Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qundaqlı yay-ox
Qundaqlı yay-ox (köhnə azərbaycanca tarixi adları: Çarx چارخ Zənbərək زنبرک Zənburək زنبورک) — mexaniki yay-ox Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay arbaletdən daha sürətlidir. Arbaletdən atış üçün bolt, ox və ya güllədən istifadə edilir. Döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Belə arbaletlərə arkbalist deyilir. Arbaletin əsas hissəsi qundaqdır və qundağın iç hissəsinə tətik quraşdırılır. Qundağın üzərində istiqamətləndirici (oxları) oyuq olur. Qundağın sonuna isə çiyinlər bərkidilir və həmin çiyinlərə ayağ üçün halqa quraşdırılır. Həmin halqaya arbaleti doldurma zamanı ayaq keçirilir. Çiyinlər elastikliyə malik polad, ağac və ya buynuzdan hazırlanır.
Qundağlı ox-yay

Quldarlıq
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Qundanlı
Qundanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qundanlı kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Oykonim qundanlı nəslinin adı ilə bağlıdır. Kəndin inqilabaqədərki ədəbiyyatlarda Qundanlı Müsxanlı, Daşaltı, Əzizobası, Şərəfli adlarına da rast gəlinir.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Quldarlıq quruluşu
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Quraqlıq (1971)
Quraqlıq (film, 1971)