Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Willard van Orman Quine
Willard Van Orman Quine — (d.25 iyun 1908 - ö. 25 dekabr2000), Məntiqin əsasları və xüsusilə də semantik istiqamətləriylə əlaqədar bir qayda inkişaf etdirmiş olan ABŞ-lı müasir məntiqçi və filosofdur. Ümumiyyətlə Russell və Whitehead tərəfindən inkişaf etdirilmiş olan riyazi məntiqə sadiq qalmış olan Quinn, İngilis filosoflarının məntiqin ontoloji olaraq neytral olduğu ümumi fikirinə əleyhdar bir tərzdə , bir məntiq nəzəriyyəsinin qəbulunu ortaya çıxardığı ontoloji nəticələri dilə gətirməyə çalışmışdır. Düzəldilməsi mümkün olmayan analitik mülahizələrlə, təcrübə nəticəsində düzəldilə bilən sintetik mülahizələr arasında əsaslı bir ayrı-seçkilik olduğu nəzəriyyəsi ilə, mənalı hər mülahizənin, birbaşa və vasitəçisiz təcrübələrdən hərəkətlə yaradılmış bir şey olduğu fikirinə şiddətlə qarşı çıxan Quinn, Duhem'i izləyərək, elm adamının təcrübəni sınaqdan keçirməsinə, dağınıq bir mülahizəni deyil, bir sıra təklifləri qəbul etdiyini iddia etdi. Onun fikirinə görə, bir mülahizə yalnız "təcrübələrin yalın bir xülasəsi" deyil, lakin elmi sistemin bir hissəsidir. === Seçmə Kitabları === 1951 (1940). Mathematical Logic. Harvard Univ. Press. ISBN 0-674-55451-5.
Chenopodium quinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Heinze Bakker
Heinze Bakker (2 mart 1942 – 16 aprel 2021 1) — Niderlandlı idman jurnalistidir.
Rosemari Quispe
Rosemari Quispe (20 avqust 1983) — Boliviyalı marafonçu. Rosemari Quispe Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosemari Quispe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 58 dəqiqə 32 saniyəyə qət edərək 157 marafonçu sırasında 117-ci yeri tutdu.
Zeçari Quinto
Zeçari Quinto (ing. Zachary John Quinto, 2 iyun 1977, Harrisburq, Pensilvaniya) —ABŞ aktyoru. == Filmoqrafiya == 2003: 24 2006: Qəhrəmanlar (Heroes).
Quiz
Quiz (fr. Gouise) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03124. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 224 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 149 nəfərin (15-64 yaş arasında) 109 nəfəri iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.2%, 1999-cu ildə 75.6%). Fəal olan 109 nəfərdən 104 nəfər (64 kişi və 40 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi. 40 hərəkətsiz 17 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Anthony Quinn
Entoni Kuinn (ing. Anthony Quinn; 21 aprel 1915[…] – 3 iyun 2001[…], Boston) — Amerika aktyoru. == Həyatı == Antonio Rudolfo Oahaka Kuinn (isp. Antonio Rudolfo Oaxaca Quinn) 1915-ci ildə Meksika şəhəri olan Çiuauada Meksika inqilabının qızğın vaxtlarında anadan olmuşdur. Onun anası Manuela Oahaka astek tayfasının nümayəndələrindən idi. Atası Fransisko Kuinn isə irland nəslindən idi. Kuinnin uşaqlığı El-Pasoda, Texasda və onun məktəbi qurtardığı Los-Anceles ətrafında keçmişdir. Gənclik illərində o, incəsənət və memarlıqla maraqlanmış və bunları aralarında böyük yaş fərqinə baxmayaraq Frenk Lloyd Raytdan öyrənmişdir. 1930-cu illərin ortalarında Entoni Kuinn aktyorluq fəaliyyətinə başlamış, əvvəl teatrda sonra isə kinoda rollar ifa etmişdir. Onun kinoda ilk işi 1936-cı ildə Harold Lloydun iştirakı ilə çəkilmiş "Süd yolu" komediyasında olmuşdu.
Daniel Quiza
Daniel Quisa (17 avqust 1980[…]) — İspaniya futbolçusu 2007/2008 mövsümündə "Malyorka"nın heyətində 37 oyunda vurduğu 27 qolla İspaniya Primerosunun bombardiri olub. Ümumilikdə, karyerası boyu 259 görüşdə meydana çıxan ispan hücumçu 103 qola imza atıb. Hal hazırda Türkiyənin Fənərbaxça klubunda çıxış edir.
