Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rotting Christ
Rotting Christ — 1987-ci ildə Afinada yaranmış yunan black metal qrupu. Onlar regionun ilk black metal qrupu kimi tanınırlar. 16 yaşlı qrup üzvləri ilk başlarda rəsmi olmayan iki demo ("Decline's Return" və "Leprosy of Death") hazırladı. 1993-cü ilə qədər heç bir albom hazırlamayan qrup EP üzərində işləyərək fəaliyyətini davam etdirirdi. Nəhayət 1993-cü ildə qrup Osmose Recordings ilə müqavilə imzaladı və "Thy Mighty Contract" adlı ilk albomunu çıxartdı. Albom qısa müddət ərzində black metal klassikasına çevrildi və qrup məşhurlaşmağa başladı. Rotting Christ bu albomdan sonra Immortal və Blasphemy ilə birlikdə Fuck Christ Tour adlı ilk black metal turuna çıxdı. İnsanların özlərinə xəsarət yetirdiyi və ambulansların dayanmadan işlədiyi bu turne, xoşagəlməz bir ünvanla da olsa tarixə keçdi. Qrup da beləcə adını daha çox eşitdirmiş oldu. The Fuck Christ Tour əslində müvəffəqiyyətli idi, amma Rotting Christ bu turdan heç məmnun deyildi.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Raftinq
Raftinq — raft adı verilən qayıqlarla, təpəsi yüksək çaylarda edilən bir çay idmanıdır. Raftinqde əsl olan içində olduğunuz raftı aşırtmadan, kürəklə istiqamətləndirərək qayalar və maneələr arasından keçirməkdir. Raftinq, 6 ilə 8 şəxsiyyət komanda halında edilər və müvəffəqiyyətli ola bilmək tək bədən kimi hərəkət edən bir sıra ola bilməkdən keçər. Bu idmanda çay çətinlik dərəcəsinə görə altı dərəcəyə ayrılarlar. 6. dərəcə ən çətin yarışma yolu , 1. dərəcə isə ən asan yarışma yolu ifadə edər.
Nattinq Uolles
Nattinq Volles (17 noyabr 1861 - 19 iyul 1941) — Amerika Birləşmiş Ştatlarının dövlət katibi, eyni zamanda fotoqraf və rəssam. Onun atmosfer fotoşəkilləri Kolonial intibah memarlığı üslubunu canlandırmağa kömək etmişdir. Albion və Elizabet Nattinqin ikinci övladı olan Nattinq Volles Massaçusets ştatının Rokbotom şəhərində 17 noyabr 1861-ci ildə anadan olmuşdur. Atası vətəndaş müharibəsində şəhid olmuşdur. Aile 1969-cu ildə İngiltərədən gələn və Massaçusets ştatının Qroton şəhərinə basqın zamanı hindular tərəfindən öldürülən Con Nattinqin nəslindəndir. Hindlilər Con Nattinqin başını kəsmiş və başqalarının ərazidə yerləşməsinə mane olamaq üçün onu dirəyə qoymuşdular. Nattinq Volles Men ştatının Aqasta şəhərində orta məktəbi bitirib. Ekster Fillips Akademiyasında, Harvard Universitetində, Hartford İlahiyyat seminariyasında və Birlik İlahiyyat seminariyasında oxumuşdur. Harvard Universitetini 1887-ci ildə bitirmişdir. Nattinq 1893-cü ildə Vitman kollecindən ilahiyyat doktoru dərəcəsi qazanmışdır.
Nattinq Volles

Qatlinq pulemyotu
Qatlinq pulemyotu (ing. Gatling gun, çox zaman sadəcə Qatlinq) - çoxlüləli, yüksəksürətli atıcı silah. İlkin pulemyotlardan biri. Qısa zaman müddətində çoxsaylı atəşləri nəticəsində güclü güllə seli əmələ gətirməsi ilə məşhurdur. Qatlinq prinsipi ilə işləyən müasir pulemyotlar dəqiqədə 6,000-6,600-ə qədər atəş aça bilirlər. İlkin nümunəsi əl ilə hərəkətə gətirilən olsa da, müasir dövrdə pulemyotun mexanizmləri elektrik mühərriki ilə hərəkətə gəlir. Əsasən ABŞ istehsalı olan hərbi təyyarələrdə, vertolyotlarda və digər döyüş vasitələrində istifadə edilir. Çəkisinin ağırlığı və güclü təpməsi ondan yalnız döyüş texnikasında istifadə etməyə imkan verir.