Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Everet Uilyamsa qarşı
Everet Vilyamsa qarşı — 1725-ci ildə baxılmış ingilis məhkəmə işi. "Quldurların məhkəmə işi" də adlanır. Məhkəmə işi cinayət törədilməsini nəzərdə tutan müqavilələrin hüquqi qüvvəsi ilə əlaqədardır. Bu işdə müqavilə silahlı hücum nəticəsində əldə edilmiş qənimətin bölüşdürülməsi ilə bağlı idi. Məhkəmə iddiadan imtina etmişdir. Məhkəmə işi haqqında ətraflı məlumatlar müasir dövrə gəlib çatmamışdır və işə edilən əksər istinadlar 1893-cü ildə nəşr edilmiş Rüblük Hüquq Jurnalındakı işin xülasəsinə əsaslanır, hansı ki həmin xülasə də öz növbəsində Rober Cozef Potye tərəfindən 1802-ci ildə yazılmış öhdəlik hüququ haqqında fransız dilindəki mətnin ingilis dilinə edilmiş tərcüməsinə əsaslanır. == Haqqında == İki quldur - Everet və Vilyams birgə oğurluq nəticəsində əldə etdikləri qənimətləri bölüşdürmək haqqında razılığa gəlirlər. Onlar bir müddət Haunslou Hitdə, eyni zamanda Pegşot, Solsberi, Hampsteddə və başqa yerlərdə bu fəaliyyətlə məşğul olurlar. Bir gün qənimətlər satılanda Con Everet Cozef Vilyamsın mənfəətin bölüşdürülməsi nəticəsində ona düşən ədalətli paydan daha çox götürməyə çalışdığını düşünür. Bəzi naməlum səbəblərə görə, Everet şikayətini məhkəmə qaydasında həll etmək qərarına gəlir.
General Della Rovere (film, 1959)
General Della Rovere (it. Il generale della Rovere) — 1959-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir.
Retired from Sad, New Career in Business
Retired from Sad, New Career in Business — amerikalı müğənni Mitskinin ikinci studiya albomu. Mitski albomu SUNY-də sonuncu kursda oxuyarkən tələbə layihəsi kimi hazırlayıb. Albom 1 avqust 2013-cü ildə işıq üzü görmüşdür. Albomun hazırlanmasında 60 nəfərlik tələbə ansamblının iştirakı da olub. "Square" treki istisna olmaqla albomdakı hər bir mahnının musiqi videosu və hekayəsi var. 2020-ci ilin mayında albomun "Strawberry Blond" mahnısı TikTok sosial şəbəkəsində populyarlıq qazanmışdır. Albomun üz qabığında döşəmədə əyləşən qadın kimi bəzənmiş kişi şəkli yer alıb. Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Aşağı Rəvənd (Urmiya)
Aşağı Rəvənd (fars. روندسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Yuxarı Rəvənd (Urmiya)
Yuxarı Rəvənd (fars. روندعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (22 ailə).