Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qumdaşı universitetləri
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Qumdaşı universitetləri (Avstraliya)
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Qumbaşı
Qumbaşı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Qumbaşı Lənkəran rayonunun Xəzər şəhər inzibati ərazi vahidində kənddir. Xəzər dənizi sahilində, Lənkəran ovalığında yerləşir. == Əhalisi == Əhalisi 1288 nəfərdir. == Toponimiyası == Bəzi mülahizələrə görə, Qumbaşı ensiz boğaz vasitəsilə dənizlə birləşən axmazın-murdabın adındandır. Digər tədqiqatlara görə, Qumbaşı kəndinin yerləşdiyi ərazi dənizə yaxın hündür qumluqdan ibarət olduğu üçün belə adlanıb.
Qumqapı
Qumqapı (türk. Kumkapı) — İstanbulun Fateh ilçəsində yerləşən səmt. Mərmərə dənizinin şimal sahilini əhatə edir. Şərqində Kadırqa, şimalında Gedikpaşa, cənubunda Yeniqapı Qumqapı şəhərin ermənilərin sıx məskunlaşdığı bölgəsidir. Burada erməni məktəbləri və kilsələri yerləşir. İstanbul Erməni Patriarxlığı Qumqapıdadır. Məhəllə balıq restoranları və meyxanaları ilə məşhurdur. Buna görə bir çox turistin diqqətini cəlb edir. == Tarix == Bizans dövründə səmt yunan dilində Kontoskalion adı ilə çağırılırdı. == Nəqliyyat == Əvvəllər Sirkəci-Halqalı metro xəttinin bir stansiyası Qumqapıda yerləşirdi.
Qumdağ
Qumdağ — Türkmənistan Respublikasının Balkan vilayətində etrap hüquqlu şəhər.
Aleşkov qumları
Aleşkov qumları, Aşağıdnepr qumları (ukr. Олешківські піски) — qumlu massiv olaraq Ukraynanın Xerson şəhərindən 30 km qərbdə yerləşir. Səhranın ərazisi 30–40 km şimaldan cənuba, 150 km isə qərbdən şərqə uzanır. Hazırda qumluqlarda xüsusi olaraq iynə yarpaqlı meşə salınır. Hazırda 15 km diametrində meşəsiz ərazi qalmışdır. Bura günümüzdə hərbi paliqon kimi istifadə edilir. Qumluğun Kazaçelaqer və Vinoqradov massivlərində 2010-cu ildə milli park yaradılmışdır. Aleşkov qumları Avropanın ən böyük səhrası və ya qumluğu olaraq adlandırırlar. Bununla belə Arçedinski-Qumları sahəsinə görə faktiki ən böyük massivvdir. Əslində isə Narın qumlar səhrası Avropanın əsl ən böyük səhrası və qumluğudur.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. == Ədəbiyyat == Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Çernışev qumları
Çernışev qumları ― xüsusi olaraq qorunan ərazi. Elə də böyük olmayan meşəlik ərazidə yerləşir. İnzibati cəhətdən Rostov vilayətinin Oblivski rayonunun şimalında qərarlaşır. Bölgə Çir və Berezyanski çaylarının axarbaxarındadır. 1977-ci ildə təşkil edilmişdir. == Çöl ekosistemi == Çernışev qumları yerli əhəmiyyətli botanik təbiət abidəsidır. Təbiət abidə yasaqlıqdır. Yasaqlıq insanların yerli istirahət məskəni rolunu oynayır. Təbiət qoruyucu, su qoruyucu və rekreasiya əhəmiyyəti daşıyır. Kifayət qədər ideal vəziyyətdə olsada istənilən yanğın vəziyyəti pisləşdirə bilər.
Quşdaş dağı
Quşdaş dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə. Günbəzvari formadadır (hünd. 1845,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd ayrılmasının qurtaracağında zirvə. Nəsirvazçayın sol sahilində, Bistkəndindən 1 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahına aid Çaxmaqlıdağ sinklinalının cənub-şərq sentriklinal hissəsinin cənub-qərb qanadında yerləşir.
