroux, 1886.
Quest Pistols
Quest Pistols — ukraynalı pop qrup, "Quest" adlı rəqs baletində çalışan Anto Savlepov, Nikita Qoryuk və Konstantin Borovski tərəfindən yaradılmışdı. Qrup şəklində onların ilk çıxışı 1 aprel 2007-ci ildə baş tutmuşdu. == Qrupun yaranma tarixi == 1 aprel 2007-ci il - «Quest Pistols» qrupunun ad günü hesab olunur. Məhz bu gün, Anton, Nikita və Kostya özlərinin bütün güclərini tolayıb ukrayna televiziyasında yayımlanan «Şans» proqramında yeni ampluada çıxış etməyə qərar verdilər. «Shocking Blue» qrupunun «Long and lonesome road» adlı mahnısına Quest Pistols qrupu yeni «Я устал» adlı kover versiya yaradır və bu yenilənmiş sinql teleefiri partladır. Onların çıxışına seyircilər 60 000 səs verirlər və beləliklə də Quest Pistols Ukraynada populyarlıq qazanır. == Tərkib == Quest Pistols qrupunun tərkibi == Diskoqrafiya == Cədvəldə ★ işarəli mahnılara klip çəkilib.
Chess Query Language
Chess Query Language (CQL) — sorğu dili olub, şahmat oynunçularına və tədqiqatçılara müxtəlif oyun, mövqe və məsələləri sürətli axtarmağa və öyrənməyə imkan verir.
Əbdüldar ibn Qusay
Əbdüldar ibn Qusay (ərəb. عبدالدار بن قصي‎) — atası Şeybə ibn Haşimin (Əbdülmütəllib) ulu babası Qusay ibn Kilabdır (təxminən 400-480). Bəni Əbdüldarın əcdadı olduğu kimi oğullarının adı Osman və Əbdmanafdır.
Əbdülüzza ibn Qusay
Əbdülüzza ibn Qusay (ərəb. عبد العزى بن قصي بن قصي‎) — atası Şeybə ibn Haşimin (Əbdülmütəllib) ulu babası Qusay ibn Kilabdır (təxminən 400-480-ci illər). Oğlu Əsəd ibn Əbdülüzzadır. Əbdülüzza adı İslamdan əvvəlki dövrlərdə ərəb dininin üç baş tanrısından biri olan Əl-Üzzadan götürülmüşdür.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Gülay Hüseynova
Gülay Zeynallı
Günay Ağakişiyeva
Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır. == Karyerası == Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır. 2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı.
Günay Kazımzadə
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay İsrail qızı Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının “Qardaş Məktəb” layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan “Atatürk Portreti” əsərinin müəllifi. == Haqqında == Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır. Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir. Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.
Günay Məmmədzadə
Günay Vüqar qızı Məmmədzadə (19 iyun 2000, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021, 2023) çempionatlarının iştirakçısı. 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür. Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır. 2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub. 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.
Günay Qaraağac
Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir. == Həyatı == Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir. == Elmi fəaliyyəti == 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi. 1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımcı dosent olaraq işlədi. 1989-da dosent, 1995 ilində də professor oldu.
Günay İbrahimli
Günay Xəlil qızı İbrahimli (10 fevral 1991, Füzuli) — azərbaycanlı müğənni. Günay İbrahimli Füzuli şəhərində dünyaya gəlib. İki yaşında Qarabağ müharibəsi nəticəsində işğal altına düşmüş Füzulini tərk edib, ailəsi ilə birgə Bakıya məskunlaşıb və paytaxtda böyüyüb. Bakı şəhəri, 70 saylı orta pilot lisey məktəbinin məzunudur. İkinci sinifdə oxuyarkən yeddiillik musiqi məktəbində forte-piano üzrə təhsilini başa vurur. 2006-cı ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur və 2010-cu ildə fotre-piano üzrə təhsilini başa vurur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsinə daxil olub, 2014-cü ildə təhsilini başa vurub. Azərbaycanlıdır. İfa üslubu pop janrıdır. Müğənni kimi 2007-ci ildən bəri fəaliyyət göstərir.
Günay Əhməd
Günay Əhməd — Azərbaycanın teatr və kino aktrisası. == Həyatı == Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir.
Quçaş (Çaypara)
Quçaş (fars. قوچاش‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 145 nəfər yaşayır (27 ailə).
