ƏLQAR

(Cəlilabad, Yardımlı, Göyçay, Mingəçevir, Ucar)
tez, tələsik, əlüstü
◊ Əlqar eləməy (Cəlilabad, Mingəçevir, Ucar) – müəyyən bir işi tələsik yerinə yetirmək. – Tez ol, biyaz <bir az> əlqar elə, tələsiyəm, gediyəm (Cəlilabad); – Ay qız, biriki tikə əppəy gəti bıra, əlqar eləyəy (Ucar)
ƏLQAF
ƏLLƏM-ƏLLƏM
OBASTAN VİKİ
Həmid Əlqar
Həmid Əlqar (ing. Hamid Algar; 1940, İngiltərə) — Britaniya və ABŞ şərqşünası. O, Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Tədqiqatları fakültəsinin farsşünaslıq üzrə fəxri professorudur. Əlqar fars və ərəb ədəbiyyatı, eləcə də İran, Türkiyə, Balkanlar və Əfqanıstanın müasir tarixinə dair əsərlər ərsəyə gətirmişdir. O, 1965-ci ildən 2010-cu ilə qədər Berkli Kaliforniya Universitetində çalışmışdır. Əlqar hələ də fəal alimdir və onun tədqiqatları son iki əsrdə İran şiəliyinə və Nəqşibəndi sufiliyinə xüsusi diqqət yetirməklə fars-türk dünyasının islam tarixi üzərində cəmləşmişdir. O, şiə müsəlmandır.İngiltərədə anadan olan Əlqar sonradan sünni islamı qəbul etmiş, lakin ardınca şiə islamı seçmişdir. O, həmçinin müasir siyasi şiə ilahiyyatçıları tərəfindən yazılmış kitabları, məsələn, Ruhullah Xomeyninin "Vilayəti-Fəqih" kitabı və Əli Şəriəti, Mürtəza Mütəhhəri və Mahmud Taleqani tərəfindən yazılmış kitabları tərcümə etmişdir. Xomeyniçiliyi həvəslə təbliğ etdiyinə və Ayətullah Xomeyniyə olan heyranlığına görə "National Review" onu "Xomeyninin sevimli amerikanı" adlandırmışdır.Buna əlavə olaraq, Əlqar erməni soyqırımını inkar edənlərdəndir.
мегре́л одели́ть послеобе́денный расстро́йство хмурова́то абстраги́рующий докле́ить забасто́вка заживи́ть заскирдова́ть обоготвори́ть сбрести́сь у́мственный штаке́тный ashen-gray soil Big Ben double indemnity fitful headily precautionary strategic камнерез пригород пятиугольный спондей