Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stephen Demetre Georgiou
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır. Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır. == Həyatı == Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər. Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi.
II Demetre (Gürcüstan çarı)
II Demetre (gürc. დემეტრე II თავდადებული; 1259 – 12 mart 1289 və ya 13 mart 1289) — Baqrationilər sülaləsindən ola Gürcüstan çarı. 1270-1289 illərdə Gürcüstan krallığını idarə etmişdir. == Həyatı == Atası çar VII David Ulu və anası isə Qvanta adlı qadındır. VII David Ulu Elxanilərə qarşı üsyan qaldırmış və məğlub olaraq əmisi oğlu VI David Narinə, İmereti krallığına sığınmışdır. II Demetre 1270-ci ildə atası çar VII David Ulunun ölümündən sonra 11 yaşında taxta çıxmışdır. II Demetre 1277-1281-ci illərdə Suriyada Elxanilərin Məmlüklərə qarşı yürüşlərində iştirak etmişdir. Xüsusən 29 oktyabr 1281-ci ildə İkinci Homs döyüşündə xüsusilə fərqlənmişdir. Belə ki, Elxani ordusunun mərkəzinin dağılmasına baxmayaraq, II Demetre qoşunlarını nizamlı olaraq geri çəkməyi bacardı. Monqollar tərəfindən rəsmi şəkildə Gürcüstan çarı kimi tanınmasına baxmayaraq, Qərbi Gürcüstandakı İmereti krallığı və birbaşa Elxanilərin təyin etdiyi hakimlər tərəfindən idarə edilən Samtsxe bölgəsi onun hakimiyyəti xaricində idi.
I Demetre (İmereti çarı)
I Demetre — Səlcuq-Baqrationi sülaləsinin kişi nəslindən son nümayəndəsi olmuş, I Aleksandrın oğludur. 1414-cü ildə bacısı I Aleksandr Didi ilə evlənmişdi. Atasının dövründə Teymuri Şahruxun sarayında elçi idi. 1443-cü ildə vəfat etmişdir. Tək qızı olan Gülxan əvvəlcə şahzadə Georgi ilə, daha sonra isə III Demetre ilə evləndi. Bu evliliklərindən V Baqrat və II Konstantin Baqrationi adlı hökmdarlar dünyaya gəldi.