Ərtoğrul Günay
Ərtoğrul Günay (türk. Ertuğrul Günay; — 1 mart 1948, Ordu) — Türkiyəli hüquqşünas, siyasətçi, iki dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 2007–2013-cü illərdə Türkiyənin Mədəniyyət və Turizm naziri. 1992–1994-cü illər arasında Cümhuriyyət Xalq Partiyasında baş katib vəzifəsini icra etmişdir. 2004-cü ildə CHP-dən qovulmuş və 2007-ci ildə Ədalət və İnkişaf Partiyasına keçmişdir. Elə həmin il keçirilən ümumi seçkilərdə bu partiyadan millət vəkili seçilib. Türkiyə Cümhuriyyətinin 60 və 61-ci Hökumətlərində Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışmışdır. 2013-cü ilin sonunda 17 dekabr istintaqında alınan bəzi qərarları əsas gətirərək Ədalət və İnkişaf Partiyasından istefa vermişdir. == Həyatı == Ərtoğrul Günay 1 Mart 1948-ci ildə Ordu şəhərində anadan olub. 1969-cu ildə İstanbul Universiteti Hüquq Fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1977-ci ildə ən gənc deputat olaraq Cümhuriyyət Xalq Partiyasından Böyük Millət Məclisinin üzvü seçilmişdir.
Günay Rzayeva
Günay Tapdıq qızı Rzayeva (29 yanvar 1990, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) (2022-ci ildən). == Həyatı == Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. == Təhsili == 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 2008–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır. == Fəaliyyəti == 2011–2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014–2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır. 2020–2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 2021–2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Günay Əhmədova
Easy internet klubu
Easy internet klubu (EASYEVERYTHİNG) — dünyadakı ən böyük internet klub. ABŞ-də, NEW YORK TIMES meydanında yerləşir. 10.000-ə yaxın kompüter olan bu klubda 800 kompüter çata girir. Bu böyük klub 5220 kvadrat metrlik ərazini tutur. Klub günün 24 saatı açıq olur. EASYEVERYTHİNG ilk vaxtlar Avropanın böyük şəhərlərində internet klublar zənciri yaratmaq istəmişdir. Almaniyada bu tip klub Berlində yerləşir. Hal-hazırda ABŞ-də olan klub isə 2000-ci il oktyabr ayının 28-də açılmışdır.
Don't Come Easy
Don't Come Easy (azərb. Asan gəlmə‎) — Avstraliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Avstraliyanın The X Factor müsabiqəsinin qalibi Ayzeya Fayrbreys Avstraliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində "Don't Come Easy" mahnısı ilə təmsil etmişdir. Mahnının bəstəkarları 2016-cı ildə müsabiqədə Dami İmə 2-ci yeri qazandıran "Sound of Silence" mahnısının bəstəkarlarıdır.
Aşıq Günay Ulduz
Aşıq Günay Ulduz (Günay Murad oğlu Ulduz; 1954, Türkiyə) — Türk aşıq. == Həyatı == Aşıq Günay Ulduz 1954-cü ildə Türkiyənin Arpaçay qəzasının Qaraxan kəndində doğulmuşdur. İlk təhsilini doğma kəndində, orta təhsilini və liseyi isə Qars Alpaslan Liseyində bitirmişdir. Aşıqlıq sənətinə və şeirə bağlılığı kiçik yaşlarından başlamış və liseydə oxuyarkən şeir yazmağa, aşıqlığı öyrənməyə başlamışdır. Bir neçə il atası Qaraxanlı Aşıq Murad Ulduza şəyirdlik edərək bu sənəti ondan yetərincə öyrənmişdir. Xüsusilə liseydə oxuduğu illərdə iştirakçısı olduğu aşıq məclislərində özünü daha da tanıtdırmışdır. Liseyi bitirdikdən sonar Hocattəpə Universitetinin sosial biliklər fakültəsinin arxeoloji ixtisasına qəbul olmuşdur. 2 il burada təhsil aldıqdan sonra aşıqlıq sənətinə bağlılığına görə və ailə başçısı olduğuna görə universiteti tərk etmişdir. Bir il doğma kəndində müəllim işlədikdən sonra aşıq araşdırıcısı və tədqiqqatçısı kimi fəaliyyətə başlamışdır. Şeirləri müxtəlif araşdırmalarda yer alan Günay Ulduz 1971-ci ildən bu günə qədər bir çox yarışmalara və şənliklərə qatılmış, müxtəlif ordenlər almışdır.
Be My Guest
Be My Guest — Ukraynanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 65 balla 15-ci olub.