Pyer-Daniel N'Quinda
Pyer-Daniel N'Quinda N'Diffon (18 iyun 1996-cı ildə anadan olub) — Monako klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Kevili-Rouen müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === N'Quinda öz peşəkar karyerasında debütünü Monako klubu ilə 2 fevral 2017-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Şambli klubu ilə qarşılaşmada İrvin Kardona ilə əvəz olunmuşdur. Həmin görüşdə Monako Fransa Kubokunun 1/16 final mərhələsində Şambliyə 5-4 hesabı ilə qalib gəlmişdir.
Qusinoe gölü (Arxangels vilayəti)
Gürzə
Gürzə (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsi Gürzə patrul maşını — Azərbaycan istehsalı hərbi texnika. Gürzə (xörək) — Azərbaycan kulinariyasında xəmir xörək. Gürzələr — pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Gənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Çünzə
Çünzə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Çünzə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Columba guinea
Columba guinea (lat. Columba guinea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Buynuzlu gürzə
Buynuzlu gürzə (lat. Cerastes cerastes) — Buynuzlu gürzələr cinsinə daxil olan növ. Yarımnövlərə ayrılmır. == Təsviri == Uzunluğu 60–80 sm-dir. Rəngi əsasən sarı qum rəngində olur. Hər pulcuq cərgəsində 29–33 pulcuq olur. == Yayılması == Geniş yayılmış bir növder. Əsasən Şimali Afrika (Mərakeş istisna) və Ərəbistan yarımadası ərazisində yayılmışdır. == Ekologiya == 10–20 arası yumurta qoyur. Yumurtalar 28–29 °C temperaturda 48 gün ərzində laktasiya dövrü keçir.
Günyə (bürc)
Günyə (lat. Norma) — göyün cənub yarımkürəsində bürc.
Gürzə (xörək)
Gürzə - Azərbaycanın milli xörəklərindən biri. Gürzə əsasən qış aylarında hazırlanan xörəklər sırasına daxil edilir. Xəmirdən hazırlanan ət xörəklərindəndir. Əsasən çəkilmiş qoyun ətindən hazırlanır. Tərkibi zövqə görə ədvalarla zənginləşdirilə bilər. Onlardan sumax, sarıkök, istiot və s. Sarımsaq, turşu da əlavə edilə bilər. Kalorili yeməklər sırasına daxildir.
Gənzə (Ordubad)
Gənzə (əvvəlki adı: Kənzə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Kənzə kəndi Gənzə kəndi adlandırılmışdır.Gənzə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 12 km şimal-şərqdə, yaşıllıqlar qoynunda yerləşir. == Toponimi – oykonomi == Tədqiqatçıların Gənzə toponimi – oykonomi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. M.Seyidov, Q.Qeybullayev, F.Rzayev və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər. Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən filologiya elmləri namizədi F.Rzayevin fikrincə, "kan" qədim türk dillərində "ulu", "ata" mənasında işlənmiş, kəndin adındakı son kompanent "zə" (əslində "zək") isə sak tayfalarının adından götürülmüşdür. Deməli, oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olunduğu kimi Kənizək–Kənzək şəklində işlənmiş, zaman keçdikcə tədricən dəyişilərək sondakı "k" səsi düşmüş, Gənzə formasına düşmüşdür. Qeyd etmək yerinə düşər ki, türk dillərində söz sonunda "k" samitinin eleziyası (səsdüşümü) xarakterik haldır. Türkoloq alim C.Cəfərov bu toponimin hunların ən qədim adından – "kun"un morfloji birləşməsi "kunçuk"dan törəmiş "Gəncək" türk tayfasının adından götürüldüyünü vurğulayır.
Gənzə (İsmayıllı)
Gənzə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzə kəndi İsmayıllı rayonunun qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 25 km aralıda, yaşıllıqlar qoynunda yerləşir. Mənbələrdə Kənzə kimidə qeydə alınmışdır. == Tarixi == Bir çox mənbələrdə Qanza variantında da qeydə alınmışdır. Tədqiqatçılar hidronimi ərəb dilindəki kənisa (atəşpərəst məbədi, kilsə) sözünün təhrif olunmuş forması hesab edirlər. Qanza variantı isə qədim Azərbaycan dilində "coşan", "məcrasından çıxan, qəzəblənən" mənalarında işlənmişdir. Azərbaycan dilinin şimal qrupu dialektlərində qanza turşumuş qatığa deyirlər. Kənd öz adını yaxınlığındakı Gənzədağın adından almışdır. Dağın başında qədim məbəd xarabalıqları qalmaqdadır.
