Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Remarka
Remarka (fr. remarque) - Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı. Səhnədə oxunmur, aktyorlar və rejissorlar üçün göstəriş rolunu oynayır. Çox zaman mötərizə içərisində verilir. Obrazın zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, hisləri və hərəkətləri barədə izahatdır. Pyesin oxucuları üçün məlumat, izahat mənbəyidir.
Erix Mariya Remark
Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark‎; 22 iyun 1898[…], Osnabrük, Prussiya, Almaniya imperiyası – 25 sentyabr 1970[…], Lokarno[d], İsveçrə) — XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı Qərb cəbhəsində yenilik yoxdur və 1937-ci ildə yazdığı Üç yoldaş romanları ilə məşhurlaşmışdır. == Həyatı == === Gənclik illəri === Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Birinci Dünya Müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı. 1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazıçısı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.
Rekareka
Rekareka (fr. Rekareka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 720 km şərqdə yerləşir. Adanın sahəsi 1,6 km²-dir. Daxilində laqun vardır. Laqunun okean suları əlaqəsi yoxdur. İnzibati baxımından Hao kommunasına daxildir. Ada 1606-ci ildə İspaniyandan gələn portuqal əsilli dənizçi Pedro Kiros tərəfindən kəşf edilir. O, adanı La-Saqitariya olaraq adlandırır. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Remirea
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Marka
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Mak Demarko
Mak Demarko (ing. Mac DeMarco; 30 aprel 1990, Dankan[d], Britaniya Kolumbiyası) — Kanadalı müğənni-mahnı yazarı, multi-instrumentalist və prodüser. Demarko altı studiya albomu buraxıb; Rock and Roll Night Club (2012), 2 (2012), Salad Days (2014), Another One (2015), This Old Dog (2017), Here Comes the Cowboy (2019). Onun musiqi üslubu "mavi dalğa" və "slaker rok", kimi təsvir edilmişdir, özü bunu "cizz caz" adlandırır.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Renara Şəmsiyeva
Mersedes (marka)
Mersedes — 1901–1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri "Mersedes" adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Qızıl marka
Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi. Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi. Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.
Marka (dəqiqləşdirmə)
Marka — brend.
Marka albomu
Marka albomu – poçt markası kolleksiyasını saxlamaq və nümayiş etdirmək üçün istifadə olunan kitab. == Tarixi == İlk marka albomları 1862-ci ildə Paris şəhərində Castin Lallier tərəfindən buraxılmışdır. Rusiya imperiyasında ilk poçt markası 1866-cı ildə təqdim olunmuşdur. İngiltərədə ilk poçt markası albomu isə Edvard Opper tərəfindən buraxılmışdır. == Xüsusiyyətlər == Tipik marka albomu ölkə adlarının yazıldığı vərəqlərdən ibarət olur; markaları buraxılış tarixi üzrə yerləşdirmək üçün müəyyən olunmuş yerlər qoyulur. Əhatəli "dünyəvi" marka albomları 30 və ya daha artıq cilddən ibarət olur və 100.000-dən çox marka saxlamaq üçün yerə malikdir. Lakin kolleksiyaçıların çoxu daha kiçik, daha yığcam albomlardan istifadə edir. Boş albomlar isə heç bir yazının olmadığı, folio-vərəqlərdən ibarət albomlardır. Bu albomlar kolleksiyasını istədiyi kimi düzmək istəyən kolleksiyaçılar üçün nəzərdə tutulub. Markaları albomda yerləşdirmək üçün xüsusi yapışdırıcı materialdan istifadə olunur.
PTT Marka Muzeyi
PTT Marka Muzeyi (türk. PTT Pul Müzesi) – Türkiyənin Ankara şəhərində yerləşən muzey. Poçt markalarına həsr olunmuşdur. == Tarixi == Muzey binasının planı Cümhuriyyət dövründə bir çox inzibati binanı dizayn etmiş avstriyalı memar Klemens Holtsmayster tərəfindən hazırlanmışdır. Bina 1926-cı ildə yaradılmış "Emlak ve Eytam" bankının binası kimi nəzərdə tutulmuş və 1933–1934-cü illərdə tikilmişdir. Bina uzun müddət istifadəsiz qaldıqdan sonra PTT tərəfindən bərpa olunaraq 23 oktyabr 2013-cü ildə muzey kimi açılmışdır. Muzey açıldığı tarixdən etibarən 513 min ziyarətçi qəbul etmişdir. == Ekspozisiya == Neoklassik üslubda olan üçmərtəbəli muzey binasına zirzəmi və giriş mərtəbələri daxil edərək beşmərtəbəli muzey yaradılmışdır. Muzeyin ümumi sahəsi 6500 m² təşkil edir. Muzeyin kolleksiyasına 4404 markadan ibarət olan ölkə kolleksiyası və 1500 markadan ibarət olan dünya ölkələri kolleksiyası daxildir.
Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb. Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.
ABŞ Patent və Marka qeyd olmaz üçün büro
ABŞ Patent və Əmtəə Nişanıları İdarəsi (ing. United States Patent and Trademark Office) — ABŞ Ticarət Nazirliyin agentliki, hansı ixtiraçılara və şirkətlərə patent verir öz məhsullara və ixtiralara, həmçinin ticarət nişanları və əqli mülkiyyət qeyd edir.
Hacı Əli Rəzmara
Hacı Əli Rəzmara (fars. حاجیعلی رزم‌آرا‎ Ḥājī`alī Razmārā; 1901[…], Tehran – 7 mart 1951, Tehran) — İranın 26 iyun 1950-ci ildən 7 mart 1951-ci ilə qədər baş naziri. == Həyatı == Atası Məhəmməd xan İran Kazak briqadasının zabitlərindən idi. Hacı Əli Rəzmara da öz həyatını hərbi işə sərf etmişdi. Fransada xüsusi hərbi məktəb olan Sen-Siri bitirmişdi.Ordunun Baş Qərərgah rəisi vəzifəsinədək yüksəlmişdi. 26 iyun 1950-ci ildə şahənşah Məhəmmədrza şah Pəhləvi onu baş nazir təyin etmişdi. Baş nazir Hacı Əli Rəzmara İran neftinə İngiltərənin nəzarət etməsində aparıcı fiqur idi. Qacar təfəkkür tərzi Rəzmara tərəfindən reallaşdırılırdı. O İran xalqını təhqir edərək onun neft sənayesi qurmağa aciz olduğunu demişdi. Hətta neft sənayesinin milliləşməsini İrana xəyanət adlandırırdı.