Quşadası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. == Haqqında == Bu, Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. O, Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Quşadası insanın tərk etmək istəmədiyi bir yerdir. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir. Bu kiçik şəhər hər il minlərlə müxtəlif növ quşların bura uçub gəlməsi və yuva qurması səbəbindən Quş adası adlandırılıb. Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Kumasi
Kumasi (Çvi dialekti ilə Kumase) — Qanada, ölkənin paytaxtı Akkradan sonra ikinci böyük şəhər. 2012-ci ilin məlumatına görə, əhalisi 1,989,062 nəfərdir. Qana Aşanti vilayətinin inzibati mərkəzidir. Kumasi keçmişdə çoxlu çiçək və bitki növlərinə ev sahibliyi etdiyinə görə alternativ olaraq "Bağ şəhəri" kimi tanınır. Bu ərazidəki yaşayış məskənləri Neolit dövründən məlumdur, lakin Kumasi 1615-ci ildən şəhər statusu almış və Aşanti imperiyasının mərkəzinə çevrilmişdir. Kumasidə Aşanti hakimi aşantihenenin iqamətgahı yerləşir. Kumasi Hava Limanı xidmət göstərir.
Qüdsi
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. == Həyatı == Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Ağın qardaşı (film, 2012)
Ağın qardaşı qısametrajlı sənədli televiziya filmi rejissor Ruslan Mollayev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Mədəniyyət televiziyasında istehsal edilmişdir. ilm Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur. == Məzmun == Film Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur.Vaqif İbrahimoğlu 1989-cu ildən «YUĞ» Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə «YUĞ» Teatr-Studiyası dövlət statusu almışdır. O, «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.
Endosimbiyoz qaydası
'Endosimbiyoz qaydası' , eukariot hüceyrə orqanoid lərindən mitoxondri və plastit lərin mənşəyi ilə məşğul olur. Qayda söz mövzusu orqanoidlərin eukariot hüceyrələrlə birlikdə yaşamağa başlayan nüvəsinə canlı lardan mənşə aldığını irəli sürər. Mitoxondri, proteobakterilerden, kloroplast lar isə siyanobakteri lərdən inkişaf etmişdir. == Keçmiş == 1883-ci ildə Alman botanik Andreas Schimper işlərində yaşıl bitki lərdəki kloroplastların siyanobakterilerle bənzərliklər göstərdiyini müşahidə və yaşıl bitkilərin iki orqanizmin simbiyoz həyatından ortaya çıxdığını düşünmüşdü. Rus botanik Konstantin Mereschkowski bu işlərdən xəbərdar və 1905-ci ildə ilk dəfə endosimbiyoz nəzəriyyədən açıqca bəhs etmişdir. 1920-ci illərdə mitoxondrilərin endosimbiyotik keçmişi haqqındakı düşüncüler Ivan Wallin tərəfindən geliştirlmeye davam etdi. Başlanğıcda bu fərziyyələr nəzərə alınmadı.1960'larda elektron mikroskoplarıyla edilən koloroplastların və siyanobkaterilerin daha ətraflı müqayisələri və plastitlerin və mitoxondrilərin öz DNT 'larının olduğu kəşfi köhnə fikirlərin yenidən doğuşuna səbəb oldu. Endosimbiyoz fərziyyəsi Lynn Margulis tərəfindən yaradılmış və ondan sonra məşhurluq qazanmışdır. 1981-ci il tarixli Hüceyrə təkamülündə Ortaq Həyat (Symbiosis in Cell Evolution) adlı işində eukariot hüceyrələr mənşəyinin birlikdə yaşayan primitiv prokrayot canlı birliklərinə dayandığını müdafiə etmişdir. Lynn Margulis və Dorion Sagan'a görə "həyat dünyanı döyüşlə deyil dayanışmayla fəth etmişdir və Darvin 'in təbii seçilim e söykənən təkamül tezisi əskikdir".