Gənzə hamamı
Azərbaycan memarlığının Naxçıvan məktəbinə məxsus memarların yaratdığı möhtəşəm hamam nümunələrindən biri də Ordubad rayonunun Gənzə kəndindəki hamam tipli memarlıq abidəsidir. Naxçıvan Muxtar Respublikası ərazisində bu günədək qalan ən qədim hamam nümunələrindən biri olan bu memarlıq nümunəsi kəndin mərkəzində yerləşən Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində, məscidə bitişik şəkildə inşa olunmuşdur . Yerli əhalinin verdiyi məlumata görə məscid kimi bu hamamı da Hacı Hüseynqulu inşa etdirmişdir. == Memarlıq quruluşu == Hamam yeraltı hamamlar qrupuna aiddir. Girişi şimal-şərq tərəfdən olan hamam planda düzbucaqlı formada inşa olunmuşdur. Onun uzunluğu 22,6 m, eni 9,4 m olmaqla, umumi hündürlüyü 5,6 metrdir. Umumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonları, ona birləşdirilən köməkçi otaqlar iki günbəzlə örtülüb. Soyunma və yuyunma otağı bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilmişdir. İsti sulu hovuz yuyunma otağına bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı su boruları ilə gətirilirmiş.
Gənzə qəbristanlığı
Gənzə qəbristanlığı — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Gənzə kəndi mərkəzində arxeoloji abidə. == Haqqında == Qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri itmiş və baş daşları torpağın altında qalmışdır. Qəbiristanlıq qərb-şimal istiqamətinə yönəlmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərdən bəzisinin ətrafında dördkünc formalı daş düzümləri, bəzilərinin üzərində isə kiçik oval təpəciklər qalmışdır. Qəbirlərdən bir neçəsinin baş daşları yonulmuş Ordubad rayonu üçün xarakterik olan yaşılımtıl rəngli daşlardan hazırlanmışdır. Onlar dördkünc formalı olub tağşəkilli sonluqla tamamlanmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Kitabələr 16–17 əsrlərə aiddir. Yerli əhalinin deyiminə görə qəbristanlığın yerləşdiyi torpaq sahəsi Hacı Hüseynquluya məxsus olmuş və o bu sahəni kənd qəbiristanlığı üçün bağışlamışdır. Axtarışlar zamanı qəbiristanlığın ərazisindən Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur.
Kərgədan gürzə
Kərgədan gürzə (lat. Bitis nasicornis) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqları 60 sm — 1,2 m arasında dəyişir. Dişilər erkəklərdən iri olur. Başları düz, və üçbucaqdır. Burnun üzərində çıxıntılar vardır. Bədəni kök olub, üzəri gözəl naxışlarla örtülüdür. Bel hissəsində qara rəngli romblar ilə əlaqəli sarı saçaqlı, ikiqat mavi trapeziya vardır. Bu qarışıq rəngləri onun ətraf mühitdə asanlıqla gizlənməsinə səbəb olur. Rütubətli meşələr, bataqlıq əraziləri, meşə çaylarıının sahilləri və bulaqlar olan əraziləri sevirlər.
Nəhəng gürzə
Nəhəng gürzə (lat. Macrovipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi. Bu cinsin nümayəndələri əsasən səhra və yarımsəhra ərazilərində yayılmışlar. Qəzəbli xüsusiyyətə malik olurlar və kifayət qədər zəhərə malikdirlər. Bu səbəbdən çox təhlükəlidirlər. == Klassifikasiya == Cinsə dörd növ daxildir: Macrovipera deserti Macrovipera lebetina — Livan gürzəsi Macrovipera mauritanica — Mavritaniya gürzəsi Macrovipera schweizeri — Milos gürzəsi == Yayılması == Bu cinsə daxil olan növlər: Şimali Afrika, Kipr, Türkiyə, Azərbaycan, Dağıstan, Ermənistan, İran, Əfqanıstan, Mərkəzi Asiyanın cənub ölkələrində, Pakistan və Hindistanın şimal-şərq hissələrində yayılmışdır. Mavritaniya gürzəsi əvvəllər Macrovipera deserti yarımnövü hesab edilirdi.
Əsl gürzə
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi.
Ursula Kröber Le Quin
Ursula Kröber Le Quin (21 oktyabr 1929[…], Berkli, Kaliforniya, ABŞ – 22 yanvar 2018[…], Portlend, Oreqon, ABŞ) — ABŞ yazıçısı. Elmi-bədii və fantastik ədəbiyyatın görkəmli nümayəndələrindən olan Le Guin, bu sahədəki əsərləri ilə yanaşı şeir, teatr tamaşaları, uşaq ədəbiyyatı sahələrində də yazıçı və tərcüməçi olaraq işləmişdir. İlk romanı 1966-cı ildə çıxan Le Guinin əsərlərində əsasən Yunq nəzəriyyəsinin, taoizimin, ekzistensializmin və yunan mifologiyasının təsirləri hiss olunur. Yazıçı başda Hüqo və Nebula mükafatları olmaqla bir çox mükafatın sahibidir. == Həyatı == Ursula Kroeber, Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində 1929-cu ildə dünyaya gəlmişdir. Antropoloq ata və psixoloq və yazıçı ananın qızıdır. Adını doğum tarixi olan Müqəddəs Ursula Günündən götürmüşlər. Valideynləri tərəfindən üç qardaşı ilə birlikdə mədəniyyət fərqi fikrinin hakim olduğu bir evdə böyümüşdür. Massaçusets-Redklif Kollecində təhsilini bitirdikdən sonra ali məktəb təhsilini Fransa və İtaliyada orta əsr və renessans dövrü ədəbiyyatı sahəsində almışdır. 1951-ci ildə tarixçi Çarlz A. Le Guin ilə ailə qurmuşdur.
