Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Realqar
Realqar — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən Rəng – narıncı-qırmızı, bəzən tünd-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı; Parıltı – şüşə, qatran, yağlı; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,5-3,6; Sərtlik – 1,5-2; Çox kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qabıqvari, tikanlı; Başqa xassələr – elektrik işığı altında kristalları çat-çat olur və açıq-narıncı rəngli tozvarı kütləyə çevrilir; Morfologiya – kristallar: uzununa cizgilənmiş qısa- və uzunprizmatik; Mineral aqreqatları: torpaqvari, bütöv dənəvər kütlələr, püruzlar, qaysaqlar, qabıqlar, bəzən druzalar. Yer səthinə yaxın orta- və aşağı temperaturlu teletermal və vulkanogen yataqlar üçün səciyyəvidir. Tez-tez qeyzer çöküntülərində, sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında, həmçinin solfatarlarda və fumarollarda rast gəlir. Realqarın tapıntıları çökmə əmələgəlmələrdə də – qumlu-gilli çöküntülərdə, siderit konkresiyalarında aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: auripiqment, antimonit, kinovar, sərbəst kükürd. Mineralın tapıldığı yerlər: Luxum (Gürcüstan); Xaydarkan (Orta Asiya); Andreasberq (Almaniya); İtaliya, Rusiya və Yaponiyanın bir çox məntəqələri və b. Azərbaycanda Darrıdağ (Culfa) mərgümüş yatağında, həmçinin Dəvəboynu və Qoşasu (Laçın rayonu) mərgümüş təzahürlərində geniş yayılmışdır. Az miqdarda Ağqaya və Eyvan civə yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında və bəzi başqa məntəqələrdə aşkar edilmişdir. İri miqyaslı yığınlarının mərgümüş filizi kimi praktik əhəmiyyəti vardır.
Rzalar
Rzalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın ardıcılı olmuş, bir sıra əsərləri mütəmadi olaraq Britaniya və beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.
Həmid Əlqar
Həmid Əlqar (ing. Hamid Algar; 1940, İngiltərə) — Britaniya və ABŞ şərqşünası. O, Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Tədqiqatları fakültəsinin farsşünaslıq üzrə fəxri professorudur. Əlqar fars və ərəb ədəbiyyatı, eləcə də İran, Türkiyə, Balkanlar və Əfqanıstanın müasir tarixinə dair əsərlər ərsəyə gətirmişdir. O, 1965-ci ildən 2010-cu ilə qədər Berkli Kaliforniya Universitetində çalışmışdır. Əlqar hələ də fəal alimdir və onun tədqiqatları son iki əsrdə İran şiəliyinə və Nəqşibəndi sufiliyinə xüsusi diqqət yetirməklə fars-türk dünyasının islam tarixi üzərində cəmləşmişdir. O, şiə müsəlmandır. İngiltərədə anadan olan Əlqar sonradan sünni islamı qəbul etmiş, lakin ardınca şiə islamı seçmişdir. O, həmçinin müasir siyasi şiə ilahiyyatçıları tərəfindən yazılmış kitabları, məsələn, Ruhullah Xomeyninin "Vilayəti-Fəqih" kitabı və Əli Şəriəti, Mürtəza Mütəhhəri və Mahmud Taleqani tərəfindən yazılmış kitabları tərcümə etmişdir. Xomeyniçiliyi həvəslə təbliğ etdiyinə və Ayətullah Xomeyniyə olan heyranlığına görə "National Review" onu "Xomeyninin sevimli amerikanı" adlandırmışdır.