Kürdaşı (Xoy)
Kürdaşı (fars. كردنشين‎) və ya Kürdnişin - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Lopital qaydası
Lopital qaydası (teoremi) (həmçinin Bernulli — Lopital qaydası ) — funksiyaların limitinin tapılması metodudur. Bu metod ən çox 0 / 0 {\displaystyle 0/0} və ∞ / ∞ {\displaystyle \infty /\infty } qeyri-müəyyənliklərinin tapılmasında istifadə olunur. Metodu əsaslandıran teorem iddia edir ki, bəzi şərtlərdə funksiyaların əlaqəsinin limiti onların törəmələri limitinə bərabərdir. == Dəqiq qısa fikir == Lopital teoremi: lim x → a f ( x ) = lim x → a g ( x ) = 0 v e - y a ⁡ ∞ {\displaystyle \lim _{x\to a}{f(x)}=\lim _{x\to a}{g(x)}=0\operatorname {ve-ya} \infty } ; f ( x ) {\displaystyle ~f(x)} və g ( x ) {\displaystyle ~g(x)} --- a {\displaystyle ~a} ətrafında differensiallaşdırır; g ′ ( x ) ≠ 0 {\displaystyle g'(x)\neq 0} --- a {\displaystyle ~a} -nın ətrafında təyin olunur; lim x → a f ′ ( x ) g ′ ( x ) {\displaystyle \lim _{x\to a}{\frac {f'(x)}{g'(x)}}} olur,onda lim x → a f ( x ) g ( x ) = lim x → a f ′ ( x ) g ′ ( x ) {\displaystyle \lim _{x\to a}{\frac {f(x)}{g(x)}}=\lim _{x\to a}{\frac {f'(x)}{g'(x)}}} olar. Limitlər həmçinin birtərəfli ola bilər. == Tarix == Qeyri-müəyyənliklərin bu cür açılış üsulu 1696-cı ildə müəllifi Giyom Lopital olan "Analyse des Infiniment Petits" dərsliyində dərc edilmişdi. Metodu ilk kəşf edən İohan Bernulli məktubunda Lopitala bu haqda bildirmişdi.
Sahə qaydası
Sahə qaydası — təyyarələrin dizaynındakı bir qaydadır, bu səsə yaxın və ya supersonik sürətində dalğa müqavimətini azaltmağa imkan verir. Bu sürət aralığı müasir mülki və hərbi təyyarələr arasında ən çox istifadə olunur. == Təsvir == Səsə yaxın uçuş sürətində hava axınının yerli sürəti, axının təyyarənin struktur elementləri ətrafında getdiyi yerlərdə, səs sürətinə çata bilər. Bu davranışın müşahidə olunduğu sürətin dəyəri təyyarənin dizaynından asılı olaraq dəyişir və kritik Max sayı adlanır. Belə yerlərdə yaranan şok dalğaları güclü sürətlə böyüyən bir müqavimətə malikdir. Bu müqavimət dalğa müqaviməti adlanır. Zərbə dalğalarının gücünü azaltmaq üçün təyyarənin kəsişmə sahəsi təyyarənin gövdəsi boyunca mümkün qədər rəvan şəkildə dəyişməlidir. Sahə qaydasında deyilir ki, kəsişən ərazinin eyni uzunlamasına paylanması olan iki təyyarə, bu sahənin eninə füzelyaj istiqamətində paylanmasından asılı olmayaraq eyni dalğa empedansına malikdir (yəni, füzelyajın özündə və ya qanadlarında). Üstəlik, güclü şok dalğalarının meydana gəlməməsi üçün bu paylama hamar olmalıdır. Bu qaydanın tətbiq edilməsinə bir nümunə, təyyarənin qaynaq hissəsinin qanadlarla qovşağında enməsi, kəsişən sahənin dəyişməməsi.
Xəzər kumjası
Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Morfoloji əlamətləri == Bədənləri qara bozdur və bədənlərinin ön qisimi və başlarının üstündə olan tünd ləkələr göy rəngə çalan halqalarla sarılmışdır. Yan xəttləri boyunca və alt tərəflərində qırmızı xalları və qəlsəmə qapaqlarının ön tərəfi üzərində bir ləkə və kürək üzgəclərindədə ləkələr vardır. Yüngül girintili bir quyruq üzgəcləri vardır. Kür qızılbalığı qızılbalıqkimilərin ən irisidir. Əvvəllər onun bədəninin uzunluğu 133 sm-ə, kütləsi 51 kq-a çatırdı. İndi isə ovun 86.7%-ni 70-96 sm uzunluğunda fərdlər təşkil edir. == Yayılması == Kür-Terek və Samur çaylarında, habelə Cənubi və Orta Xəzərin əsaən qərb və cənub sahillərinin kiçik çaylarında çoxalır.
Yay buğdası
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Bakı Duması
Bakı Şəhər Duması — Bakı Şəhər Bələdiyyə İdarəsinin sərəncamverici orqanı. == Tarix == Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdir. Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2–3%-i iştirak edə bilirdi. Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanunun 44-cü maddəsinə görə, Bakı Şəhər Duması üzvlərinin ən çox 1/3-i müsəlmanlardan seçilməli idi.