Yaxşı gündə, pis gündə (teleserial, 2020)
"Yaxşı gündə, pis gündə" serialı — Barış Ərçətinin reijssorluğunu etdiyi, Aksel Bonfil və Pelin Karamehmetoğlunun ssenarisini birgə qələmə aldıqları 2020 Türkiyə komediya serialıdır. == Məzmunu == Leyla (Elçin Sangu) sevdiyi adamla evlənəcəyi gün şadlıq sarayında tərk edilməyinin acısını yaşayır. Hələ bu bəs deyilmiş kimi, Leyla sevdiyi Sarpın (Mehmet Ozan Dolunay) Melisa (Yasəmən Allen) ilə olan evliliyini də planlaşdırmaq məcburiyyətində qalır. == Rollarda == Elçin Sangu — Leyla Mehmet Ozan Dolunay — Sarp Yasəmən Allen — Melisa Şənay Gürlər Dərya Alabora Nərgiz Qumbasar Hakan Salınmış Sinan Albayraq Əli Yağçı Dəniz Işın Tuqay Ərdoğan == Yayım cədvəli == == Xarici keçidlər == Elçin Sangunun dizisinden ilk kare 10 iyul 2020 qaynağından arxivləndi.
Jak Klod Marye Vinsent de Qurne
Jak Klod Marye Vinsent de Qurne (fr. Jacques Claude Marie Vincent de Gournay; 28 may 1712[…] və ya 1712, Sen-Malo – 27 iyun 1759[…] və ya 1759, Kadis, Əndəlüs) - Fransız iqtisadçı, ticarət intendantı. Bəzi iqtisadiyyat tarixçiləri laissez faire, laissez passer (azərb. buraxın etsinlər, buraxın keçsinlər‎) ifadəsini onun kəşf etdiyini düşünürlər. Bu ifadənin əsasları Fransa dövləti kölə ticarəti ilə bağlı Vest-Hind şirkətindəki imtiyazından-inhisarçılığından ayrılanda qoyulmuşdu. Qurne, həmçinin, "bürokratiya" terminin də banisi hesab olunur. O, Fransua Kene ilə birlikdə Fiziokratiya məktəbinin lideri olaraq hesab edilir. == Həyatı == Qurnenin atası Klod Vinsent Sen-Maloda tacir, həmçinin kralın katibi idi. Qurne çox yazmasa da, onun çoxlu vacib nəzəriyyəçilərlə apardığı söhbətlər Fransa iqtisadiyyat məktəbinin inkişaf etməsində mühim rol oynamışdır. O, Riçard Kantilyonun əsərinin Fransada məşhurlaşmasına kömək etmiş əsas vasitəçilərdən biri idi.Qurne 1751-ci ildə ticarət intendantı olaraq təyin edildi.
All Music Guide
All Music Guide Azərbaycan dilinə tərcümə olunduqda "bütün musiqilər üzrə qid" mənasını verir. Ən böyük onlayn musiqi verilənlər bazasıdır. All Media Guide təşkilatına aiddir. 1991-ci ildə Maykl Erlevayn tərəfindən yaradılmışdır. Ensiklopediyanın portalı internetdə 1995-ci ildən fəaliyyət göstərir. Əsas informasiyalar musiqi janrları, musiqiçilər və musiqi qrupları, eyni zamanda musiqi albomları haqqındadır.
Fars yalançıbuynuz gürzə
Fars yalançıbuynuz gürzə (Pseudocerastes persicus) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. Bu canlıların uzunluqları 80–90 sm arasında olur. Nadir hallarda 100 sm-ri keçir. Bədəni sıxdır, ancaq kök deyildir. Bu canlıların özəllikləri ondadır ki, onların buynuza bənzər çıxıntısı olur. Bəzən isə bu sadəcə bir purcuğun qabarmış forması kimi özünü göstərir. Bu buynuzcuqlar gum və ya torpağın buruna və gözə daxil olmasını əngəlləyir. Qonur-boz rəngli zolaqlara sahibdir. Əsasən qumlu sahələri xoşlayırlar. Onlar qumlu sahələrdə yaşamasalarda qumları bədənləri ilə tərpədərək buradaca gizlənə bilirlər.