Ermənistan luması
Ermənistan luması (erm. լումա) — Ermənistanda mübadilə olunan pul vahididir və dramın 1⁄100 hissəsini təşkil edir. Sikkələr 10, 20 və 50 nominallı lum olaraq 21 fevral 1994-cü ildə istifadəyə buraxılmışdı. Hal-hazırda mübadilədə istifadə olunmurlar, amma qanuni ödəmə vasitəsinin statusunu saxlayırlar. == Xarakteristikası == Bütün sikkələr alüminiumdan hazırlanmışdır.
Florida puması
Florida puması (lat. Puma concolor coryi) — ABŞ-nin Florida ştatı üçün səciyyəvi olan və nəsilləri kəsilmək üzrə olan puma yarımnövü. == Haqqında == Pişikkimilər dəstəsinə aid olan və adını yaşadığı Florida ştatından alan bu puma növü ABŞ-nin şərqində yaşayan yeganə puma növüdür. 70-dən az çoxala bilən üzvə sahib olan Florida pumalarının sayı hazırda 87-dir. Florida puması ilk dəfə 1958-ci ildə Florida qanunlarında nəsli kəsilmək üzrə olan heyvan növü kimi qeydə alınmışdır. Ən böyük təbii düşməni Amerika alliqatoru və Amerika timsahıdır.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. == Skalyar hasil == İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
Hibbsin fazalar qaydası
Hibbsin fazalar qaydası - ilk dəfə fazalar qaydası adı ilə 1876-cı ildə amerika alimi V.Hibbs tərəfindən verilmişdi. == İzahı == Tarazılıq halında olan sistemdə fazalar sayı (F), sərbəstlik dərəcəsi (S) və asılı olmayan komponentlər sayı (K) bir-biri ilə aşağıdakı sadə nisbət üzrə əlaqədardır: S+F=K+2 asılılığından sərbəstlik dərəcəsinin sayı tapılarkən, komponentlər sayından fazalar sayı çıxılır və alınan fərqin üzərinə 2 gəlinir. S=K-F+2 fazalar qaydasına əsasən sistemlərin komponentlər sayına, fazalar sayına və sərbəstlik dərəcəsi sayına görə müəyyən təsnifatı mövcuddur. Birkomponentli sistem üçün (K=1) yuxarıda göstərilən bərabərlik belə şəkil alır: S=3-F fazalar sayı da bir olduqda sistem ikivariantlı, yəni sərbəstlik dərəcəsinin sayı 2-yə bərabər olur. Sərbəstlik S=3-1=2 dərəcəsinin 2 olması o deməkdir ki, müəyyən həddə cictemin halını müəyyən edən parametrlərdən ikisi, məsələn təzyiq və temperatur dəyişdirilərsə, sistemin halı dəyişmir. sistemdə fazalar sayı vahiddən az ola bilmədiyindən, birkomponenetli sistem bundan artıq sərbəstlik dərəcəsi sayına malik ola bilməz. Belə sistemə misal buz, maye, su və ya su buxarı ola bilər. İki faza arasındakı tarazılıq halında sistem birvariantlıdır: S=3-2=1 Bunun misalı buz↔su, su↔buxar və ya buz↔buxar sistemləri ola bikər. Üç faza arasındakı tarazılıq halında sistem variantsızdır (nonvariantdır): S=3-3=0 bu hala misal müvazinətdə olan buz↔su↔su buxarı ola bilər. Sərbəstlik dərəcəsinin sıfra bərabər olması o deməkdir ki, sistemin heç bir parametri dəyişdirilə bilməz.
Qoldşmidtin fazalar qaydası
Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiq və temperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir. == Həmçinin bax == Mineral Süxur Təzyiq Temperatur == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Sağ əl qaydası
Sağ əl qaydası — naqildə yaranan induksiya cərayanının istiqamətini təyin edən qayda: sağ əl elə tutulur ki, maqnit sahəsinin qüvvə xətləri ovuca daxil olsun və onunla 90-li bucaq təşkil edən baş barmaq naqilin hərəkət istiqamətinə yönəlsin, bu zaman dörd barmağın vəziyyətini naqildəki induksiya cərəyanının istiqamətini göstərir.
Fars Şahzadəsi: Zamanın qumları (film, 2010)
Fars Şahzadəsi: Zamanın qumları (ing. Prince of Persia: The Sands of Time) — Mayk Nyuell tərəfindən çəkilən ABŞ filmidir. Film ilk dəfə olaraq 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir. == Məzmun == Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək və öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir.